Qısa Məlumat

market sellerKənd qadını bazarda ərzaq məhsulları satarkən (Şəkil: Azra Vardar)

Qanun çərçivəsi və Azərbaycan Dövlətinin apardığı siyasətlər qadınların öz hüquqlarından istifadə etmək və cəmiyyətdəki mövqelərini gücləndirməsi üçün əlverişli şərait yaradır. Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınların hüquqlarının qorunması haqqında 1995-ci ildə Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə BMT Konvensiyasına (CEDAW) qoşulmaqla demək olar ki, bütün mühüm beynəlxalq sənədləri təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiyası özündə qadın və kişilər arasında gender bərabərliyi fəlsəfəsini əks etdirir. Azərbaycan həmçinin “Gender bərabərliyinin (qadın və kişilər arasında) təminatı” haqqında (2006-cı il) və “Məişət Zorakılığı” haqqında qanun layihələrini (2010-cu il) qəbul etmişdir.

Lakin bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da qanunvericilik aktları və onların tətbiqi arasında boşluq vardır. Bir çox iş sektorunda hələ də şaquli və üfüqi ayrı-seçkiliyə məruz qalan qadınlar əsasən “qadın təbiətinə uyğun” hesab edilən təhsil, səhiyyə, sosial xidmətlər kimi aşağı gəlirli sektorlarda cəmləşmişlər. Qadın və kişilərin iqtisadi, sosial və siyasi sahədə iştirak səviyyəsində müşahidə edilən bərabərsizliklər əsasən qadınların ailə və cəmiyyətdəki roluna olan patriarxal münasibət və sterotiplərlə izah edilir. Bu da hüquqi müddəaların həyata keçirilməsində əsas maneə törədir və qadınların ictimai həyatda, əmək bazarında və digər sahələrdə əlverişsiz mövqedə olmasına səbəb olur.

Bu yaxınlarda Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğvi üzrə BMT Konvensiyası (CEDAW) məruzəsində Azərbaycanı “əsas diqqət kənd və rayon yerlərinə verilməklə qadınların asılılığına və hər iki cinsin nümayəndələrinə stereotipik rolların tətbiq edilməsi ilə nəticələnən geniş yayılmış münasibətlərdə dəyişiklik üçün səyləri artırmağa çağırmışdır. Bu tədbirlər özlərində rəhbər, valideyn, müəllim, rəsmilər, gənc oğlan və qızları hədəf tutmaqla maarifləndirmə və təlim kampaniyalarını ehtiva etməlidir.”

Cari Proqram

Bu çağırışa cavab olaraq BMTİP-nin Gender Proqramı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kənd və rayon qadınlarının iqtisadi və sosial həyatda iştirakını artırmaq səylərini dəstəkləyir. Proqram Sabirabad rayon və kənd qadınlarının bacarıqlarını inkişaf etdirmək və şəbəkə yaratmaqla iqtisadi fəallıq səviyyələrini və icma fəaliyyətlərini artırmağa kömək edir. Proqram həmçinin özəl sektorun kənd və rayon qadınlarının ehtiyac və maraqlarına qarşı daha diqqətcil olmasına çalışır. O, kənd və rayon qadınlarının ehtiyaclarını qarşılamaq üçün vəkillik şəbəkəsi və siyasətini inkişaf etdirərək, Azərbaycan Respublikası Ailə,Qadınlar və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bacarıqlarını artırır.

Eyni zamanda, BMT-nin İnkişaf Proqramı Azərbaycan Dövlət Pedoqoji Unversitetində Gender Təhsili və Araşdırma Mərkəzinin yaradılması üçün Lider Qadınlar İctimai Birliyi ilə əməkdaşlıq edir. Bu Mərkəz gender məsələlərinə həssas yanaşma və münasibətlərin yaxşılaşdırılması baxımından çox münasibdir. Mərkəz vasitəsilə universitetin məzunları bu bilikləri məktəblərdə yaya biləcəklər.

BMT-nin İnkişaf Proqramı Azərbaycanda diqqətdən kənar qalmış miqrant qadınların vəziyyəti haqqında tədqiqat aparmaq üçün Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq etmişdir. Layihə əhalinin bu zərərçəkən qrupunun xüsusi ehtiyacları və siyasətdəki mövcud boşluqlar üzrə daha yaxşı anlaşılmaq və siyasətçilərin maarfiləndirilməsini artırmaq üçün hüquqi dəstək vermək, eləcə də hüquqi yardıma müraciət etmək qaydaları haqqında maariflənmə fəaliyyətinin genişləndirilməsində əlindən gələni edir.

BMT-nin İnkişaf Proqramı 16 günlük Fəaliyyət Kampaniyasında iştirak edərək, BMT sisteminin gender məsələlərində maarifçiliyi artırmaq səylərinə dəstək olmuşdur.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair