Rezident Nümayəndənin Turizm Təhsil-Təlim Mərkəzinin Açılış Mərasimindəki çıxışı

25 noyabr 2013

imageCənab Antonius Bruk tədbirdə nitq söyləyərkən

Hörmətli nazir Qarayev, əziz tələbələr, möhtərəm qonaqlar, xanımlar və cənablar,

Mən Bakı Turizm peşə məktəbinin təhsil-təlim mərkəzinin açılış mərasimində sizinlə bir yerdə olmağıma çox şadam. Bu tədbirin mənim üçün xüsusi bir önəmi var, çünki mən burada iki rolda iştirak edirəm: həm bu məktəbin qurulmasına Hökümətlə yanaşı töhfə verən donor təşkilatının nümayəndəsi, həm də xarici vətəndaş olaraq gələcəkdə bu layihədən bəhrələnən bir şəxs və məktəbin gələcək məzunlarının müştərisi kimi.

Son 60 il ərzində, turizm davam edən genişlənmə və şaxələnmə proseslərini yaşamışdır və hazırda dünya ÜDM-in 9 faizi və ixracların 6 faizini təşkil edərək ən tez inkişaf edən iqtisadi sektorlardandır. Avropa və Şimali Amerika kimi ənənəvi turist istiqamətlərindən başqa, bir çox yeni marşrutlar yaranmışdır.

Marşrutların mütəmadi çoxalması turizmi gətirdikləri ixrac gəlirləri, yaratdıqları iş yerləri və şirkətlər, eləcə infrastruktur inkişafı vasitəsi ilə ictimai və iqtisadi tərəqqini irəliləyən əsas amilə çevirmişdir. Dünya miqyasında, yaradılan hər 11 iş yerinin biri turizm sektorundadır.

Azərbaycan Avropada ən tez populyarlıq qazanan yeni marşrutlardan biridir. BMT-nin Dünya Turizm Təşkilatına əsasən, 2012-ci ildə Azərbaycana edilən səfərlərin sayı 27 faiz artmışdır, və bu rəqəmin gələcəkdə çoxalacağı gözlənilir.

Turizm inkişaf, firavanlıq və rifaha aparan bir yol kimi geniş tanınır. Azərbaycan kontekstində, turizm sahəsi, “Azərbaycan 2020I Gələcəyə Baxış” adlı inkişaf strateqiyasının əks etdirdiyi kimi, iqtisadi şaxələnmə və reqional inkişaf üçün xüsusi bir önəm daşıyır.

Biz ölkənin turizm infrastrukturu üzrə gözəçarpan nailiyyətləri hər gün görə bilərik. Biz müasir kurort və dünyaca məşhur brendli mehmanxanaların tikilməsini və Azərbaycana xarici qonaqları gətirən yüksək səviyyəli beynəlxalq tədbirlərin çoxalmasını izləyirik.

Bu, iqtisadiyyat üçün çox müsbət bir işarədir. Amma infrastruktur inkişafı turistlərə yüksək peşəkarlıqla seçilən xidmət göstərən və qonşu ölkələrlə rəqabət apara biləcək keyfiyyətli insan resurslarının yetişdirilməsi ilə üst-üstə gəlməlidir.

Biz Bakı Turizm peşə məktəbinin müasirləşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyinin göstərdiyi cəhdləri “qara qızılı insan qızılına çevrilməsi” siyasətinin bir nümunəsi kimi çox müsbət qiymətləndiririk.

Cənab nazir, mən Sizi BMTİP ilə apardığınız davamlı əməkdaşlığa görə təşəkkür etmək istəyərdim, eləcə də Sizin gələcək təşəbbüslərinizə marağımızı və Sizə kömək etməyə hazır olduğumuzu bir daha vurğulayıram.

Aidiyyəti Layihə
Turizm Sektorunun İnkişafının Dəstəklənməsi

Bu layihə BMT İP və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihənin Azərbaycanda turizm sektorunu inkişaf etdirmək məqsədi daşıyan üçüncü mərhələsini təqdim edir. Yeni mərhələnin əsas məqsədi bu sektorun gələcək inkişafını təşviq etmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin imkanlarını gücləndirməkdir.