Qulam İsakzai BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və BMTİP-in Rezident Nümayəndəsi təyin edildi

Wed Apr 06 00:00:00 EDT 2016

Bakı, Azərbaycan – Bugün, yeni təyin edilmiş Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam İsakzai öz etimadnaməsini Xarici İşlər Nazirliyinə təqdim etdi.

Cənab İsakzai BMT sistemində və Asiya və Yaxın Şərqdə fəaliyyət göstərən beynəlxalq QHT-lərdə beynəlxalq inkişaf, humanitar böhran vəziyyətləri və münaqişədən sonrakı bərpa işlərində 22 illik iş təcrübəsinə malikdir. O, yoxsulluğun azaldılması, səmərəli idarəçilik və qanunun aliliyi, ətraf mühit və təbii fəlakətlər zamanı idarəçilik, habelə könüllülük və vətəndaş cəmiyyəti ilə bağlı proqramlara rəhbərlik etmiş və idarə etmişdir.

O, bundan əvvəl, BMTİP-in Tacikistandakı Nümayəndəliyində baş müşavir və Ölkə üzrə direktor əvəzi qismində və BMT-nin Koreya Xalq Demokratik Respublikasındakı Rezident Əlaqələndiricisi və BMTİP/BMT Əhali Fondunun Rezident Nümayəndəsi vəzifəsində (2013-2015-ci illər) çalışmışdır. Buna qədər, cənab İsakzai, Almaniyada Birləşmiş Millətlər Təşkilatının Könüllüləri nəzdində İnkişaf Bölməsinin rəhbəri (2008–2013-cü illər) olmuşdur. 2005-ci ildən 2008-ci ilədək, o, BMTİP-nin Nepaldakı Rezident Nümayəndəsinin müavini olmuşdur. 2003-cü ildən 2005-ci ilədək olan dövrdə, o, BMTİP və BMT-nin Əfqanıstandakı Yardım Missiyası (UNAMA) yanında Tərksilah, Tərxis və Reinteqrasiya Proqramında Proqram Məsələləri üzrə baş müşavir qismində yenidənqurma prosesinə yardım etmək üçün öz doğma ölkəsinə qayıtmışdır. Cənab İsakzai Yəməndə Rezident Nümayəndənin köməkçisi və İdarəçilik Bölməsinin rəhbəri (2001–2003-cü illər) və Suriyada BMT-nin Yaxın Şərq üzrə Xüsusi Əlaqələndiricisinin (UNSCO) Ofisində Proqram Məsələləri üzrə baş müşavir olmuşdur (2000–2001-ci illər). 1997–1999-cu illərdə, o, Bağdadda və İraqın Kürd əyalətində BMT-nin İraq üzrə Humanitar Əlaqələndiricisinin Ofisində çalışmışdır. BMT sistemində fəaliyyətə başlamazdan əvvəl, cənab İsakzai Amerika Birləşmiş Ştatlarında özəl sektorda (1993 – 1995-ci illər) çalışmış və Pakistanda “Uşaqların Xilası” (ABŞ), “Azad Tibb” və “İsveçin Əfqanıstan üzrə Komitəsi” kimi (1986–1990-cı illər) beynəlxalq QHT-lərdə müxtəlif vəzifələr tutmuşdur.

Cənab İsakzai ABŞ-ın Massaçusets ştatında Hüquq və Diplomatiya üzrə Fletçer Məktəbində beynəlxalq ümumi hüquq üzrə magistr dərəcəsi və ABŞ-ın Nebraska ştatında Midland Universitetində, fərqlənmə diplomu ilə, biznes idarəçiliyi üzrə bakalavr dərəcəsini almışdır.

Əlavə məlumat və müsahibə üçün:

Ruslan Ismayılzadə, İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair