LAYİHƏ QRANT ELANI: Avropa İttifaqının «QHT-lərin bacarıqlarının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi»

14 Aug 2014

image
LAYİHƏSİNİN ƏRIZƏ FORMASININ DOLDURULMASI ÜZRƏ TƏLİMAT 

Qrant Layihəsi Haqqında Ümumi Məlumat 

Layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi əsasında həyata keçirilir. İcraçı qurum kimi Birləşmiş 
Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çıxış edir. Müsabiqəni Aİ, BMTİP, Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi (ETSN) və QHT nümayəndələrindən ibarət münsiflər heyəti həyata keçirəcəklər. 

Ümumi Tələblər

Layihə təklifinin tərtibatı üzrə tələblər 
Layihənin həyata keçirilməsi üzrə ərizə, standart titul vərəqi və layihənin qısa təsviri (summary) bir səhifə təşkil etməklə, 17 səhifədən çox olmamalıdır (cədvəllər və diaqramlar da daxil olmaqla). Ərizə çap olunmuş şəkildə təqdim edilməlidir. 
Həmçinin təşkilatın statusunu təsdiq edən, maliyyə töhfəsi/dəstəyini göstərən sənədlər təqdim edilə 
bilər. 
Əmin olun ki, layihə sənədlərinin hamısı aydın oxunur. Bütün əlavə sənədlərdə (əlavələrdə) layihənin adıəks edilməlidir. Göndərilən ərizə geri qaytarılmadığına görə, ərizənin bir nüsxəsini özünüzdə saxlayın. 

Layihə təklifinin təqdim edilməsi üzrə tələblər 

Ərizələrin son təqdim edilmə tarixi 19 sentyabr 2014-cü il yerli (Bakı) vaxtı ilə saat 18:00-dır. Zərfə qrant ərizəsinin çap olunmuş, imzalanmış və möhürlənmiş orijinalı və onun 3 kserokopiyası əlavə edilməlidir. 

Zərfin üzərində ərizəni təqdim edən təşkilatın və Qrant Proqramının adı (Avropa İttifaqının «Qeyri 
hökumət təşkilatlarının potensialının inkişafı əsasında ekoloji idarəetmə sisteminin gücləndirilməsi» 
layihəsi) qeyd edilməlidirlər. 

Ərizələr Birləşmiş Mİllətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) ofisinə təqdim edilməlidir. 
Ünvan: Bakı, BMT-nin 50 İlliyi küçəsi, 3. AZ1001
Suallar yalnız elektron poçt vasitəsilə verilə bilər: Email: orkhan.hasanov@un-az.org 

Layihənin sənidinə burada baxın. 

Ümumi Məlumat

Son müraciət Tarixi: 19 sentyabr 2014-cü il

Qrantın Məbləği: maksimum 39 000 AZN

Müraciət üçün əsas şərt: Ekologiya üzrə ixtisaslaşmış yerli QHT-lər

Qrant Sənədini Yüklə