Şəkil: BMTİP Azərbaycan

Alternativ gəlir mənbələrinə dəstək

27 dekabr 2016-ci il tarixində BMTİP və Qlobal Ekoloji Fondun  “Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi” adlı birgə layihəsi  və Avropa Birliyinin maliyyələşdirdiyi “Clima East” pilot layihəsi çərçivəsində otlaq ve meşələrə olan təzyiqin azaldılmasına nail olmaq və alternativ gəlir mənbələrinə dəstək verilməsi üçün yerli fermer və icmalara arıçılıq avadanlıqlarının verilməsi təşkil  edildi. Arı pətəkləri, ana arı yetişdirmə avadanlıqları, xüsusi çiçək tozu-polen toplama qurğuları kimi avadanlıqların paylanılmasında məqsəd yerli fermer və icmalara dəstək verilməsi  və onlar üçün alternativ gəlir mənbələrinin yaradılması olmuşdu.

“Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi” layihəsinin Rəhbər Komitə iclası keçirildi.

18 yanvar 2017-ci il tarixdə BMTİP-in Azərbaycan Nümayəndəliyinin ofisində“Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi” layihəsinin Rəhbər Komitə iclası keçirildi.BMTİP-in Rezident nümayəndəsinin müavini cənab Alessandro Frakasseti ilk növbədə iclas iştirakçılarını salamladı və layihənin rəhbər komitə iclasının gündəliyi və məqsədi barədə iclas iştirakçılarına məlumat verdi. Daha sonra layihənin rəhbəri Eltəkin Ömərov 2016-cı ildə layihə çərçivəsində görülmüş işlər haqqında danışdı və layihənin illik iş planına uğun olaraq,  hər bir istiqaməti üzrə görülmüş işlər haqqında qısa şəkildə məruzə etdi.

2016-cı ilin nəticələri qeyd edildikdən sonra cənab Frakasetti  layihənin 2018-cı ilin sonunadək qeyri-xərcli uzadılmaya ehtiyacı olduğunu vurğuladı. İclasda iştirak edən meşə komanda rəhbəri Sadiq Salmanov da öz növbəsində layihənin qeyri-xərcli uzadılması təşəbbüsünü dəstəklədiyini və görüləcək işlərin həcminin çox olması səbəbindən layihənin 2-ci (Torpaq -Meşə)  və 3-cü (Karbon monitorinqi çərçivəsi)  istiqamətləri üzrə bir neçə tapşırığın icrasının 2018-ci ilədək uzadılmasının lazım olduğunu bildirdi.

Sonda layihənin rəhbəri Eltəkin Ömərov 2017-ci il üçün hazırlanmış layihənin iş planını iclas iştirakçılarına təqdim etdi və iş planı yekdilliklə təsdiq edildi.

Azərbaycanda karbon emissiyaları ÜDM-in hər dolları üçün 9,7% təşkil edir.

Dünya Iqtisadi Forumu (DİF) 2017-ci il üzrə İnklüziv Yüksəliş və İnkişaf Hesabatında Azərbaycanın hələ də iqtisadi fəaliyyətin yüksək ekoloji standartlarından çox  uzaq olduğunu göstərdi.

DİF-in qiymətləndirməsinə əsasən, Azərbaycanda karbon emissiyaları illik olaraq ÜDM-in hər dolları üçün 9,7% təşkil edib( 145,4 kiloqram). İsveçrə ekoloji standartlar üzrə ən yaxşı ölkə olaraq qalmaqdadır (11,8 kq karbon və ya ÜDM-in hər dolları üçün -0,2%-i).

Azərbaycan bu göstərici ilə bölgədə Türkiyə (57,5 kq) və Gürcüstandan (82,7 kq) geri qalsa da, İran (313,4 kq) və Ermənistan (899,3 kq və ya ÜDM-in 3%-i) ilə müqayisədə vəziyyəti daha yaxşıdır.

2017-2020-ci illərdə Bioloji Müxtəlifliyin davamlı istifadəsi və qorunması üzrə Milli Strategiya çərçivəsində fəaliyyət planı təsdiq edildi.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti 2017-2020-ci illərdə Bioloji Müxtəlifliyin Mühafizəsi və davamlı istifadəsi üzrə Milli Strategiya çərçivəsində Fəaliyyət Planının təsdiq edilməsi barədə qərar qəbul etmişdir.

Qərara əsasən,  Milli Strategiyanın icra edilməsi, hesabatların hazırlanması və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməsi, həm AMEA daxilində, həm də  Akademiya ilə digər əlaqədar təşkilatlar arasında koordinasiyanın təmin edilməsi üçün yerinə yetirilmiş işlər barədə məlumatların toplanması və həyata keçirilməsi üçün işçi qrupu yaradılmışdır.

AMEA-nın prezidenti Akif Əlizadənin sözlərinə görə, "Bu plan AMEA-ya həvalə olunmuş işlərin icrasını təmin etmək üçün hazırlanmışdır və Akademiya strukturları arasında işlərin paylanmasından bəhs edir".

Strategiya Prezidentin 3 oktyabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmişdir.

İstehsalat təlim ustası və müəllim heyətinə kurikulum dərslərinin keçirilməsi üzrə təlimlər keçirildi.

2017-ci ilin yanvar-mart aylarında Qəbələ Rayonu Peşə Məktəbində BMTİP və Qlobal Ekoloji Fondun  “Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi” adlı birgə layihəsi çərçivəsində Qəbələ rayonu Peşə Məktəbində istehsalat təlim ustası və müəllim heyətinə kurikulum dərslərinin keçirilməsi üzrə təlimlər keçirildi. Təlimlər bitkiçilik və heyvandarlıq mütəxəssisi ixtisasları üzrə aparıldı.

Qəbələ Rayonu Peşə Məktəbində kurikulum dərsləri “Heyvanların anatomiyası və fiziologiyası” və “Heyvanların yemlənməsi” fənləri üzrə keçirildi. Peşə məktəbinin müəllim və istehsalat təlim ustaları dərslərdə fəal iştirak edirək dərs metodikası haqqında təcrübə topladılar.

Dərslər yüksək keyfiyyətli təqdimatlarla, yerli şəraitə uyğun nümunələrlə, dərsin tərkibinə aid şəkillər, cədvəllər və video filmlərlə şagirdlərə tədris edildi. Şagirdlər təcrübə yerlərinə, fermalara getməklə fənlər üzrə mənimsədikləri bilikləri təcrübi olaraq daha da möhkəmləndirdilər. Təlimlər çərçivəsində peşə məktəbinin tələbələri Qəbələ şəhəri Pasdar Kənd Quşçuluq təsərrüfatında oldular.İştirakçılar səfərin sonunda  həmin təsərrüfatda əldə etdikləri biliklərin praktiki müzakirəsini apardilar. 

 Şagirdlərlə həmçinin  Qəbələ rayonunda ailə heyvandarlıq təsərrüfatında da praktiki təlim keçirildi. Təlimdə şagirdlər təsərrüfata dair suallar hazırlayaraq, əldə etdikləri məlumatları qrup şəklində birlikdə müzakirə etdilər. Sonda təsərrüfata təkliflər verildi.

Dərslərdə müzakirə və qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirildi .Şagirdlərin sorğu-sualda fəal ,sərbəst iştirak etməsinə, lövhəyə çıxıb həm yazaraq, həm də izah edərək fikrini sərbəst izah etməsinə və elektron lövhədə sərbəst təqdimatına həmçinin böyük önəm verildi.

Otlaq və Meşələrin İdarəolunması üzrə Yerli Fəaliyyət Planları hazırlandı.

