Resident Representative

Alessandro Frakassetti

BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi

Cənab Alessandro Frakassetti 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycan Respublikasındakı Nümayəndəliyinə rəhbərlik etdikdən sonra 2019-cu ilin aprel ayından etibarən BMTİP-in Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsi vəzifəsinə təyin olunmuşdur. Bundan öncə o, 2016–2018-ci illər ərzində BMTİP-in Azərbaycan Respublikasındakı Rezident Nümayəndəsinin müavini vəzifəsində çalışmışdir.

Cənab Alessandro Frakassetti son 15 ildə BMTİP-də müxtəlif rəhbər vəzifələrdə çalışmışdir. O, 2011-ci ildən 2016-cı ilin iyul ayınadək Makedoniyanın Skopye şəhərində və 2006-2011-ci illərdə Xorvatiyanın Zaqreb şəhərində BMTİP-in Rezident Nümayəndəsinin müavini, 2004-2006-cı illərdə Belarusun Minsk şəhərində BMTİP-in Rezident Nümayəndəsinin köməkçisi vəzifələrində çalışıb.

O, BMTİP-dən öncə, İtaliyanın Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq, ezamiyyə əsasında Bosniya və Herseqovinada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Seçki məsələləri üzrə baş müşavir və Siyasi məsələlər üzrə baş müşavir kimi (1996-2000) və Xorvatiyada ATƏT-in mətbuat katibi və İctimai məsələlər üzrə şöbənin rəhbəri kimi (2000-2004) xidmət edib.

Cənab Frakassetti Belçikanın Brügge şəhərindəki Avropa Kollecində Avropa İttifaqının Siyasəti və İdarəçiliyi üzrə magistr dərəcəsinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Sussex Universitetində Beynəlxalq Münasibətlər üzrə bakalavr dərəcəsinə və Fransanın Strasburq şəhərində yerləşən Siyasi Araşdırmalar İnstitutundan Siyasi Tədqiqatlar üzrə diploma sahibdir. O Avropa Birliyi Siyasəti, Tarixi və Hüququ üzrə ixtisaslaşıb, Şərqi Avropada və Balkan ölkələrində uzun müddət çalışıb.

Cənab Frakasetti dörd dildə (ingilis, fransız, serb/xorvat/boşnak və doğma dili olan italyan dili) səlis danışır, rus dilində isə ilkin biliklərə malikdir.

Ailəlidir, iki övladı var.