BMT Rezident Əlaqələndiricisi cənab Antonius Brukun BMT Gününə həsr edilmiş dəyirmi masadakı çıxışı

24 oktyabr 2013

imageİnsan Hüquqları üzrə Müvəkillik tərəfindən təşkil edilmiş BMT Gününə həsr edilmiş dəyirmi masa

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Hörmətli Elmira xanım Süleymanova!
Milli Məclisin vitse spikeri Hörmətli cənab Əsgərov!
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hörmətli cənab Rəcəbli!
Xarici İşlər Nazirliyinin nwmayəndəsi cənab Əhmədov! Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti hörmətli cənab Zeyni!
Zati-aliləri, BMT əməkdaşları, Xanımlar və Cənablar, medianın dostları,


Hər kəsi BMT günü münasibətilə təbrik edirəm!

Elmira xanıma (Ombudsman) BMT günü münasibətilə bu tədbiri təşkil etdiyi və insan hüquqlarının təşviqi və müdafiəsinə bu cür əhəmiyyət verdiyi üçün təşəkkür edirəm.

Bu xüsusi gündə insan hüquqları sahəsində aparıcı təmsilçiləri bir araya gətirən dəyirmi masa iştirakçılarını salamlayıram. Bu gün qeyd etdiyimiz 24 oktyabr BMT gününü biz 1948 ci ildən bəri keçiririk və maraqlısı da budur ki, məhz bu gün Azərbaycanın da BMT Təhlükəsizlik Şurasına seçildiyi gündür. Bir sıra sahələrdə həqiqətən uğurla həyata keçirilmiş BMT-nin işi, rolu və nailiyyətlərini vurğulamaq; məsələn MİM-lərə nail olunması, gender bərabərliyi, HİV-ə qarşı mübarizə, sağlamlıq və təhsilin inkişaf etdirilməsi və xüsusilə də, demokratiya və insan hüquları sahəsində.

Demək olar ki, 65 il əvvəl ilk dəfə olaraq məhz Ümumdünya İnsan hüquqları Bəyannaməsi bu gün bəşəri hesab olunan dəyərlərin əsasını qoydu: insan hüquqları hamıya aiddir və bütün beynəlxalq ictimaiyyətin öhdəliyidir. Vətəndaş, siyasi (yaşamaq hüququ və söz azadlığı) və ya iqtisadi , sosial və mədəni (ictimai təhlükəsizlik və təhsil hüququ) olmasından asılı olmayaraq, bütün insan hüquqlarının bölünməzliyini və qarşılıqlı asılılığını bəyan edən 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi önəmli nailiyyət idi.

BMT Bəyannaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə əsasən fəaliyyət göstərən BMT təşkilatı insan hüquqlarına verilən dünyəvi dəyərləri və qanunun aliliyini təşviq edir, inkişaf siyasəti və proseslərinin bu dəyərlərə əsaslanması üçün fəaliyyət göstərir.

Cəmiyyətin bütün üzvləri tərəfindən yerinə yetirilmədikdə, səlahiyyət verilmədikdə və qorunmadıqda insan hüquqlarının dəyəri azalır. BMT üzv ölkələrin öhdəliklərini insan hüquqlarını milli səviyyədə qanun və normaya çevirməklə yerinə yetirməkdə və milli institutların təsisi və təkmilləşdirməkdə texniki yardım göstərir.

Bu il biz Azərbaycanın BMT-yə qəbul edilməsinin 21- ci ilini qeyd edirik və bu yenə də müstəqilliyin 21illiyinə təsadüf edir. BMT və Azərbaycan arasında olan əməkdaşlıq 1990-cı illərin əvvəllərində ərazilərindən qaçqın və köçkün düşmüş insanlara və bunun ardınca münaqişədən sonrakı bərpa proseslərində yardım göstərilməsi və uzunmüddətli inkişafa doğru yönəlmə, siyasi tövsiyələr və bir çox sahələrdə dayanıqlı inkişaf məqsədilə texniki ekspertlik, bütün sosial təbəqələr üçün səmərəli iş imkanları və yaxşılaşdırılmış gəlirlərin təmin olunmasını və ümumilikdə, dayanıqlı inkişaf və MİM-lər sahəsində təşviqi əhatə edir.

Bu əməkdaşlıq səhiyyə, təhsil və sosial müdafiə sahə xidmətlərində hamı üçün bərabər imkanların, eləcə də daha çox peşəkar və etibarlı heyəti olan şəffaf və hesabatlı sosial institutların yaradılmasını əhatə edir. Qanunun aliliyi və insanların, xüsusilə aztəminatlı əhalinin hüquqlarının qorunması üçün bu fəaliyyət ciddi məhkəmə sistemi tərəfindən həyata keçirilən müvafiq qanunlara əsalanmalıdır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, BMT-nin Uşaq fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları Komitəsi və digər BMT komitələri bir sıra milli tərədaşlarla siyasi inkişaf, təşviq, təlimlənmə, vətəndaş təhsili, insan hüquqları üzrə milli fəaliyyət planlarının təkmilləşdirilməsi, insan hüquqları institutlarının inkişaf etdirilməsi, beynəlxaq insan hüquqları vasitələrinin təşviqi sahələrində əməkdaşlıq edir.

BMT UDİ-ın tövsiyələrini yerinə yetirməkdə hökuməti dəstəkləyir, beynəlxalq insan hüquqları standardlarının tətbiq edilməsində, o cümlədən əlillik üzrə idarə etməni milli siyasətə və yerinə yetirilmə mexanizmlərinə daxil etməkdə hökuməti, Ombudsman aparatını və vətəndaş cəmiyyətini dəstəkləyir. Biz hökumətə qanunun həyata keçirilməsi və cinayət hüququnu gücləndirməkdə, narkotik qaçaqmalçılığına qarşı mübarizə üçün etibarlı məlumat bazası, emal və təhlil etməklə gömrük sahəsində yardım göstəririk.

Biz hökümətin BMT İnsan Hüquqları Şurasının və Şuranın Xüsusi prosedurlarının mandat daşıyıcılarına dəvətin artırmasını alqışlayır, Gələcəyə Baxış - 2020 strateji planının, MİM-lərin, 2015 - ci ildən sonrakı qlobal dayanıqlı inkişaf proqramının, DİM-lərin, o cümlədən, 2011-ci ilin dekabr ayında qəbul edilmiş insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsində dəstəkləyir.

Ombudsman aparatı Azərbaycanda insan hüquqlarına nəzarət edilməsində, onların qorunması və təşviqində mühüm rol oynayır. Son illərdə BMT-nin müxtəlif komitələri insan hüquqlarının təşviqində mühüm rol oynayan Ombudsman aparatı və başqa milli qurumlarla, o cümlədən vətəndaş cəmiyyətləri ilə əməkdaşlıq edir.

Mən və BMT - dəki həmkarlarım fürsətdən istifadə edərək Ombudsmana 15 illik səmərəli əməkdaşlığa görə təşəkkürümüzü bildiririk və üzümüzə gələn illərdə əməkdaşlığımızı daha da gücləndirməyə ümid edirik.

Azərbaycan Avrasiya, Avropa və Orta Şərqdə mühüm rol oynayan ölkəyə çevrilir, ölkə tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına 2 illik müddətə seçilmişdir. Bu hadisə BMT Bəyannaməsi prinsipləri və məqsədlərinə, beynəlxalq sülh, təhlükəsizlik, ədalətin və insan hüquqlarının qorunmasında və təşviqində, BMT bəyannaməsinin sözləri ilə desək, daha geniş azadlıqda sosial inkişaf və daha yaxşı həyat standardlarına sadiqliyin təkrar sübutu üçün görünməmiş imkan yaradır.

Mən və BMT-dəki həmkarlarım yaxın gələcəkdə Azərbaycan xalqı və hökuməti ilə nisbətən zəif sosial qruplara və gender bərabərliyinə xüsusi diqqət ayıraraq ölkənin dayanıqlı və tarazlaşdırılmış sosial-iqtisadi inkişafının artırılmasında, Azərbaycanın BMT-də və qlobal səviyyədə rolunun artırılmasında yaxından əməkdaşlıq etməyə ümid edirik.


Təşəkkür edirəm!