2016-cı ildən etibarən BMTİP və Qlobal Ekoloji Fondun “Böyük Qafqaz Landşaftında Dayanıqlı Torpaq və Meşə İdarəçiliyi” layihəsi çərçivəsində bu məsələlərdə geniş təcrübəsi olan Yunanıstanın KartEco şirkəti  ile birgə İsmayıllı və Şamaxı rayonları üçün Yerli Fəaliyyət Planlarının hazırlanmasına başlanılmışdır. 2017-ci ilin mart ayında idarəetmə planlarının hazırlanması başa çatdırılmış və fermerlərlə müzakirə olunmuşdur. Bu planlar çərçivəsində seçilmiş pilot rayonların otlaq və meşə resurslarının davamlı istifadəsi nəzərdə tutulur.

BMTİP Azərbaycana İqlim Dəyişikliyi üzrə BMT Çərçivə Konvensiyası qarşısında olan öhdəliyini yerinə yetirmək üçün dəstək göstərir.

Azərbaycan hökuməti beynəlxalq öhdəliklərin bir hissəsi kimii iqlim dəyişikliyi ilə bağlı baş verən hadisələr barədə Milli Kommunikasiya və İkiillik yeniləmə hesabatlarını verməyi öz öhdəsinə götürür. İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün Milli Kommunikasiya və İkiillik yeniləmə Hesabatlarının hazırlanmasının davam etdirilməsi iqlim dəyişikliyinin prioritetlərini milli inkişaf strategiyaları və müvafiq sektor siyasətlərinə inteqrasiya etməklə əsas milli qurumların məlumat bazasını, analitik və texniki potensialını gücləndirməyə yönəlmişdir. Bu baxımdan hökumət 2001, 2010 və 2016-cı illərdə Birinci, İkinci və Üçüncü Milli Kommunikasiya hesabatları hazırlayıb təqdim etmişdir. Milli Kommunikasiya hesabatları ilə yanaşı, Azərbaycan həm də  ən son təqdim olunmuş milli  kommunikasiya hesabatının yenilənməsini təmin etmək məqsədilə İkiillik Yeniləmə Hesabatının təqdim edilməsini təmin etməlidir.

Hazırda Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün Dördüncü Milli Kommunikasiya və İkinci İkiillik Hesabat üzrə layihə həyata keçirir. Layihə milli davamlı inkişaf təşəbbüslərini dəstəkləməklə qlobal ətraf mühit məsələlərinə ən böyük maliyyə dəstəyi göstərən Qlobal Ətraf Mühitə Yardım Fondu tərəfindən maliyyələşdirilir.

Layihənin birbaşa məqsədi Azərbaycana İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə kömək etmək olsa da, layihə uzun müddət ölkəyə mövcud institusional tənzimləmələri gücləndirmək üçün əsaslar yaratmağa kömək edəcək və ölkədə iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmağa yönəldilmiş uzunmüddətli hədəfləri dəstəkləyəcək.

Azərbaycanda İEYQ emissiyaları 2050-ci ilədək 75% artacaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qazaxıstan və Özbəkistan ilə bağlı "Orta və Qərbi Asiyada iqlim dəyişməsinin azaldılması iqtisadiyyatı haqqında” məlumat yayımladı.

Bankın verdiyi məlumata əsasən, 2000-ci ildən 2010-cu ilədək Azərbaycanda və Qazaxıstanda  İEYQ emissiyalarının ümumi həcmi artmış, Özbəkistanda isə azalmışdır. 2010-cu ildən 2050-ci ilədək proqnozlaşdırılan emissiyaların ümumi həcmi isə Azərbaycanda 78%, Qazaxıstanda 118%, Özbəkistanda 243% artmışdır. Qazaxıstanda və Özbəkistanda İEYQ emissiyalarının əsas mənbəyini intensiv enerji sənayesi təşkil edir və hər 3 ölkədə qaçaq emissiyaları ixrac və daxili istifadə üçün yerin altından çıxarılan mədən yanacağının istehsalı nəticəsində meydana gəlir. Buna baxmayaraq, Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika sektorunda hələ də mədən yanacaq texnologiyalarından istifadə üstünlük təşkil edir.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair