Naxçıvanda BMT Modeli konfransı keçirilir

Thu May 12 00:00:00 EDT 2016

Naxçıvan MUN iştirakçılarının qrup şəkili

12 – 15 may 2016-cı il tarixlərdə Naxçıvan Dövlət Universitetində Naxçıvan BMT Modeli Konfransı (NaxchivanMUN) keçiriləcəkdir. Bu tədbir BMT-nin İnkişaf Proqramının Naxçıvan Muxtar Respublikasında təşkil etdiyi ilk tədbirdir.

Konfrans çərçivəsində BMT Baş Assambleyasının işi simulasiya ediləcək. Simulyasıyanın mövzusu “Təhsildə yeni imkanların yaradılması üçün beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi” seçilmişdir. Konfransda Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, həmçinin “ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, “Xəzər” Universiteti, Qərb Universiteti və digər ali məktəblərin tələbələri iştirak edirlər. Konfransın “Ən yaxşı nümayəndə”, “Ən yaxşı debyutant” və “Ən yaxşı debatçı”sı seçiləcəkdir.

Konfransın açılış mərasimi Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovun, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İntiqam Babayev, Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov və “Naxçıvan” Universitetinin rektoru İsmayıl Əliyevin iştirakı ilə keçirilmişdir.

Konfrans Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” adlı birgə layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədləri ölkədə BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində MUN klublarinin təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin yaradılmasıdır. Bu istiqamətdə universitet səviyyəsində və universitetlər arası MUN konfranslar təşkil edilib, həmçinin ölkə miqyasında ən böyük BMT Modeli konfransı olan MİlliMUN konfransının ənənəsi qoyulubdur.

Əlavə məlumat üçün

Ruslan Ismayil-zadə, İctimai Əlaqələr üzrə məsul şəxs, ruslan.ismayilzada@undp.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair