Sentyabrda Dünya Liderləri tərəfindən qəbul ediləcək Dayanıqlı İnkişaf üzrə Yeni Gündəliyə dair Razılıq əldə edilib

Fri Aug 07 00:00:00 EDT 2015

17 Dayanıqlı İnkişaf Məqsədləri. Şəkil: The Global Goals

İddialı olan yeni gündəlik 2030-cu ilədək yoxsulluğa son qoyaraq, qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcəkdir

Nyu York şəhəri- Birləşmiş Millətlər Təşkilatına 193 Üzv Ölkə icmal sənədə dair razılıq əldə etmişlər. Bu sənəd Nyu Yorkda Dayanıqlı İnkişaf Sammitində dünya liderləri tərəfindən sentyabr ayında qəbul ediləcək dayanıqlı inkişaf sahəsində yeni gündəlik olacaqdır.

İki ildən çox sürən və vətəndaş cəmiyyətinin misilsiz iştirakını təmin edən məsləhətləşmələr prosesini yekunlaşdıraraq ölkələr dayanıqlı inkişaf sahəsində 2030-cu ilədək yoxsulluğa son qoyacaq, inkişaf və insanların rifahını təşviq edəcək, eyni zamanda ətraf mühiti qoruyacaq yeni 17 məqsədin müəyyən edildiyi iddialı gündəliyə dair razılığa gəlmişlər.

BMT-nin Baş Katibi Ban Ki-mun sazişi alqışlamış, "dünyamızın tarixi dönüş nöqtəsi olan universal, inqilabi və inteqrə edilmiş gündəliyi əhatə etdiyini" söyləmişdir.

“Bu, İnsanların Gündəliyidir, hər yerdə bütün aspektlərdə yoxsulluğa biryolluq son qoymaq və heç kəsi unutmamaq üçün fəaliyyət planıdır. Sənəd sülh və əmin-amanlığı təmin edir, insanlarla və mahiyyətcə planetlə tərəfdaşlığı formalaşdırır. Inteqrə edilmiş, bir-biri ilə əlaqəli və ayrılmaz olan 17 Dayanıqlı İnkişaf Məqsədi insanların məqsədlərini və bu yeni Gündəliyin miqyasını, universallığını və iddiasını nümayiş etdidir.

C-b Ban söyləmişdir ki, sentyab ayında yeni gündəliyin qəbul ediləcəyi Sammit "yoxsulluğun aradan qaldırılacağı, rifahın bölüşəcəyi, iqlim dəyişikliyinin əsas hərəkətverici qüvvələrinin qarşısının alınacağı Dayanıqlı İnkişafın yeni erasını planlaşdırılacaqdır".

O, əlavə etmişdir ki, BMT Sistemi Əddis Əbəbədə İnkişaf üçün Mailyyələşmə üzrə Üçüncü Beynəlxalq Konfransın uğurlu nəticəsinə əsaslanan və dekabr ayında ətraf mühitlər bağlı Parisdə COP21-də mühüm sazişin əldə edilməsinə də töhfə vermiş yeni gündəliyin icrasını dəstəkləməyə hazırdır.

BMT-nin İnkişaf Proqramının Administratoru Helen Klark söyləmişdir: "Bu saziş dünyamızı inklüziv və dayanıqlı istiqamətə yönləndirən mühüm mərhələdir. Birlikdə çalışsaq, vətəndaşların sülh, əmin-amanlıq və rifahı naminə arzularını reallaşdırmaq və planetimizi qorumaq şansı əldə edəcəyik."

Yeni dayanıqlı inkişaf gündəliyinin yekun sənədini rəsmən qəbul etmək məqsədilə 150-dən artıq dünya liderinin 25-27 sentyabr aylarında Nyu Yorkda BMT-nin Baş Qərargahında keçiriləcək Dayanıqlı İnkişaf Sammitində iştirak edəcəyi gözlənilir.

Dayanıqlı inkişaf üzrə yeni gündəlik Minilliyin İnkişaf Məqsədlərinin uğuruna əsaslanır ki, bu sənəd 700 milyondan artıq əhaliyə yoxsulluqdan qurtulmağa yardım etmişdir. 2000-ci ildə qəbul edilmiş 8 Minilliyin İnkişaf Məqsədi 2015-ci ilədək yoxsulluğu, aclığı, xəstəliyi, gender qeyr-bərabərliyini azaltmağa, habelə təmiz su və kanalizasiya sisteminə çıxışı artırmağa yönəlmişdir.

Dayanıqlı inkişaf üzrə yeni məqsədlər və daha geniş dayanıqlıq gündəliyi bundan kənara çıxararaq, yoxsulluğun kökündə duran səbəbləri, bütün insanlara xidmət edən inkişafa dair ümümbəşəri ehtiyac məsələsini hədəfə alır.

29 səhifəlik mətnin preambulasında "Dünyamızı Dəyişək: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyində" deyilir: "Biz insan irqini yoxsulluğun zülmündən qurtarmaq niyyətindəyik, planetimizi sağaltmaq və təhlükəsiz etmək istəyirik." Davam edir: "Biz dünyanı dayanıqlı və davamlı yola qoymaq üçün zəruri olan cəsarətli və inqilabi addımlar atmağa qərarlıyıq. Bu birgə səfərə başladığımız üçün heç kəsin unudulmayacağına söz veririk."

Rio+20 və hökumətlərarası proses

2012-ci ildə keçirilmiş Rio+20 Konfransında Üzv Ölkələr Minilliyin İnkişaf Məqsədlərinə əsaslanan dayanıqlı inkişaf sahəsində bir dəst məqsədin hazırlanması prosesini başlamağa dair razılığa gəlmişlər. Minilliyin İnkişaf Məqsədləri sübut etmiş ki, məqsədlərin müəyyən edilməsi milyonları yoxsulluqdan qurtara bilər, rifahı yüksəldə bilər, daha yaxşı yaşayış üçün yeni böyük imkanlar aça bilər. Razılaşdırılmışdır ki, yeni məqsədlər mahiyyətcə qlobal və bütün ölkələr üçün məqbul olub, eyni zamanda müxtəlif milli reallıqları, inkişafın potensial və səviyyələrini, milli siyasət və prioritetləri nəzərə alacaqdır.

İrlandiyanın BMT-dəki Daimi Nümayəndəsi Səfir David Donohu və Kenyanın DMT-dəki Daimi Nümayəndəsi Səfir Maçaria Kamau iki il ərzində danışıqlar prosesini əlaqələndirmişdirlər. Vətəndaş cəmiyyəti və digər iştirakçı tərəflərin əhəmiyyətli iştirakı ilə Üzv Dövlətlər tərəfindən inklüziv və şəffaf məsləhətləşmələrin aparılması universal və insanların mərkəzi məsələ olduğu gündəliyə dair hökumətlərarası danışıqların başlanması üçün əsas olmuşdur.

Razılaşdırılmış yekun sənədin əsas elementləri

Yekun sənəddə yeni inkişaf gündəliyinin əsas məqsədi kimi yoxsulluğun aradan qaldırılması vurğulanır, dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərinin inteqrasiyası mərkəzi məsələ olaraq qoyulur. Formalaşan inkişaf sənədi bütün ölkələri, kasıb, zəngin və orta gəlirli təbəqələri fəaliyyətə çağıran xüsusi sənəddir. Üzv Dövlətlər söz verir ki, birgə səfər zamanı heç kəs diqqətdən kənarda qalmayacaq. "Beş P" insanlar, planet, firavanlıq, sülh və tərəfdaşlıq – gündəliyin geniş miqyasını əhatə edir.

17 dayanıqlı inkişaf məqsədi və 169 hədəf qeyri-bərabərlik, qeyri-dayanıqlı istehlak və istehsal modelləri, qeyri-müvafiq infrastruktur və layiqli əməyin çatışmazlığı kimi dayanıqlı inkişaf yolunda olan əsas sistematik maneələrin aradan qaldırılmasına yönəlir. Dayanıqlı inkişafın ekoloji aspekti okean və dəniz resursları, eko-sistemlər və bio-müxtəliflik sahələrindəki məqsədləri əhatə edərək, əsas məsələləri məqsəd və hədəf çərçivəsində bir araya gətirir.

Yekun sənəddə müəyyən edilmiş icra vasitələri sənədin iddialı məqsədlərinə uyğun gələrək, maliyyə, texnologiya və potensialın inkişafına yönəlir. Yeni gündəlik üçün icra vasitələrinə dair fərdi məqsəddən başqa, dayanıqlı inkişaf məqsədlərinin hər biri üçün xüsusi vasitələr hazırlanmışdır.

Üzv Ölkələr vurğulamışdır ki, arzuedilən dəyişiklik "ənənəvi biznesdən" ayrılmağı, bir çox tərəflərdə beynəlxalq səviyyədə əməkdaşlığın sürətləndirilməsini tələb edəcək. Gündəlik dayanıqlı inkişaf üçün canlanan qlobal tərəfdaşlığa, o cümlədən geniş sayda iştirakçını əməkdaşlığa çağırır. Gündəlik həm də dayanıqlı inkişafın qiymətləndirilməsi üçün potensial quruculuğunu artırmağa, daha yaxşı məlumat və statistik rəqəmlər əldə etməyə çağırır.

Səmərəli izlənmə və icmal strukturu – yekun sənədin əsas elementi olaraq yeni gündəliyin icrasını dəstəkləmək baxımından mühüm rol oynayacaq. Rio+20 Konfransından sonra dayanıqlı inkişaf sahəsində qurulmuş Yüksək Səviyyəli Siyasi Forum izlənmə və icmal üçün apeks forum kimi xidmət edəcək, beləliklə mərkəzi rola malik olacaqdır. Baş Assambleya, İqtisadi və Sosial Şura və ixtisaslaşmış agentliklər də xüsusi sahələrdə tərəqqinin icmalı prosesinə cəlb olunacaqlar.

Yekun sənəd əsasında yeni məqsədləri dəstəkləmək üçün Üzv Dövlətlər, vətəndaş cəmiyyəti, biznes dairələri, elmi icma və BMT-nin agentliklər sistemi arasında çoxtərəfli iştirakçıların əməkdaşlığına əsaslanan Texnologiyanın Yüngülləşdirilməsi Mexanizmi gündəliyə daxil olacaqdır. İyul ayında Əddis Konfransında razılaşdırılmış Mexanizmdə agentliklərarası ekspert qrupu, elm, texnologiya və novatorluq forumu və əməkdaşlıq üçün on-layn rejimli platforma olacaqdır.

Əddis Konfransının uğurlu nəticəsi 2015-dən sonrakı inkişaf gündəliyinə dair danışıqların son dövrünə müsbət şəkildə mühüm təkan vermişdir. Gözlənilir ki, yekun sənədə dair əldə edilən konsensus 2015-ci ilin 30 noyabr tarixindən 11 dekabrıdək Parisdə keçiriləcək İqlim Dəyişikliyi Konfransında ən yüksək səviyyədə müzakirə ediləcək, iqlim dəyişikliyi üzrə yeni icbari saziş ətrafında danışıqların aparılmasına təkan verəcəkdir.

Sazişin layihəsini bu mənbədən əldə edə bilərsiniz https://sustainabledevelopment.un.org/post2015 və https://sustainabledevelopment.un.org/content/documents/7891TRANSFORMING%20OUR%20WORLD.pdf

Əlaqə üçün

Sharon Birch, BMT-nin İctimai İnformasiya Departamenti
1 212 963-0564, e-mail: birchs@un.org

Francyne Harrigan, BMT-nin İctimai İnformasiya Departamenti
1 917 367-5414 e-mail: harriganf@un.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair