Aztəminatlıları Müdafiə və Xidmət göstərmək üçün Pensiya İslahatları

pension reform
Qadın bank hesabından pensiya müavinətini çıxararkən. Bakı şəhəri, Azərbaycan.

Müstəqilliyin birinci illərində Azərbaycan ciddi iqtisadi böhranla üzləşmişdir. Bu xüsusilə əlilləri, yaşlıları, məcburi köçkünləri və tənha anaları çətin vəziyyətdə qoyaraq Sovet dövründən qorunub saxlanan sosial təhlükəsizlik şəbəkəsinin dağılması ilə nəticələnmişdir. Dünya Bankının 1995-1996-cı il hesablamalarına görə Azərbaycanda əhalinin 60%-i yoxsul vəziyyətdə yaşayırdı.

Bakı sakini Arzu İbadzadə o günləri xatırlayarkən: “Biri əlil olmaqla beş uşaqla hər hansı sosial yardım olmadan yaşamaq çox çətin idi. Mən işləyə bilmirdim, ona görə də çətin vəziyyətdə yaşayırdım”.

Əsas Məqamlar

  • Əsas nailiyyətlərə İKT sistemlərinin inkişafı ilə əlaqədar daha məhsuldar, təkmilləşdirilmiş müştəri xidmətləri və pensiya fondu işçilərinin razılığını artırmaq daxildir.
  • Azərbaycanda hazırkı orta pensiya məbləği aylıq 151 dollardan çoxdur və 1.9 milyon işçi müasir sosial sığorta kartı əldə etmişdir.
  • 97.4 faizdən çox pensiya ödənişləri indi bankçılıq sistemi ilə onlayn ödənilir. Bu səviyyəyə dünyanın ancaq bir neçə ölkəsi nail olmuşdur.

Hökumət yaşlılar və digər qrup müdafiədən kənar qalan insanların sosial təminatı üçün təcili müvafiq siyasi tədbirlər həyata keçirməyi labüd bildi. Pensiya idarəçiliyi tamamilə köhnə olduğundan mövcud pensiya sistemi inkişaf edən Azərbaycanın ehtiyaclarına uyğun gəlmirdi.

2003-cü ilin sentyabrında Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı pensiya sistemindəki milli islahatları dəstəkləmək və bu islahatları həyata keçirən əsas dövlət orqanı -  Dövlət Sosial Müdafiə Fondunun əməliyyatlarında qabaqcıl İKT sistemlərinin tətbiqi üçün layihə imzalamışdır.

Bu layihənin uğur qazanmasında ən önəmli amil güclü dövlət qayğısının olması idi. 2003-2009-cu illərdə pensiya ödənişləri 460 %-dən çox artmışdır. Sistemdəki kağızların istifadəsi hallarını kəskin şəkildə azaldaraq son texnologiya məhsulu olan İKT sistemləri qurulmuşdur. 2009-cu ilin sonuna qədər hədəflənən işçi sayının 90 %-ni təmsil edən 1.6 milyondan çox işçi müasir sosial müdafiə sığorta kartları əldə etmişlər.

Yeni sistemin bir çox üstünlükləri var. Bu sistem işçilərə, sığortalanmış şəxslərə və təqaüdçülərə daha yaxşı xidmət göstərir. Bu layihə vasitəsilə Azərbaycan 30 illik köhnə sistemdən beynəlxalq standartları özündə əks etdirən yeni, müasir sistemə keçmişdir.

Pensiya Yardım Şöbəsinin xidmətlərindən yararlanan Bayram Babayev təsdiqləyərək demişdir: - “Burada bir problem yoxdur,onlar vaxtında xidmət göstərirlər. Kart sistemi bizim üçün daha yaxşıdır, istədiyin vaxt pulunu çəkə bilirsən. Yaxın gələcəkdə pensiyalar artsa, daha da yaxşı olacağına ümid edirəm”.

2010-cu ilin sentyabra qədərki məlumatlara əsasən Azərbaycan Rusiya və Belarusiyadan qabaqda, Qazaxıstandan sonra MDB ölkələri arasında ikinci yüksək pensiya bazasına (106 ABŞ dolları) malikdir. 1991-ci ildə müstəqillikdən sonra ölkənin üzləşdiyi çoxsaylı problemləri və sistemin sıfırdan qurularaq inkişaf etdirildiyini nəzərə alsaq, bu uğur olduqca əlamətdardır.

Bir neçə il əvvəl Azərbaycan pensiya islahatlarında Baltik ölkələrinin təcrübəsindən istifadə etdiyi halda, bu gün özü Əfqanıstan, İraq, Afrika və Latın Amerika ölkələri də daxil olmaqla bir çox ölkələr üçün nümunəyə çevrilmişdir.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair