Kənd Təsərrüfatı Nazirliyi və BMTİP Azərbaycanda aqro-biomüxtəlifliyin qorunması və təkmilləşdirilməsi istiqamətində yeni layihəyə başladı

Tue Feb 07 00:00:00 EST 2017

BMTIP Rezident Nümayəndəsi cənab Qulam İshaqzai və Kənd Təsərrüfatı naziri

Bakı, Azərbaycan – 7 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə razılıq imzaladı. Beş il ərzində həyata keçiriləcək bu layihə Qlobal Ekologiya Fondu (GEF) və BMTİP tərəfindən maliyyələşdirilib. Layihə Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında həyata keçiriləcəkdir.

Layihənin açılış mərasimində BMTİP-in Rezident Nümayəndəsi cənab Qulam İshaqzai bu əməkdaşlığın gələcək perpektivlərini vurğuladı. “Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaqdır. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanma, məhsuldarlıq və rifaha öz töhfəsini verəcəkdir.” – cənab İshaqzai bildirdi.

Bu layihə nəinki Azərbaycanın DİM-lərə nail olmasında, hətta ölkənin inkişaf strategiyalarının reallaşmasında da böyük rolu olacaqdır. “Biz bu layihənin qida təhlükəsizliyi, orqanik fermerçilik və fermerlərin yeni bazarlara çıxışına dəstəyi özündə əks etmiş kənd təsərrüfatı sahəsini prioritetləşdirən Strategi Yol Xəritəsinin həyata keçirilməsində də yardım edəcəyinə inanırıq.”BMTİP Rezident Nümayəndəsi öz nitqində dedi.

Bu təşəbbüsü alqışlayan Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədov Nazirliyin birgə layihəni həyata keçirməkdə maraqlı olduğunu vurğuladı. Layihənin əsas məqsədi yerli aqrar məhsulların biomüxtəlifliyinin qorunması üzrə milli səyləri dəstəkləməkdir.

Layihə çərçivəsində yerli məhsulların qorunmasını təkmili, aqro-biomüxtəlifliyin konservasiyasına dəstək, məhsuldarlığın artırılması, eləcə də yerli aqrar məhsullarının kommersiya fermaları və kiçik aqrar bizneslərində istifadəsinə yol açan tədbirlər həyata keçirilicəkdir. Layihə həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsində addımlar atacaqdır.

Tədbirdən şəkillər

Slide
Slide