Vətəndaş cəmiyyəti ilə dialoq: Gənclər adlı 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi üzrə Milli Məsləhətləşmələrin ikinci mərhələsinin bağlanış mərasimi. BMT Modeli Seminarı.

15 iyul 2014

imageBMT Modeli seminarı iştirakçılarının qrup şəkili

BMT Modelinin əziz gənc iştirakçıları,
Gənclər və İdman Nazirinin müavini cənab İntiqam Babayev,
AR Gənclər Təşkilatları Milli Şurasının sədri cənab Şahin Seyidzadə,
ADA Universitetinin propektoru cənab Fariz İsmayılzadə,
Əziz əməkdaşlar,
Əziz BMT həmkarlarım,
Xanımlar və cənablar,
Dəyərli mətbuat nümayəndələri,

Mən 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələrin ikinci mərhələsinin çərçivəsində təşkil edilmiş BMT Modelinin bağlanış və mükafatlandırma mərasimində iştirak etdiyim üçün çox şadam. Məsləhətləşmələr BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi və AR Gənclər Təşkilatlarının Milli Şurası tərəfindən birlikdə təşkil edilib.

Azərbaycanda keçirilən hal-hazırki 2015-ci ildən sonrakı inkişaf mərhələsi üzrə milli məsləhətləşmələr digər qlobal məsləhətləşmələr arasında məhz gəncləri hədəf qrupu seçdiyi üçün xüsusi hesab olunur. Bir müddət əvvəl biz 2016-cı il Avropa Gənclər Paytaxtı-Gəncədə və 2014-cü il Azərbaycanın Gənclər Paytaxtı- Qubada məsləhətləşmələr təşkil etdik. Və nəhayət, sonuncu məsləhətləşmə bugün Bakıda, BMT Modeli formatına uyğun olaraq , nəticələri təsdiq etmək üçün keçirilir. Bu, həm bizə 2015 sonrası qlobal İnkişaf Gündəliyi üzrə qlobal debatlarda öz sözümüzü deməyə imkan yaradır, həm də BMT-nin Baş Katibinin 2015 sonrası İnkişaf Gündəliyini formalaşdırmaqda olan hesabatına töfhələrimizi verməyə kömək göstərir.

Gənclər hədəflər və məqsədlərlə dolu olmalarına baxmayaraq, onlar hər zaman maneələrlə qarşılaşır. Sosial ayrı-seçkilik, qərar qəbul etmədə iştirakın azlığı, zorakılıq, münaqişələr, ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyi ilə yanaşı yoxsulluq, təbii ehtiyatlar, təhsil, səhiyyə və məşğulluq dünyanın bir çox hissəsində həm gənclərin özləri, həm də bütünlükdə cəmiyyət üçün maneələr yaratmaqla, gənclərin hüquq və imkanlarınının reallaşdırılmasının qarşısını alır. Bu həm gənclərin özü, həm də bütövlükdə cəmiyyət üçün narahatedici nəticələrə gətirib çıxara bilər.

Biz milli məsləhətləşmələri Azərbaycan gənclərinin səsini eşitmək və gəncləri maraqlandıran məsələlər üzrə artan qlobal maarifləndimə kampaniyasına kömək etmələrinə imkan yaratmaq üçün keçirmişik. Dünyanın digər yerlərində olduğu kimi, biz, siz gənclərin gələcəyi üçün olan növbəti gündəmin sadəcə iştirakçısı deyil, həmçinin yaşayacağınız gələcəyi formalaşdırmaq üçün yaxın tərəfdaşlarımız olmağınızı, xüsusilə də öz ölkənizdə, bölgədə və qlobal şəkildə dayanıqlı və parlaq gələcəyi bütün cəmiyyət üçün reallığa çevirmək məsuliyyətinizi anlamağınızı istədik.

Azərbaycan 2014-cü ilin oktyabrında BMT-nin Baş Katibinin Gənclər üzrə Elçiliyinin Ofisi, BMT-nin İnkişaf Proqramı, UNESCO və Avropa Şurası ilə birlikdə təşkil etdiyi Gənclər Siyasəti üzrə Qlobal Foruma ev sahibliyi edəcək. Forum 2015 sonrası qlobal inkişaf gündəliyində gənclərin inkişafını irəli çəkmək təşəbbüsünü təqdim edir. Mən əminəm ki, keçirdiyimiz milli məsləhətləşmələrin nəticələri Qlobal Forumundakı müşavirələrə fayda verəcək.

Əziz gənclər və bütün iştirakçılar,

BMT-nin adından Azərbaycanın regionlarında və Bakıda keçirilən milli məsləhətləşmələrdə aktiv iştirakınıza görə hər birinizə təşəkkür etmək istərdim. BMT-nin diplomatları kimi 2015 sonrası İnkişaf Məqsədlərini müzakirə etdiyinizə görə, siz yəqin ki gələcək məqsədlərimizin necə ola biləcəyinə şahid olan ilk siyasətçilərsiniz. Mən çox əminəm ki, bu məqsədlər bizim istədiyimiz gələcəyi əks etdirdiyi üçün məhz dayanıqlı inkişaf məqsədləri olacaqdır.

Çox sağ olun!