Qadınlar özəl sektorda: tövsiyyələr və nəticələr

Qadınlar özəl sektorda: tövsiyyələr və nəticələr

4 December 2018

Gender əsaslı çətinliklərin mürəkkəb mahiyyətini nəzərə alaraq, bu cür çətinliklər qadınların sosial iştirakçılığını dəstəkləmək və gender stereotiplərini kökündən dəyişdirmək təşəbbüsləri ilə birgə iqtisadi gücləndirməni inteqrə edə biləcək siyasət və proqramlar vasitəsilə həll edilməlidir. Bu səylər çoxsaylı tərəfdaşların birgə fəaliyyətləri nəticəsində uğurlu ola bilər. Bu fəaliyyətlərdə xüsusi olaraq dövlət və özəl sektor tərəfdaşlıqlarından, həmçinin sosial korporativ məsuliyyət təşəbbüslərindən geniş formada istifadə edilməlidir. Tədqiqat çoxsaylı tərəfdaşların cəlb edilməsini nəzərdə tutan üç ümumi sahəni müəyyən edib:

1.   Qadın sahibkarlığının təşviq edilməsi və qadınların layiqli iş yerlərini tutmasına, özəl sektorda  yeni sahələrə cəlb olunmalarına yardım etmək;

2.   Özəl sektor iştirakçılarının gender məlumatlılığının və hesabatlılığının gücləndirilməsi, özəl sektor fəaliyyətlərində gender aspektlərinə dair məlumatların toplanması və bu istiqamətdə təhlillərin təkmilləşdirilməsi;

3.   İşləyən valideynlər üçün dövlət və özəl investisiyaların artırılması və onlar üçün gündəlik uşaqlara qayğı mərkəzləri seçimlərinin genişləndirilməsi (iş yerlərində yerləşən qayğı mərkəzləri, ictimai qayğı mərkəzləri (dövlət tərəfindən dəstəklənən), uşaqlara qulluq üçün işləyən valideynlərə bonuslar və digər seçimlər vasitəsilə) yolu ilə münasib ailə dəstəyi imkanlarının təkmilləşdirilməsi.

Ətraflı vizual infokrafida baxın.

Regions and Countries
Sustainable Development Goals