2017-ci il Ümumdünya Ətraf Mühit Günü Azərbaycanda qeyd olundu

Mon Jun 05 00:00:00 EDT 2017

Bakı, Azərbaycan: Ətraf mühit problemləri haqqında maarifləndirməni və təbiətin qorunması üçün fəaliyyəti təşviq etmək üçün iyunun 5-i Ümumdünya Ətraf Mühit günü kimi qeyd olunur.Bu ilin mövzusu isə “İnsanlarla Təbiəti Qovuşduraq” adlanır.

BMT Azərbaycan Nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi ilə birgə bu günün qeyd edilməsi üçün təşəbbüs göstərib.

Tədbir Azərbaycanın ilk etno-ekoloji və arxeoloji qoruğu olan Qala Dövlət Tarix-Etnoqrafiya Muzeyində keçirilib. Bu muzey kompleksinə təsərrüfat (qoyunçuluq, taxılçılıq, meyvəçilik) ənənəvi sənət (xalçaçılıq və keçəçilik), eləcə də təbii qida və sənətkarlıq emalatxanaları daxildir.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə 7-10 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi üçün çəkilmiş şəkillərdən ibarət sərgi təşkil edilmişdir. Bu rəsm müsabiqəsinin mövzusu ”Ətraf mühit və insan sağlamlığına məişət tullantılarının mənfi təsirlərini azaldaq” olmuşdur. Müsabiqə uşaqlara, müəllimlərə və valideynlərə məsuliyyətsiz istehsal və istehlakın təbiət və insan sağlamlığına mənfi təsirlərini daha dərindən anlatmaq məqsədi ilə təşkil edilmişdir.

Müsabiqənin qaliblərini mükafatlandıran BMT Rezident Əlaqələndiricisi və BMTİP Rezident Nümayəndəsi cənab Qulam İshaqzai planetimizin qorunmasında gənclərin böyük potensialının və mühüm rolunun olduğunu vurğulayıb.

“Uşaqlar təbii olaraq ətraf mühiti qorumağa meyllidir. Onlar ağac əkmək, təmizlik işləri aparmaq, heyvanların qayğısına qalmaq üçün öz vaxtlarını və səylərini sərf etməyə həmişə hazırdırlar” deyən cənab İshaqzai uşaqların davranışının dəyişməsində məktəb təhsilinin əhəmiyyətini vurğulayaraq bildirmişdir.

Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide
Slide

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Svazilend Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair