"Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində yaradılmış emalatxananın açılış mərasimində BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassettinin nitqi

10 July 2019

Photo: BMTİP Azərbaycan

Çıxış üçün hazırlanıb

10 iyul 2017-ci il

Gəncə, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

Bakı, Azərbaycan

Hörmətli Niyazi müəllim (Gəncə Şəhər İcra hakimiyyətinin başçısı cənab Niyazi Bayramov)!

Hörmətli İdris Müəllim (Təhsil Nazirinin müavini cənab İdris İsayev)

Hörmətli xanım Simona Qatti (Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi )

Hörmətli cənab Pərviz Yusifov (Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktoru)

BMT-dən olan həmkarlarım, xanımlar və cənablar!

Xanımlar və cənablar, sizi salamlayıram! (Azərbaycan dilində)

Bu gün əzəli gözəlliyə malik Gəncə şəhərində sizə qoşulmaqdan böyük məmnuniyyət və qürur hissi duyuram. Ölkənin hansı hissəsinə səfər etməyimdən asılı olmayaraq, hər zaman özümü evimdəki kimi hiss etməyimə səbəb olduğunuza görə sizə təşəkkür edirəm! Gəncənin həqiqətən də ürəyimdə xüsusi yeri vardır!

Bu yeni, heyrətamiz sənaye emalatxanasının açılış sevincini bizimlə bölüşdüyünüzə görə hamınıza təşəkkür edirəm! Ümid edirik ki, bu emalatxana bacarıqlı qadın və kişi sənətkarların yeni nəslinin moda, dizayn, ev təmiri işləri, qaynaq xidmətləri, istehsala bağlı xidmətlər və digər çoxsaylı sahələrdə yeni uğurlu karyeraya hazırlanmasında önəmli rol oynayacaq.

Bu seminar bizim Avropa İttifaqı ilə - mən onların nəcib maliyyə dəstəyinə görə sonsuz təşəkkür edirəm - birgə əməkdaşlığımızın  məhsulu, həm də bizim Təhsil Nazirliyi və əlbəttə ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə uzunmüddətli əməkdaşlığımızın nəticəsidir. Biz Aİ ilə bütün birgə fəaliyyətlərimizdə onların məşhur #BirlikdəGüclüyük şüarına əməl edirik.

Çoxlarınızın artıq bildiyi kimi, biz Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılması üçün bütün bu tərəfdaşlarla və əsas donorumuz olan Aİ ilə qüvvələrimizi birləşdirdik.

Bu təşəbbüs Azərbaycanın iki hissəsində - qərbdə yerləşən Gəncədə və cənubda yerləşən Cəlilabadda yerinə yetirdiyimiz "Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi" adlı daha geniş proqram çərçivəsində həyata keçirilir. Hər iki təşəbbüs Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir.

Biz Azərbaycanda  tələbat olan işçi qüvvəsini hazırlamaq və inkişaf etdirməkdə peşə təhsili məktəblərinə kömək üçün peşə təhsili sisteminin yenidən qurulması və bir sıra əsaslı islahatların keçirilməsi ilə bağlı Hökumətin qəti mövqeyinə söykənərək bu proqrama başladıq.

Biz Gəncədə və Cəlilabadda bu təşəbbüslərə başlayarkən Azərbaycanda məktəb məzunlarının 11%-dən azı peşə məktəblərində təhsilini davam etdirirdi. Müqayisə üçün, inkişaf etmiş ölkələrdə bu göstərici 40-60% arasında dəyişir. Bizim hesablamalarımız göstərir ki, hər ilk ümumtəhsil məktəblərinin məzunlarının 50-60%-i heç bir ixtisas əldə etmədən əmək bazarına daxil olurdu ki, bu da gənclər arasında yüksək işsizlik səviyyəsinin və aşağı məhsuldarlığın əsas səbəbləridir. 

Bu boşluğu nəzərə alaraq, biz bazarın tələbatı və sektorlar üzrə səciyyəvi tələblərlə təklif olunan bacarıqlar arasındakı boşluğu azaltmaq üçün bu birgə proqramda Hökuməti təmsil edən əsas tərəfdaşlarımızla birlikdə əsas diqqəti Azərbaycanın bu iki rayonunun peşə təhsili və inkişaf potensialının gücləndirilməsinə yönəldirik.

Qeyd etməkdən qürur duyuram ki, peşə təhsili və təlimi layihəsi çərçivəsində bizim Aİ və Azərbaycan Hökuməti ilə birgə səylərimiz artıq ilk uğurlu nəticələrini ortaya qoyub və bir neçə hədəfə nail olunub.  

Təkcə Gəncədə 2018-2019-cu illərdə Peşə Kompetensiya Mərkəzindəki təhsil proqramına yazılan tələbələrin sayı əvvəlki illərlə müqayisədə 9.5% artıb. Bu baxımdan ən heyrətamiz məqam ondan ibarətdir ki, qadınlar arasında qəbul səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, əvvəlki illərdə qızların peşə məktəblərinə qəbul səviyyəsi ilə müqayisədə 20.5% artıb.

Bu günə qədər, biz Gəncə Peşə Kompetensiya Mərkəzi üçün konseptual baxımdan yeni olan 50 tədris modulu və aşağıdakı sahələr üzrə 6 yeni kurrikulum hazırlamışıq:

  1. isitmə, havalandırma və soyutma sistemləri;
  2. mənzil təsərrüfatı və yaşayış obyektlərinin təmiri xidməti;
  3. dağ-mədən işləri;
  4. Moda və dizayn;
  5. Plastik boruların quraşdırılması və təmiri üçün plastik qaynaq xidmətləri; və 
  6. maşınqayırma və cihazqayırma sənayesində metal hissəciklərin istehsalı və yığımı üçün lazım olan tornaçı xidmətləri

Bu gün bu yeni emalatxananın açılması ölkənin çoxsahəli işçi qüvvəsinin genişləndirilməsi və daha inklüziv əmək bazarının yaradılmasında vacib addım kimi peşə təhsilinin əhəmiyyətini ön plana çəkir.

Keyfiyyətli təhsil konsepti Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin mərkəzində yer alır və BMT-nin 2015-ci ildə keçirilmiş Baş Assambleyası zamanı BMT-nin üzv dövlətləri tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədindən biridir. Spesifik olaraq inklüziv və bərabərhüquqlu təhsilə yönələn 4-cü məqsəd - Keyfiyyətli təhsil hamı üçün həyat boyu təhsili təşviq edir və inklüziv cəmiyyətlərdə məşğulluq imkanlarının artırılmasında alternativ təhsil yollarının çox önəmli bir addım kimi vacibliyini vurğulayır.

Bu emalatxana layihə çərçivəsində hazırlanmış kurrikulumlar və tədris modulları vasitəsilə əldə olunmuş fərdi bilik və bacarıqların yaxşılaşmasına dəstək göstərəcək sistem kimi çıxış edəcək.

Peşə təhsili və təlimi sektoru müasir, şaxələndirilmiş iqtisadiyyat üçün çox vacibdir və Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlılığı üçün önəmli investisiyadır. İnsanlara investisiyanı ön plana çəkən bu son dərəcə qürurverici işdə Hökumətin bizi - həm Aİ-ni, həm də BMTİP-i etibarlı tərəfdaş kimi görməsi bizdə qürur hissi doğurur.

Aİ-dən olan həmkarlarım da mənimlə razılaşar ki, həm Aİ, həm də BMTİP ölkədə peşə təhsili sisteminin daha da müasirləşdirilməsində və əmək bazarının yeni tələbləri ilə bacarıqlar arasındakı boşluğun aradan qaldırılmasında Hökumətə bütün zəruri dəstəyi təmin etməyə davam edəcək.

Yekun olaraq, Gəncənin və ətraf rayonların əhalisini sizin hamınızın - həm yaxında, həm uzaqda olanların peşəkar bacarıqlarının artırılması üçün bu yeni emalatxananın yaradılması münasibətilə səmimi təbriklərimi çatdırıram. Mən ilk sənaye və texniki təlim emalatxanasında öyrənən və çalışan ilk tələbə və müəllim qrupuna uğurlar arzu edirəm. Ümid edirəm ki, siz Gəncə Peşə Təhsili Mərkəzində bütün həyatınız boyu xatırlayacağınız mükəmməl təcrübələr yaşayacaqsınız və bu, ilk ildən sonra karyeranız sizin üçün  heç vaxt təsəvvür etmədiyiniz üfüqlərə yol açacaq.

Təşəkkür edirəm! 

Çox sağ olun! (Azərbaycan dilində)