ETSN və BMTİP-ın birgə layihəsi çərçivəsində Qızılağac Qoruğuna səfər təşkil edildi

Thu May 25 00:00:00 EDT 2017

Lənkaran, Azərbaycan – Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər (ETSN) naziri, cənab Hüseynqulu Bağırov və BMT-nin Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi, cənab Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna bu gün səfər ediblər.

Birgə səfər “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.

Bu səfərin məqsədi layihənin inkişafını və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirmək idi.

Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilmiş və qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılmışdır. Layihə həmçinin mühafizə qayıqları, nəqliyyat vasitələri və uniformalar, meşə gözətçiləri üçün nəzarət və təhlükəsizlik avadanlığı da daxil olmaqla dəstək göstərmiş , eləcə də Qızılağac qoruğunun GIS elektron xəritəsini tərtib etmişdir.

Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla onların iş şəraitini yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin, layihə komandası bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil edəcək, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərinin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək edəcək.

Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide