"İnsan İnkişafı" Tədris Vəsaiti

"İnsan İnkişafı" Tədris Vəsaiti

6 May 2015

İnsanlar hər bir dövlətin həqiqi sərvətidir və hər hansı sahədə aparılan inkişaf siyasəti məhz insanlara xidmət etməlidir. Bu, insan inkişafı konsepsiyasının mərkəzi tezisidir.

İnsan inkişafı insanları və onların həyatının keyfiyyətini ali tutan, müxtəlif sahələrdə seçimlərin, imkanların və bacarıqların genişləndirilməsini təbliğ edən, eləcə də sülh və təhlükəsizlik, ədalət və ləyaqət, sağlamlıq və təhsil kimi ümumi dəyərləri ön plana çəkən çoxşaxəli bir konsepsiyadır.

21-ci əsrdə dövlətçilik yüksəlişini yaşamağa qərarlı olan Azərbaycan üçün insan inkişafı konsepsiyası həm analitik, həm də praktiki baxımdan faydalı ola biləcək bir paradiqmadır.

Azərbaycan dilində və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq ilk dəfə tərtib edilmiş bu vəsait həm insan inkişafının tədrisi məqsədilə müəllimlər və tələbələr üçün, həm də müasir beynəlxalq problemlər və milli dövlət idarəçiliyi ilə maraqlanan dövlət qulluqçuları, tədqiqatçılar, jurnalistlər, gənc liderlər və başqaları üçün nəzərdə tutulmuşdur.

Document Type
Regions and Countries