Rezident Nümayəndənin III Vergi Forumundakı çıxışı

7 fevral 2014

imageCənab Bruk Bakıda keçirilən III Vergi Forumunda iştirak edərkən - 07 fevral 2014-cü il. (Şəkil: Vergilər Nazirliyi)

Hörmətli nazir Fazil Məmmədov,
Zati-aliləri Malena Mard,
Hörmətli Larisa Leşçenko,
Hörmətli mediya nümayəndələri,
Zati-aliləri, Dəyərli Qonaqlar, Xanımlar və Cənablar,

İlk öncə, Birləşmiş Millətlər Təşkilatı adından Azərbaycan Respublikası vergi sistemi əməkdaşlarının peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və bizim Azərbaycanda vergi sistemi kimi mühüm məsələləri müzakirə etməyə imkan yaradan bu forumun təşkilatçılarına etiramımı bildirirəm.

Vergi sistemi sərvətin yenidən bölüşdürülməsi üçün əsas vasitə olsa da, hazırda bu sahə struktur dəyişikliyi və sosial siyasətin bir hissəsi kimi baxılmaqdadır. Dövlət siyasəti islahatının bir hissəsi kimi vergi sistemi dəyişikliyi, gəlirlərin yiğılması və vergi orqanı tərəfindən əməliyyat xərclərinin azaldılması nəticəsində vergi inzibatçılığı dünyada böyük keçid prosesini yaşamaqdadır. Bundan əlavə, informasiya texnologiyaları və digər innovasiyalar daha səmərəli vergi inzibatçılığı və şəffaflıq üçün yeni yollar açır.

Keçən il, BMT Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə qlobal və milli səviyyədə məsləhətləşmələrə rəhbərlik etmişdir. İnsanların söylədikləri çox ideyaların əksəriyyəti “Azərbaycan 2020: Gələcəyə Baxış” konsepsiyasında öz əksini tapmışdır. Biz səmərəli maliyyə siyasətinin “Azərbaycan 2020: Gələcəyə Baxış” sənədində, 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsində nəzərdə tutulmuş daha dayanıqlı və şaxələnmiş iqtisadiyyata nail olmaqda Azərbaycana imkanlar yaradacağına inanırıq.

Azərbaycanın və digər təbii sərvətlərlə zəngin olan ölkələrin ən mühüm məqsədlərindən biri iqtisadiyyatın şaxələndirilməsi və neft sektorundan asılılığın azaldılmasıdır. Buna özəl sektorun iqtisadiyyatda daha fəal iştirakı ilə - Avropa İttifaqı, ABŞ və digər başqa inkişaf etmiş ölkələr kimi kiçik və orta sahibkarlığın yaradılmasını dəstəkləmək üçün mühüm vasitə olan səmərəli və məqsədli maliyyə siyasətinin köməyi ilə nail olmaq olar.

Eyni zamanda, hətta ən mükəmməl layihələndirilmiş maliyyə siyasəti keyfiyyətcə yaxşı vergi institutu və institusional tədbirlər olmadan, eləcə də yüksək səviyyəli və məsuliyyətli insan resursları olmadan həyata keçirilməsi mümkün deyil.

Vergilər Nazirliyi e-vergi və e-xidmətlər sistemi olmaqla ölkədəki vergi siyasətinin həyata keçirilməsində aparıcı rol oynayır. BMT-nin İnkişaf Proqramı olaraq biz elektron hökumət idarəçiliyinin dəstələyiçisiyik və Azərbaycanda bu sahədə bir çox institutlarla tərəfdaşlıq etmişik. Biz Vergilər Nazirliyinin bu sahədə liderlik etdiyinə çox şadıq – artıq 2006-ci ilədək Nazirlik vergi administrasiyasının əməliyyatlarını rəqəmsallaşdıran Avtomatlaşdırılmış Vergi Məlumat Sistemini (AVİS) yaratmışdır. Nazirlik həmçinin kütləvi İKT vasitələrinin tətbiqini labüd edən İnternet Vergi Ofisi portalı, vergi ödəyiciləri tərəfindən elektron vergi qaimələri sistemi və vətəndaşlarla vergi agentliyi arasındakı danışıqların yazılaraq yaddaşda saxlayan “Onlayn məlumat saxlama” və s. kimi çoxsaylı layihələrin həyata keçirilməsinə təşəbbüskar olmuşdur.

BMT-nin İnkişaf Proqramı biliyin bölüşdürülməsi yolunda qlobal tənzimləyici kimi tanınır və biz Vergilər Nazirliyi ilə xüsusilə uğurlar əldə edilmiş e-xidmətlər və e-vergi sahələri üzrə biliyin yaradılması və transfertində əməkdaşlıq etməkdən mənmun olardı.

Əminəm ki, bu forum Azərbaycanda və dünyada səmərəli vergi inzibatçlığının təkmilləşdirilməsində müxtəlif yolların araşdırılması və müzakirə edilməsində vacib platforma kimi çıxış edəcəkdir. .

Təşəkkür edirəm.

BMTİP Rezident Nümayəndəsi
Cənab Antonius Bruk

Cənab Antonius Bruk 2012-ci ilin oktyabr ayından BMT-nin Azərnaycan Respublikasında Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycandakı Rezident Nümayəndəsi vəzifəsinə təyin edilmişdir.