Foto: BMTİP Azərbaycan/Elmar Mustafayev. Seymur Yusifov qardaşı Taleh hələ həbsdə olarkən, Avropa Birliyinin maliyyə dəstəyi ilə yaratdıqları ailəvi arıçılıq biznesinin idarə edilməsinə kömək edir. Şəki, Azərbaycan, 2019-cu il

Talehin 31 yaşı var. O, 4 ildən çoxdur ki, məhbus həyatı yaşayır və onun cəza müddəti hələ bir il yarımdan sonra başa çatacaq. 4 il bundan əvvəl o, Şəkidə avtomobil təmiri sexində avto-mexanik kimi işləyirdi. O, gənc və xoşbəxt idi və hələ bütün həyatı qabaqda idi. Taleh aşiq olduğu və xəyallarındakı xanımla nişanlı idi. Onlar öz toy məclislərinə hazırlıq görüb və öz birgə gələcəklərinin xəyalını qururduqları an, faciəvi bir avtomobil qəzası bütün bu planları yarıda qoydu. Taleh hal-hazırda Şəki Penitensiar Müəssisəsində cəza çəkir. O, uzun və gərgin məhbusluq həyatının ardınca yenidən öz nişanlısına qovuşmaq və yeni həyata başlamaq üçün günləri sayır. Onun həbsxanadakı ilk ayları iztirab və depressiya ilə dolu idi. O, baş verənlərə görə həm özünə, həm də bütün dünyaya qarşı qəzəbli idi.

Taleh həbsxanadakı ilk ilini belə xatırlayır: “Gələcəkdə məni nəyin gözlədiyini qətiyyən bilmirdim. Gözümdə artıq sabah üçün heç bir ümid yox idi”. Lakin vəziyyət tədricən həm Taleh üçün, həm də Şəkidəki 180-dən çox məhbus üçün yaxşıya doğru dəyişməyə başladı. Onlar həbsdə olduqları müddətdə ailələrinin və özlərinin dolanışığını daha dayanıqlı şəkildə təmin etmək üçün gəlir gətirən bacarıqlara yiyələnirdilər. 2016-2018-ci illərdə məhkumların təklif etdiyi 9 biznes ideyası Avropa İttifaqı və BMTİP tərəfindən maliyyə dəstəyi ilə təmin edildi. Talehin arıçılıqla bağlı biznes təklifi də bunlardan biri idi və hər şey elə bu təklifdən başladı. Bununla da hər şey dəyişdi.

Arıçılıq onun uşaqlıqdan bəri həvəs göstərdiyi bir sahə idi. İllər öncə, onun ailəsi bal arılarının yetişdirilməsi üzrə ixtisaslaşmışdı. Onun nənə-babaları və əmiləri on illərlə öz həyətlərində yalnız ailə üçün istifadə etmək məqsədilə arı pətəkləri saxlayarmış. Amma zaman keçdikcə bu ənənə unuduldu və hətta elə günlər olurdu ki, Taleh Şəkidəki evlərində bir qaşıq belə, bal tapa bilmirdi. Lakin artıq bu, belə deyil. Taleh hələ də cəzaçəkmə müəssisəsində olsa da, BMTİP Şəki şəhərindəki yerli QHT tərəfdaşı olan “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin vasitəçiliyi ilə onun öz şəxsi bal istehsalı təsərrüfatını yaratmasına kömək edib.

Hazırda Talehin qardaşı Seymur və əmisi onun arıçılıq təsərrüfatını birlikdə idarə edirlər. Kiçik sahibkarlıq subyekti olan bu ailə təsərrüfatı ailənin artıq daimi iş yeridir. Ağızdan-ağıza təbliğat sayəsində, balın satışı məhsulun hazırlanmasından da daha sürətli şəkildə satılır. Həmin ərazidəki qonşular balın çox dadlı olduğunu deyirlər. Onlar, həmçinin, arı pətəkləri, çərçivələr, qayışlar və ayırıcılar kimi müxtəlif növ arıçılıq avadanlıqları da istehsal edir və satırlar. Bundan başqa, Talehin yeni yaranmış təsərrüfatı Şəki və digər yaxın rayonlardakı yerli arıçılara arı satır və beləliklə həm icmanın daha çox arı yetişdirməsinə kömək edir, həm də ailəsinin on illər boyu sürən arıçılıq ənənəsini bərpa edir.

İndi Taleh qaranlıq tunelin sonundakı işığı görür, çünki onun artıq həyatda bir məqsədi və daha yaxşı və xoşbəxt bir gələcəyə ümidi var. O artıq azadlığa çıxdıqdan sonra işsiz qalmaqdan qorxmur. Onun arıçılıq biznesi inkişaf edir. Bu biznes Talehin həm ailəsi, həm də qohumlarının yaşayışını yaxşılaşdırıb və onlar Talehin onlara qovuşmasını və böyük arzularla yeni həyata başlamasını səbirsizliklə gözləyirlər.

Hər şey necə başladı

2016-cı ildə BMTİP Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsi və yerli QHT olan "Uluçay" Sosial-İqtisadi İnnovasiya Mərkəzi ilə yaxından əməkdaşlıq yolu ilə Azərbaycandakı məhbusların hüquqi yardım, reabilitasiya və reinteqrasiya dəstəyi ilə təmin edilməsi ilə bağlı iki illik bir layihəyə start verdi.

Azərbaycanda məhbuslar azadlığa çıxdıqdan sonra cəmiyyətə yenidən inteqrasiya olunmaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. BMTİP-in “Uluçay” ilə birgə layihəsi məhz bu məsələnin həllinə yönəlmişdi. Azadlığa çıxan keçmiş məhbuslar damğalanma və digər çoxsaylı sosial maneələrlə üzləşir və buna görə də onlar üçün iş, mənzil təminatı, öz ailələri və icma ilə yenidən əlaqəyə girmək və ümumiyyətlə normal həyat tərzinə qayıtmaq getdikcə daha da çətinləşir. Çox vaxt onlar hüquqi və psixoloji yardım xidmətlərindən istifadə etməkdə çətinlik çəkirlər, halbuki bu xidmətləri əldə etmək məhkumluğu olmayan şəxslər üçün daha asandır. Məhkumluğu olan şəxslər çox vaxt ali təhsil almaq və karyera qurmaq imkanlarından məhrum olurlar, çünki onlar potensial işəgötürənlərlə müsahibəyə getdikdə onlara şübhə ilə yanaşılır. Qərəzli yanaşma və damğalanma ilə birlikdə bütün bu maneələr məhkumluğu olan şəxslərin psixi sağlamlığına və ümumi rifahına mənfi təsir göstərir və onların hətta yenidən cinayət törətməsi ilə nəticələnə bilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin verdiyi rəsmi məlumatlara əsasən təkrarlanan cinayət əməllərinin xüsusi çəkisi 2012-ci ildə 13,5%, 2013-cü ildə 13,8% və 2014-cü ildə isə 15,7% artmaqla 2012-2014-cü illəri arasında hər il kəskin artmışdır. Qarşılanmayan tələbata yönələn bu layihə məhbusları dəstək xidmətləri ilə təmin etməklə, daha dəqiq desək, Şəki penitensiar müəssisəsinin məhbusları arasında peşə bacarıqlarının kəskin çatışmazlığının aradan qaldırılması yolu ilə, təkrarlanan cinayət əməllərinin azaldılması məqsədini daşıyır.

Qaranlıqdan işığa doğru

Layihə iki ildən az bir müddətdə məhkumların daha yaxşı gələcəyə olan ümidlərini artırmaqla onların həyatına müsbət təsir göstərmişdir. Ən önəmlisi isə, layihə onlara qazanc əldə etmək üçün lazımi peşə bacarıqlarını öyrətmiş və ailələri üçün dayanıqlı bir yaşayış qurmağa kömək etmişdir. Bu unikal təşəbbüsün nəticəsi olaraq, Azərbaycanda Şəki penitensiar müəssisəsinin 500-ə yaxın məhkumu hüquqi yardım almış, habelə Şəki icmasında 70-dən çox qadın onların birinci dərəcəli ailə üzvlərinə, yəni cəzaçəkmə müəssisəsində olan həyat yoldaşlarına, atalarına və qardaşlarına göstərilən hüquqi yardımdan faydalanmışdır. Ümumilikdə, 443 məhbus psixoloji dəstəkdən faydalanmış və yüzdən çoxu hər hansı bir təsərrüfata başlamağın və onu inkişaf etdirməyin əsaslarını öyrənmişdir ki, bu da onların azadlığa çıxdıqdan sonra cəmiyyətə yenidən inteqrasiya olunmasına kömək edəcəkdir. Bir tikiş sexi, bir avtomobil yuma məntəqəsi, taxtadan əl işlərinin istehsalı üzrə 3 sex, meyvə-tərəvəz yığmaq üçün taxta istehsalı sexi, mebel istehsalı üçün nəzərdə tutulan 2 taxta sexi və bir arıçılıq təsərrüfatı daxil olmaqla məhkumların irəli sürdüyü doqquz biznes ideyası Aİ və BMTİP-dən maliyyə dəstəyi almışdır.

Layihə, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMTİP tərəfindən həyata keçirilən və əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun artırılmasına yönələn daha geniş bir təşəbbüsün bir hissəsi idi. “Uluçay” bu layihə çərçivəsində Aİ-dan maliyyə dəstəyi almış 12 qeyri-kommersiya təşkilatından biri idi. Bu tərəfdaşlıq çərçivəsindəki 12 təşkilatın hər biri, sosial, iqtisadi, hüquqi və/və ya siyasi baxımdan əhalinin həssas qruplarının həyatını yaxşılaşdırmağa yönəlmiş xüsusi köməkçi layihələr həyata keçirib.

Seçilmiş 12 vətəndaş cəmiyyəti təşkilatı ilə həyata keçirilmiş bu tərəfdaşlıq Bakı, Sumqayıt, Şirvan, Salyan, Lənkəran, Xaçmaz, Quba, Balakən, Zaqatala, Qax, Şəki, Mingəçevir, Oğuz, Qəbələ, Göyçay, Samux və Gəncə daxil olmaqla Azərbaycanın 17 bölgəsində insanları diqqət mərkəzinə gətirən geniş sayda layihələri ərsəyə gətirdi.

Nəticələrə qısa nəzər

Layihənin iki illik icra müddətində, yarım milyona yaxın insan sosial, iqtisadi və siyasi hüquqlar, mövcud milli siyasətlər (xüsusilə əlilliyi olan şəxslər, qadınlar, məhbuslar kimi həssas qrupların rifahına aid olan siyasətlər), ən çox məhrumiyyətlərlə üzləşən qruplar üçün məşğulluq strategiyaları, biznesin yaradılması üsulları və təcrübələri, təşkilati idarəçilik, təşviqat və təbliğat alətləri, kommunikasiya, monitorinq və qiymətləndirmə, sosial iş və əhaliyə göstərilən sosial xidmətlərin əsasları, verilənlərin vizuallaşdırılması və data jurnalistikası kimi sahələr üzrə öz biliklərini artırmışdır. Ümumilikdə icma əsaslı 32 təşəbbüs BMTİP-in vasitəçiliyi ilə Avropa İttifaqından kiçik həcmli qrantlar əldə etmişdir. Aİ və BMTİP-in birgə dəstəyi nəticəsində ailə üzvləri ilə birlikdə 220-dən yuxarı şəxs öz qazanc mənbələrini yaxşılaşdıra bilib.

Təxminən 6000 nəfərin həyat şəraiti və ev təsərrüfatlarına dəstək yaxşılaşdırılıb. Təxminən 3000 nəfər ödənişsiz hüquqi yardımdan və psixoloji konsultasiyadan faydalanıb. Bu şəxslərə əlilliyi və inkişaf geriliyi olan şəxslər, qadın və qızlar, məhbuslar və onların ailə üzvləri daxildir. 2000-dən yuxarı şəxs Aİ və BMTİP-in keçirdiyi təlimçilərin təlimində iştirak edib.
BMTİP ölkənin vətəndaş cəmiyyətini təmsil edən geniş spektrli tərəfdaşlarla birlikdə 84 informasiya məhsulu, o cümlədən dərsliklər, alətlər dəsti, təlim resursları, monitorinq və qiymətləndirmə standartları və əlavə olaraq əhalinin həssas qrupları üçün sosial-iqtisadi və hüquqi təminatların müxtəlif aspektlərinə aid olan 35 siyasət sənədi və analitik resurslar toplusu hazırlamışdır.

Icon of SDG 08

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

İndi buradasınız BMTİP Azərbaycan 
Keçid üçün buranı tıklayın BMT-nin İnkişaf Proqramının Qlobal Qərargahı

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair