Sərhəd xidməti sahəsinin təkmilləşdirilməsi üçün texniki vasitələr təhvil verilib

Mon May 16 00:00:00 EDT 2016

14 may 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” adlı birgə layihə çərçivəsində texniki vasitələrin rəsmi təhvil alınma mərasimi keçirilmişdir.

Tədbir zamanı Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik olan avtomobillər və kvadrosikllər, yük maşınları, habelə İnformasiya Texnologiyaları avadanlığı və digər xüsusi texniki vasitələr təqdim edilmişdir. Bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyinin təmin olunmasına və trans-sərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcəkdir.

Xatırladaq ki, bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və BMT-nin İnkişaf Proqramı və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir. 4 komponentdən ibarət olan layihənin məqsədləri sərhədlərin idarə olunması sahəsində müasir infrastrukturun yaradılması, əməkdaşlığın gücləndi-rilməsi, strateji idarəetmə potensialının inkişaf etdirilməsi, inteqrə edilmiş sərhəd idarəçiliyi prosedurları və əməliyyatlarının işlənib hazırlanması, pilot sərhəd məntə¬qələrinə və əlaqədar bölmələrə texniki dəstəyin göstərilməsidir.

Layihə çərçivəsində Avstriya, Latviya, Sloveniya və Polşa sərhəd xidmətləri, Rumıniyanın Daxili İşlər Nazirliyi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) ekspertlərinin iştirakı ilə qurumdaxili, qurumlararası və beynəlxalq əməkdaşlığının gücləndirilməsi, təlim-tədris prosesinin və təlim metodikasının yaxşılaşdırılması üzrə treninqlər təşkil olunmuş, normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüş, o cümlədən layihə üzrə ötən müddət ərzində Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda keçirilən 12 tədbirə Dövlət Sərhəd Xidmətinin 65 əməkdaşı cəlb edilmişdir.

Əlavə məlumat üçün

Məzahir Əfəndiyev, Strateji Tərəfdaşlıq üzrə Müşavir, mezahir.efendiyev@undp.org