Şəkil: BMTİP Azərbaycan/Elmar Mustafayev

Bakı, 2 iyul 2019-cu il – Azərbaycanda statistik məlumat sahəsində mövcud potensialın gücləndirilməsinin vacibliyini nəzərə alaraq, bu gün Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dövlət Statistika Komitəsi tərəfindən ölkədə ilk Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimi  keçirilib.

Yeni portal, DİM-lərə nail olunması istiqamətində irəliləyişin izlənilməsində və ona nəzarətin həyata keçirilməsində milli və beynəlxalq səviyyədə məlumatlara olan tələbatı ödəyərək, təyin edilən bir sıra hökumət təşkilatlarından DİM-lərlə bağlı əldə olunan ümumiləşdirilmiş məlumatların toplandığı interaktiv bir vasitədir. Təyin olunan bu milli təşkilatlarla yanaşı platformada əsasən istifadəçilərə məlumatları araşdırmaq və vizuallaşdırmaq və irəliləyişi təhlil etməyə imkan verən şəkildə Dövlət Statistika Komitəsindən alınan məlumatlardan istifadə edilir. 

Bu kimi onlayn hesabat və məlumat platformaları Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi, onun 17 qlobal məqsədi və 169 hədəfinə nail olunması istiqamətində görülən işlərə dair əhaliyə vaxtlı-vaxtında məlumatların verilməsini təmin etmək üçün tələb olunan mühüm əlaqə vasitəsidir. Azərbaycanda konseptual olaraq DİM-lərə dair yeni lövhənin işlənib hazırlanması tələbi BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) DİM-lər üzrə Yol Xəritəsi çərçivəsində müəyyən edilib. Yeni portal, eyni zamanda, 2018-2025-ci illər üçün Azərbaycan Respublikasında rəsmi statistikanın inkişaf;na dair Dövlət Proqramının tələbinə uyğun olaraq yaradılıb.

Bu gün DİM-lər üzrə məlumatlandırma portalının açılış mərasimində çıxış edərkən BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti qeyd edib ki, “Statistika insan fəaliyyətinin hər bir sahəsində mühüm rol oynayır və buna görə də statistik məlumatlar olmadan mühüm qərarların qəbul edilməsi mümkün deyildir”. Cənab Frakassetti vurğulayıb ki, “qlobal inkişaf prosesləri də onu göstərir ki, tələblərə uyğun  və dəqiq statistic məlumatlar olmadan dayanıqlı inkişafa nail olmaq olmaz”.

DİM-lər üzrə portaldan mətn və qrafik təsvirlər, xəritələr, sxemlər, diaqramlar, cədvəllər və video çəkilişlər vasitəsilə dayanıqlı inkişafa dair məlumatları yayımlamaq üçün istifadə ediləcəkdir. DİM-lərlə bağlı məlumat mənbələri barədə daha geniş məlumat almağa şərait yaratmaq və geniş əhali tərəfindən istifadəyə və mürəkkəb statistik məlumatların asan şəkildə başa düşülməsinə kömək etmək məqsədilə, portalda məlumatları vizuallaşdırma vasitələri və üsulları barədə aydın şəkildə yazılan təlimat da mövcuddur.

Portalın asanlıqla istifadə oluna bilən interfeysi istifadəçilərə hər hansı DİM-lə bağlı hazırki meylləri araşdırmaq, hədəfləri və onların indikatorlarını seçmək imkanı verir və o, tək statistik məlumatlarla məhdudlaşmayaraq DİM-lərə dair geniş məlumat almaq üçün ölkənin ilk müasir istinad mənbəyi kimi xidmət edəcəkdir. Portalda, həmçinin, spesifik DİM-lər sahəsində həyata keçirilən proqramlar və layihələrdə bağlı qanunvericilik aktlarının toplusu da yerləşdirilmişdir. O, sosial, iqtisadi, ətraf-mühitlə bağlı məlumatlara, strateji siyasət tədbirlərinə, tədqiqatlara və nəşrlərə çıxış imkanı da təklif edir.

Vahid milli onlayn məlumat mənbəyi olan Dayanıqlı İnkişaf Məqsədləri üzrə Məlumatlandırma Portalı artıq tam istifadədədir və portalda istifadəçilər məlumatları iki dildə - Azərbaycan və ingilis dillərində ala bilərlər. Portal hökumət, siyasətçilər, özəl sektor, tədqiqatçılar, elmi cəmiyyət, vətəndaş cəmiyyəti təşkilatları və maraq göstərən digər fərdlər və ya qurumlar kimi geniş tərkibdə istifadəçilərə Azərbaycanda DİM-lərə nail olunma prosesini izləmək imkanını verəcəkdir.

Bu gün DİM-lər üzrə Milli Məlumatlandırma Portalı tam fəaliyyət göstərir. Portala Dövlət Stastistika Komitəsinin rəsmi İnternet səhifəsi (sdg.azstat.orq) vasitəsilə daxil olmaq mümkündür.

***

Media nümayəndələri sorğuları ilə bağlı BMTİP-nin Azərbaycan ofisinin kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arzu Cəfərli ilə əlaqə saxlaya bilər - arzu.jafarli@undp.org

 

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair