Şəkil: BMTİP: BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer

 

Bakı şəhəri, 11 mart 2019-cu il. BMT-nin İnkişaf Proqramının (BMTİP) Rəhbərinin Müavini və BMTİP-in Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Bürosunun Direktoru xanım Miryana Spolyariç Eqqer Cənubi Qafqaza rəsmi səfəri çərçivəsində mart ayının 12-də Azərbaycana üç günlük rəsmi səfərinə başlayacaq.

Büdcə gəlirlərini əsas etibarilə neft hesabına formalaşdıran və yoxsulluqla mübarizə sahəsində qəti irəliləyişə nail olan Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səy göstərməyə davam edərək, iqtisadi artımdan və dövlət xidmətlərindən faydalanan əhalinin sayının artması istiqamətində tədbirlər görür. Son aylarda Hökumət BMTİP ilə birlikdə əlilliyi olan insanların öz bizneslərini qurmasına kömək etmək, əhalinin təcrid olunmuş qruplarının, o cümlədən əlilliyi olan müharibə veteranlarının məşğulluq imkanlarını yaxşılaşdırmaq və ölkədə vacib dərman vasitələri ilə təminatı genişləndirmək məqsədi daşıyan üç önəmli layihəyə start verib.

Azərbaycana səfəri çərçivəsində xanım Spolyariç Eqqer məşğulluq, ətraf mühitin mühafizəsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi və şəhərlərin dayanıqlılığı kimi əsas sahələrdə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə, Azərbaycanda hökumət rəsmiləri, bir sıra nazirliklərin rəhbərləri ilə  görüşlər keçirəcək.

Xanım Spolyariç Eqqer Bakının Xəzər rayonunda yeni Qadın Resurs Mərkəzinin açılışında iştirak edəcək və vətəndaşlara dövlət xidmətlərinin və özəl sektor xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunduğu “ASAN Xidmət” mərkəzinə baş çəkəcək. O, həmçinin “Yeni Xarici Siyasət” mövzusunda VII Qlobal Bakı Forumunda iştirak edəcək və Yer Kürəsi İnstitutunun nümayəndəsi Ceffri Saks və BMTİP-in keçmiş rəhbəri Helen Klarkla eyni panel sessiyasında dayanıqlı inkişafa keçidin siyasi-iqtisadi aspektlərini müzakirə edəcək. Xanım Spolyariç Eqqer həm də, Azərbaycanda ilk dəfə keçirilən “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən və BMTİP-in ənənəvi olaraq hər il təşkil etdiyi əsas tədbirlərdən biri olan 6-cı Regional Internet İdarəçiliyi Forumunda açılış nitqi söyləyəcək.

İnnovasiya laboratoriyalarından istifadəni sınaqdan keçirən və bu yaxınlarda Azərbaycan da daxil olmaqla, özünün dünyanın müxtəlif yerlərindəki  nümayəndəliklərində 60 akselerator laboratoriyasının yaradılacağını elan edən BMTİP Azərbaycana inkişafla bağlı yeni perspektivlər gətirməyə davam edir.

Müsahibə götürmək üçün BMTİP-in kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə aşağıdakı e-poçt ünvanı vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: Arzu.Jafarli@undp.org

 

Daha ətraflı məlumat üçün:

2018-ci ilin oktyabr ayından etibarən BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun Direktoru vəzifəsinə Miryana Spolyariç Eqqer BMTİP-in Mərkəzi Asiya, Qərbi MDB, Cənubi Qafqaz və Qərbi Balkan ərazisini əhatə edən 17 ölkə və bir əyalətdə fəaliyyətinə və heyətinə rəhbərlik edir. Xanım Spolyariç Eqqer bundan əvvəl İsveçrə Federal Xarici İşlər Departamentində BMT və Beynəlxalq Təşkilatlar Şöbəsinin Rəhbəri kimi çalışdığı müddətdə İsveçrənin BMT-nin 2030-cu il Gündəliyinin icrasının dəstəklənməsinə yönələn siyasət və prioritetlərinin formalaşdırılmasında vacib rol oynamışdır.


BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair