BMT mütəxəssisləri Azərbaycanda Dayanıqlı İnkişafı təhlil edir

Fri Jun 02 00:00:00 EDT 2017

Bu həftə Bakıya səfər etmiş BMT-nin mütəxəssislərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında Azərbaycan yaxşı ilkin irəliləyiş etmişdir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT-nin Uşaq Fondunun (UNİCEF) mütəxəssislərindən ibarət missiya komandasının rəyinə görə ölkə, cari iqtisadi çətinliklərinə baxmayaraq – yoxsulluğun azaldılması və ictimai və sosial xidmətlətin genişləndirilməsi sahələrində yaxşı irəliləyiş əldə edibdir. Missiya komandası diqqəti xüsusilə həssas əhali qrupların ehtiyaclarına yönəli addımlar, eləcə də enerji səmərəliliyi və bərpa olunan enerji texnologiyalarına sərmayələri artırmağa çağırıb.

2015-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə, Azərbaycan da digər BMT-yə üzv ölkələri ilə birlikdə, 2015-2030-cu illər üçün qlobal dayanıqlı inkişaf gündəliyini imzalamışdır. Bu sammit, zəngin və yoxsul ölkələrdə yoxsulluğun və bərabərsizliyin azaldılması, eləcə də istixana qaz emissiyalarının və planetimizin ekositeminin qorunması üçün sərmayələri hesablamaq üçün hal-hazırda istifadə olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini təsdiq etmişdir.

Ölkələrə bü gündəliyi reallaşdırmaq, milli inkişaf siyasətlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırmaq, eləcə də dayanıqlı inkişaf istiqamətində irəliləyişi sürətləndirmək üçün BMT ölkələrə mütəxəssislərdən ibarət missiyalar göndərir. Azərbaycan belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən biridir.

BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi, cənab Qulam İshaqzaiyə görə, “Azərbaycanın belə bir missiyaya ev sahibliyi edən ilk ölkələrdən olması, ölkə Hökümətinin qlobal inkişaf gündəliyinə öhdəçiliyinin layiqli göstəricisidir. “Bu həm də dayanıqlı inkişaf prinsiplərinin təcrübədə istifadəsində Azərbaycanın liderliyini göstərir”.

BMTİP-in Regional Bürosunun Avropa və MDB ölkələri üzrə baş müşaviri və missiya komandası lideri, cənab Ben Slay qeyd edib ki “Azərbaycan xüsusilə neft gəlirləri dövründə yoxsulluğun və sosial məhrumiyyətin azaldılmasında ciddi irəliləyiş əldə edib”. “Qarşıda duran çətinlik bu tərəqqini aşağı neft qiymətləri dövründə də davam etdirmək, ölkənin təbii kapitalını azaltmaq əvəzinə ona daha çox sərmayə yatırmaqla yeni iş yerləri yaratmaqdır. Külək və günəş enerjisi texnologiyalarına, həmçinin enerji səmərəliyinə artan investisiyalar, ölkədə yeni yaşıl iş yerləri yaradaraq Azərbaycanın xaricə neft ixracını genişləndirə bilər.

Bir həftəlik səfər ərzində, BMT-in mütəxəssisləri heyəti hökümət rəsmiləri, eləcə də Azərbaycanda vətəndaş cəmiyyəti və əsas beyin mərkəzləri nümayəndələri ilə də görüşlər keçirdi. Missiyanın müşahidələrindən ibarət hesabatı gələn həftələrdə işıq üzü görəcək.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair