Antonius Brukun Azərbaycan 2015-ci ildən sonra Milli Məsləhətləşmələr üzrə Yoxlama Seminarındakı Nitqi

21 iyun 2013

"Azərbaycanın Səsi" - 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə Azərbaycanda Milli Məsləhətləşmələr

Bu video Milli Məsləhətləşmələrdə iştirak edən insanların səsini özündə əks etdirmişdir.

Azərbaycan, 189 üzv-ölkə ilə birgə, 2000-ci ilin sentyabrında BMT sammitində, 2015-ci ilədək insanların yaşayışında fərqlilik yaratmaq üçün ümumi çərçivəni müəyyən edən səkkiz Minilliyin İnkişaf Məqsədlərinin (MİM) təsbit olunduğu Minilliyin Bəyannaməsini qəbul etmişdir.

MİM-lər hökumətlərin siyasət formalaşmasına daxil edilmiş və dünyada yüz milyonlarla insanın yaşayış səviyyəsini dəyişmişdir. Müəyyən zaman çərçivəsinin qoyulması və nəticələrə yönəlmə yanaşmasını tətbiq etməklə, MİM-lər beynəlxalq inkişaf siyasətlərinə dərin təsir göstərmişdir. Diqqəti məhdud sayda ölçülə bilən hədəflərə yönəltməklə, MİM-lər, beynəlxalq yardımı artırmağa və onu daha səmərəli şəkildə yönləndirməyə, qlobal və milli prioritetləri müəyyənləşdirməyə, fəaliyyəti səfərbər etməyə və nəzərəçarpan nəticələrə nail olmağa kömək etmişdir.

Səkkiz xüsusi və yüksək öhdəliklərə yönələn MİM-lərə kəskin yoxsulluğu və aclığı aradan qaldırma, ümumi ibtidai məktəb təhsili almasına nail olma, ana və uşaq ölümü səviyyəsini azaltma və malyariya, vərəm və QİÇS kimi ölümcül xəstəliklərlə mübarizə və sairə aiddir. Bir çox ölkələrdə, 2015-ci ilədək bu məqsədlərdən bəzilərinə nail olunacağı gözlənilir və bir sıra ölkələrdə əksəriyyəti və ya hamısı icra ediləcək. BMT-nin statistik məlumatlarına və Dünya Bankının hesablamalarına görə, dünyada kəskin yoxsulluq səviyyəsi yarıya qədər azalmışdır və bu məqsədə nail olunacaqdır, belə ki, inkişaf etməkdə olan ölkələrdə kəskin yoxsulluq həddində yaşayan əhalinin payının 29 %-dən (1990-cı il) 12%-ə (2015-ci il) qədər azalacağı proqnozlaşdırılır. Dünya, ibtidai təhsildə qızlar və oğlanlar arasında tarazlığa nail olmuşdur və həmçinin, daha yaxşı su mənbələrinə çıxışı olmayan insanların sayını yarıyadək azaltma hədəfinə nail olunmuşdur – iki milyard insan təmiz içməli suya çıxış imkanı əldə etmişdir.

Lakin, dünyada çətin nail oluna bilən kimi görünən və qarışıq uğurlar və ləngimələrin olduğu bir neçə MİM-ə (məsələn, uşaq ölümü hallarının azaldılması) 2015-ci ilə kimi çox güman ki, nail olmaq mümkün olmayacaq. 2013-cü ilin aprelində, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətə səhiyyə, təhsil, enerji və sanitariya şəraitinin yaxşılaşdırılması sahələrində hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi; qadınların və qızların səlahiyyətlərini genişləndirməyi; diqqəti əhalinin az təminatlı qruplarına yönəltməyi; yardımlarla bağlı öhdəliklərə dəstək göstərməyi və hökumətlərin dəyişiklik üçün sadə insanlara yönələn səylərini yenidən canlandırmağı tövsiyə edərək, hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını səkkiz məqsədə nail olmaq üçün növbəti 1,000 gün ərzində fəaliyyətlərini sürətləndirməyə çağırmışdır.

MİM-lərə nail olmaq üçün son müddət yaxınlaşdıqca, 2015-ci ildən sonrakı yeni inkişaf çərçivəsini planlaşdırmaq üçün BMT və dünya liderləri tərəfindən tətbiq ediləcək ümumi baxışların qurulmasına kömək etmək məqsədilə, Birləşmiş Millətlər Təşkilatı hökumətlərlə, elm mərkəzləri ilə, özəl sektorla, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla birgə iş aparır.

Yeni 2015-ci ildən sonar üçün olan qlobal təşəbbüs 2012-ci ilin iyun ayında Rio de Janeyro şəhərində keçirilən Dayanıqlı İnkişaf üzrə BMT RİO+20 Konfransı nda mühüm mövzu idi. Dövlət və Hökumət başçıları, yüksək səviyyəli nümayəndələr və vətəndaş cəmiyyəti 21-ci əsr və ondan sonrakı dünya üçün dinamik eləcə də dayanıqlı inkişafın yaradılmasında qlobal dəstəyin canlandırılması kimi əsas məsələləri müzakirə etmək üçün görüşdülər.

Rio+20 Konfransında Minilliyin İnkişaf Məqsədlərinin uğurları üzərində yaradılan və özündə 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsini cəmləşdirən Dayanıqlı İnkişaf Məqsədlərini (DİM-lər) yaradılması prosesinə başlamaq haqqında qərar qəbul edildi. Üzv ölkələr dayanıqlı inkişafa və planetimiz, eləcə də hazırkı və gələcək nəsillər üçün iqtisadi, sosial və ekoloji dayanıqlı gələcək haqqında olan öhdəliklərinə yenidən baxdı və “Görmək İstədiyimiz Gələcək” adlı ümumi baxış təsdiq etdilər.

2012-ci ilin avqust ayından bəri, bir çox məkanlarda dayanıqlı inkişaf məqsədlərinin yeni nəslinin müəyyənləşdirilməsi üzrə geniş tərkibdə müzakirələrə, fikir mübadilələrinə və məsləhətləşmələrə başlanılmışdır. Prosesin MİM-lərin çərçivə qismində çıxış etməsinə dair tənqidi qiymətləndirmə üzərində qurulmasını təmin etməklə, xüsusilə meydana çıxmaqda olan qlobal inkişaf məsələlərinə cavab olaraq əldə olunan nailiyyətləri və təkmilləşdirməyə ehtiyac duyulan səhələri müəyyənləşdirməklə BMT 2015-ci ildən sonrakı inkişaf çərçivəsi üzrə açıq və əhatəli məsləhətləşmə prosesini aparmaq üçün hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti, alimlər, beyin mərkəzləri və digər tərəfdaşlarla birgə iş apararır.

Beynəlxalq aləm üçün prioritet kimi inkişaf üçün olan 2015-ci ildən sonrakı şərçivə Minilliyin İnkişaf Məqsədlərinin nəticələri əsasında çoxsaylı biri biri ilə əlaqəli yoxuslluğun adan qaldırılması, ətraf mühitin dayanıqlığının təminatı, iqtisadi bərabərliyə nail olunması, gender bərabəliyinin təminarı , iqlim dəyişikliyi, dayanıqlılığın yaradılması və s. kimi qlobal çətinliklərin həllinə yönələcəkdir.

Gələcək qlobal inkişaf səyləri üçün istiqamətləri müəyyənləşdirmək və Rio+20 sammitində müəyyən olunmuş DİM-lərin necə bir yerə toplanılmasına dair tövsiyələri işləyib hazırlamaq məqsədilə Baş Katib İndoneziyanın Prezidentinin, Liberiyanın Prezidentinin və Birləşmiş Krallığın Baş Nazirinin həmsədrlik etdikləri və vətəndaş cəmiyyəti, özəl sektor, habelə hökumət liderlərindən ibarət olan Yüksək Səviyyəli İşçi Qrupu təsis etmişdir.

Qlobal və milli məsləhətləşmələrdən irəli gələn əsas perspektivlər ondan ibarətdir ki, hazırki MİM-lər çox münasib olaraq qalır, lakin onlar həm keyfiyyət, həm də onlar arasında qarşılıqlı əlaqə baxımından genişləndirilməli və dərinləşdirilməlidir. İlkin nəticələrdə gələcək inkişaf proqramı üçün üç prioritet müəyyən olunmuşdur: i) MİM-lər üzrə irəliləyiş sürətləndirilməli və ölkələr daxilində bərabərsizliklərin artması və qloballaşmanın təsiri kimi müasir geniş miqyaslı əngəllərə uyğunlaşdırılmalıdır; ii) ətraf-mühitin korlanması, işsizlik və zorakılıq kimi problemləri həll etmək üçün bu məsələlərin yöndəmə daxil olunmağına ehtiyac vardır; və iii) insanlar həm inkişaf çərçivəsinin işlənib hazırlanmasında, həm də 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin yerinə yetirilməsinə nəzarət olunmasında iştirak edirlər.

Azərbaycan 2015-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulmuşdur. Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün geniş tərkibdə maraqlı tərəfləri cəlb edərək məsləhətləşmələrə 2013-cü ilin mart ayında başlanılmış və bu məsləhətləşmələr iyun ayında da davam edir.

BMT agentlikləri, milli və beynəlxalq tərəfdaşlar və maraqlı tərəflərlə birgə aparılan 237 müzakirələr vasitəsilə ümumilikdə 2,402 nəfəri cəlb etmişdir. Həm şəhər, həm də kənd yerlərində kişilərə və qadınlara, oğlanlara və qızlara 2015-ci ildən sonrakı inkişaf çərçivəsinin işlənib hazırlanması üzrə qlobal müzakirələri istiqamətləndirməyə kömək edəcək müxtəlif mühüm sualları özlərinə vermək tövsiyə olunmuşdur.

Ötən üç ay ərzində Azərbaycanda BMT sistemi ilk dəfə olaraq insanların dünya və istədikləri gələcəklə bağlı öz fikirlərini bildirmələri və arzularını bölüşmələri üçün vahid özünəməxsus məkanları təmin etmişdir. Geniş və əhatəli məsləhətləşmələr müxtəlif inkişaf məsələlərini həll etmək üçün alimləri, beynəlxalq inkişaf tərəfdaşlarını, beyin mərkəzlərini, özəl sektoru, sahibkarları, biznes assosiasiyalarını, jurnalistləri, QHT-ləri bir araya gətirmiş və aztəminatlı qruplara, gənclərə və qadınlara (xüsusilə kənd ərazilərində), uşaqlara, əliliyi olan insanlara, məcburi köçkünlərə xüsusi diqqət yetirilməklə müxtəlif əhali qruplarını bu prosesə cəlb etmişdir.

Məsləhətləşmələr iqtisadiyyatın şaxələndirilməsi və ümumi artım, ictimai birlik, gender bərabərliyi və kənd/rayon yerlərində yaşayan qadınların imkan və səlahiyyətlərinin genişləndirilməsi, gənclərin səlahiyyətləndirilməsi (xüsusilə kənd /rayon yerlərində), özəl sektor, məşğulluq (və məşğulluğa aparan təhsil) və iş yerlərinin açılması, ərzaq təhlükəsizliyi və qidalanma, habelə kənd / rayon yerlərinin inkişafı, əhalinin artım dinamikası, miqrasiya və insan alveri və səhiyyə problemləri (o cümlədən, reproduktiv sağlamlıq, qeyri-yoluxucu xəstəliklər, vərəm, HİV, malyariya) kimi vacib məsələlərə toxunmuşdur.

Məsləhətləşmə prosesi əhalinin firavan, bərabər və ləyaqətlə yaşamasına kömək etmək məqsədini daşıyacaq yeni inkişaf çərçivəsinin müəyyən olunmasında müxtəlif səslərin eşidilməsini təmin etmişdir. Azərbaycanda 2015-ci ildən sonrakı inkişaf üzrə milli məsləhətləşmələrdə iştirak etmiş yüzlərlə insan öz fikirlərini bildirməyə həvəsləndirilmişdir. İştirakçıların böyük hissəsi MİM-lərə nail olması üçün əlverişli mühit yaratmış geniş tərkibdə milli siyasətlərin və davamlı iqtisadi inkişafın olduğunu etiraf edərək Azərbaycanda hətta bir neçəsi (1-ci MİM və 2-ci MİM) vaxtından əvvəl yerinə yetirilməklə MİM-lərə doğru irəliləyişi qeyd etmişlər.

Məsləhətləşmələrdə iştirak edənlər yekdilliklə söyləmişlər ki, növbəti illərdə Azərbaycanı dinamik qənirsizlik mərkəzinə çevirmək məqsədilə ötən onillikdə ölkədə əldə olunan sürətli artımı və nailiyyətləri daha da davamlı etmək üçün səylər gücləndirilməlidir. “Azərbaycan insan kapitalı formalaşmasında zənginlik yaratmaq üçün yatırımlarını daha da artırmalı və ixtisaslı peşəkarlar yetişdirməklə üstünlük mərkəzinə çevrilməyə səy göstərməlidir” – Bərdədə regional məsləhətləşmə zamanı orta yaşlı kişi iştirakçı tərəfindən söylənilən bu sözlər müsahibə və məsləhətləşmələrdə iştirak edənlərin böyük əksəriyyətinin arzularını əks etdirir.

Məsləhətləşmələr canlı müzakirələrə çevrilmişdir və üç aylıq dinamik və əhatəli milli məsləhətləşmə prosesindən yaranan bu ilkin ideyalar, təkliflər və ən mühüm məsələlər Azərbaycanda dayanıqlı inkişafın müxtəlif perspektivlərini göstərir. Ümumi ideyalar və tövsiyələr 2015-ci ildən sonrakı inkişaf üzrə ölkə vebsaytında (www.post2015.az) yerləşdiriləcəkdir.

Hörmətli Xanımlar və Cənablar! Biz bügün bura üç aylıq məsləhətləşmələr ərzində toplanan dəlil və tövsiyyələri birləşdirmək və sizin təqdim edilmiş “Görmək İstədiyimiz Gələcək” qlobal baxış və Azərbaycanda dayanıqlı inkişafa dair məsləhət, tövsiyyə və ideyalarınızı əlavə etmək üçün yığışmışıq.

Bugünkü seminar bir-birindən fərqli fikirlərin mübadiləsindən yaranan fikir və əsas ismarıcların bölüşülməsi üçün imkan yaradacaq və Azərbaycan xalqının 2015-ci ildən sonra necə yaşamaq istədiyi dünyanı əks etdirmklə siyasətçilərə qlobal və milli üstünlüklərin yaradılması üçün məsləhətləri təqdim edəcəkdir.

Milli məsləhətləşmələr prosesi Azərbaycan xalqının qlobal ümumi gələcək – görmək istədikləri gələcək adlı eyni məqsədlər naminə dünyadakı digər millətlərlə birləşib müzakirədə iştirak etmək imkanı da yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, bu qarşıdakı Baş Assamblyedakı müzakirədə və qlobal 2015-ci ildən sonrakı prioritetlər üzrə məsləhətləşmələrdə Azərbaycanın mövqeyinə daha da kömək edəcəkdir.

Fürsətdən istifadə edərək, biz bütün hökumət həmkarlarına və milli və ya beynəlxalq inkişaf tərəfdaşlarına milli məsləhətləşmələr ərzində məhsuldar əməkdaşlığına görə təşəkkür edirik.

2015-ci ildən sonrakı məsləhətləşmələr prosesi MİM-ləri, eləcə də Rio+20 Konfransındakı nailliyyətləri inkişaf etdirib əhatəsini böyüdəcək, həmçinin gələcək nəsillər üçün fərqlilik yaradan yeni çərçivəyə daha da yaxınlaşmasına yardım edən tarixi yolun başlanğıcındayıq.

Bizin sizinlə gələcək illərdə xidmət və ümumilikdə həyatın keyfiyyətini rəhbər tutmaqla inklusiv və dayanıqlı sosial-iqtisadi artımı özündə əks etdirən qlobal inkişaf üçün vahid milli Gələcəyə Baxış 2020 strategiyası, 2015-ci ildən sonrakı baxış və DİM-lərin həyata keçirilməsində töfhələrimiz üçün əməkdaşlıqdan mənmunuq.

Çox sağ olun!

Contact

Ruslan Ismayil-zadə, Media və İctimai Əlaqələr üzrə Mütəxxəsis, ruslan.ismayilzada@undp.org