Ətraflı Məlumat

mountainsDağlıq ekosistemlərin mühafizə olunmağa ehtiyacı var. (Şəkil: Ineke Gelderblom-Zaaijer)

Proqram dayanıqlı inkişafın 3 təməli üzərində qurulmuşdur - iqtisadi artım, sosial irəliləyiş və ətraf mühitin dayanıqlığı. Proqram inkişaf çağırışlarına cavab verən vahid yanaşmanın əhəmiyyətini xüsusi olaraq vurğulayır.

BMTİP gənclərin inkişaf məsələləri üzrə perspektivlərinin genişləndirilməsi vasitələrindən biri kimi gələcəyin dövlət qulluqçuları və iqtisadçılarını yetişdirən Dövlət İdarəçilik Akademiyası və Dövlət İqtisad Universitetləri də daxil olmaqla, Azərbaycanın bir sıra ali məktəblərində İnsan İnkişafı Kurslarının tədrisinə başlamışdır.

İnsan rifahının yaxşılaşdırılmasında nəzərə çarpan müvəffəqiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveç QHT-si SYSLAB-ın əməkdaşlığı ilə işsizlər üçün Bakı Təlim Mərkəzinin yaradılması olmuşdur. Layihə innovativ məşğulluq sxemini təqdim etmişdir. Mərkəzə qəbul edilmiş işsiz insanların 80%-i bir neçə ay ərzində iş tapa bilmişlər. Azərbaycanın iki böyük şəhərində bu metodun eynisini tətbiq etmək planlaşdırılır.

Özəl sektorla müvəffəqiyyətli işlərin nəticəsi olaraq, BMT-nin İnkişaf Proqramı Qlobal Sazişi qəbul etmişdir. BMTİP Azərbaycanda Qlobal Sazişin dayanıqlığını təmin etmək və onun daha güclü Korporativ Sosial Məsuliyyət və ictimai iştirak mexanizmi kimi bacarıqların gücləndirilməsi səylərini davam edəcəkdir.

BMTİP qeyri-neft iqtisadiyyatının və bu məqsədə çatmağa yardım edən perspektivli sektorlardan biri kimi turizm sənayesinin şaxələndirilməsinə səy göstərir. Azərbaycann böyük turizm potensialına malik olması və infranstruktur baxımından irəliləyiş edərək turizm sənayesini inkişaf etdirməsinə baxmayaraq, turistlərə göstərilən xidmət səviyyəsi hələ də aşağıdır. BMTİP turist mərkəzləri və Azərbaycan Turizm Universitetinin bacarıqlarını artırmaq üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir və turizm sektoru üçün ixtisaslaşmış kadrların hazırlanması üçün Bakıda nümunəvi peşə məktəbi yaratmağa kömək etməyi planlaşdırır.

BMTİP Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir sıra təşəbbüslər həyata keçirir. BMTİP-nin Ətraf Mühit Proqramı Qlobal Ətraf Mühitin Mühafizəsi Fondunun maddi yardımından yararlanaraq BMT-nin iqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və BMT-nin Biomüxtəliflik üzrə Konvensiyasının hesabat tələblərini yerinə yetirməkdə, meşələrin qırılması və torpaqların çirklənməsinə qarşı mübarizə aparmaqda və Xəzər dənizinin biomüxtəlifliyini qorumaqda hökümətə kömək edir. BMTİP milli ətraf mühit siyasətinin mühüm tərkib hissəsi kimi təsirlərin dəyərləndirilməsi haqqında qanun layihəsinin işlənib hazırlanmasına və bərk tullantı idarəçiliyində bacarıqları artırmağa kömək etmişdir.

Son olaraq qeyd edek ki, BMTİP qanunvericiliyi təkmilləşdirmək, iqtisadi səmərəni artırmaq və işçi potensialı yaratmaqla dayanıqlı enerji inkişafının qarşısındakı əngəlləri qaldırmaqda Alternativ Enerji və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə öz dəstəyini verməkdədir.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair