Kiçik biznesə dəstək

Azərbaycanın kənd yerlərində yaşayan qadınlar həyatlarını dəyişməyi və icmalarını yenidən qurmağı bacardılar

Wed Mar 07 00:00:00 UTC 2018

İki uşaq anası olan 47 yaşlı Rəşadə Azərbaycanın cənubunda yerləşən Masallı rayonunda yaşayan olduqca bacarıqlı dərzidir. Çoxillik iş təcrübəsinə baxmayaraq o əlinin zəhməti ilə dolanmaq üçün daima gərgin işləməyə məcbur olub. Masallıda onun tikdiyi keyfiyyətli yorğan, döşək, yataq dəsti və gəlinlik ləvazimatlarına yüksək tələbat vardır. Lakin, bu tələbatı ödəmək üçün həddən artıq gərgin əmək, qətiyyət və bacarıq tələb olunur.

“Bir balaca otaqda dörd nəfər qalırıq”, o söyləyir. “Tikiş maşınım üçün kifayət qədər yer yoxdur, hələ parçalardan danışmıram”.

Lazımi iş şəraitinin olmaması səbəbindən gələcəkdə biznesini inkişaf etdirəcəyinə ümidi belə yox idi.

Sahibkarlığın inkişafı üçün imkanın və şəraitinin olmaması nəticəsində bacarıqların hədər getməsi halı xüsusilə də, Azərbaycanın kənd yerlərində və konkret olaraq, ailələrini dolandıran qadınlar arasında olduqca yayılmış bir haldır.

Masallıda qadınların malik olduqları və yüksək tələbatın olduğu bacarıqlarından istifadə etmək imkanlarının olmaması məsələsinin həlli yollarını Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən maliyyələşdirilən və qadınlara öz biznes müəssisələrini yaratmaq üçün lazımi biznes bacarıqlarını əldə etmələrinə kömək etmək məqsədini güdən layihə tapmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaş olduğu və BMTİP tərəfindən həyata keçirilən bu layihə çərçivəsində biznes ideyaların necə həyata keçirilməsi və mövcud kommersiya fəaliyyətlərinin necə genişləndirilməsinə həsr olunmuş təlim seminarları keçirir.

“Sizin yaxşı biznes ideyanız varsa, layihə Sizi avadanlıq, mal-qara və ya quşçuluq kimi qeyri-maliyyə yardımı ilə təmin edəcək və ya iş sahələrin bərpasında köməklik göstərəcək”, Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək layihəsinin rəhbəri Gülarə Hümbətova söyləyir. “Biz ödənişsiz biznes təlimi, həyat üçün zəruri olan bacarıqlar üzrə təlim və kompüter məşğələləri keçiririk”.

Layihə qadınların ictimai həyatda fəal iştirakına dəstək olmaqla qadın sahibkarlığını təşviq edir. Sabirabad, Neftçala, Salyan və Masallı rayonlarında yaradılmış beş Qadın Resurs Mərkəzi İnternetə pulsuz çıxışı, kompüterləşdirilmiş laboratoriya və kitabxanaları təmin etməklə  kənd ərazilərində yaşayan qadınlar üçün şəbəkələrin yaradılması və genişləndirilməsinə yardım edir.

Rəşadə bu təlim imkanı barədə ilk dəfə köhnə dostundan eşitmişdi. Dostu ona zəng edərək Masallıda yenicə açılmış Qadın Resurs Mərkəzində haqqında eşitdiyi layihə barədə ona məlumat vermişdi.

“Sabahısı gün oraya getdim”, o söyləyir. “İyirmi qadın oraya toplaşmışdı və bizim hamımız təqdimatı diqqətlə dinləyirdik – lakin təqdimat bitdikdən sonra bizdən ideyalarımızı söyləməyimiz xahiş olunanda, hamımız susduq! Sonra özü-özlüyümdə fikirləşdim ki, ‘Heç nə itirmirəm!’ və əlimi qaldırıb ideyamı onlara söylədim”.

Onun ideyası iş yerinin olmaması problemini həll etməklə öz dərzilik biznesinə yenidən başlamasından və bu biznesi genişləndirməkdən ibarət idi. Layihə tərəfindən aparılan təlim və köməklik sayəsində o, evinin həyətində baxımsız qalan köhnə tövləni emalatxanaya çevirə biləcəyi təklifini etdi.

 “Bu o qədər sadə görünürdü ki, mən heç vaxt bunun “biznes plan” olduğunu ağlıma belə gətirmirdim. Lakin, onlar mənim bu ideyamı ciddi qarşıladılar və mən təlim keçməyə başladım”.

Rəşadə və onunla təlimdə iştirak edən digər qadınlar məşğələlərin təkcə maraqlı və faydalı deyil, həm də yeni dostluq əlaqələrinin yaradılması üçün böyük imkanlar yaratdığının şahidi oldular. Rəşadə layihə sayəsində Gülər və Leyla kimi yeni dostlar qazandı.

Gülərin bizneslə bağlı ideyası öz kəndində kompüter kurslarının, və kollecə daxil olmağa hazırlaşan məktəb şagirdləri və yeniyetmələr üçün kursların açılmasından ibarət idi. 

Leylanın təklifi isə kiçik südçülük təsərrüfatının yaradılmasından ibarət idi və o bu biznesin necə həyata keçirilməsi yollarını öyrənmək istəyirdi.

Digər layihə iştirakçıları ilə birlikdə Rəşadə, Gülər ​​və Leyla biznes planını necə işləyib hazırlamağı, bazarda mövcud olan tələb və təklifi təhlil etməyi, istehsalın təşkilini, müştərilərlə və işçilərlə əlaqələr qurmağın yollarını öyrəndilər.

Təlimi tamamladıqdan sonra, bu üç təlim iştirakçısı bacarıqlarını və yeni biznes bilgilərini uğurla tətbiq etməyə  başladılar.

Layihə Rəşadəyə emalatxana tikməyə və biznesini genişləndirməyə kömək etdi. Yığdığı pulla o emalatxananın divarlarının tikintisinə başlaya və beləliklə də, payız və qış aylarında biznesini davam etdirə bildi. Onun bu səyindən və layihənin yerli qadın sahibkarlığına olan müsbət təsirindən ruhlanan Masallının yerli hakimiyyəti divarların üzlənməsi üçün ona vəsait ayırdı.

Gülər ​​yeni kompüter, printer və ofis mebelləri aldı və əldə etdiyi bacarıqlar potensial müştərilərin müəyyənləşdirilməsində və tutarlı büdcə təklifinin hazırlanmasında ona  yardımçı oldu. Dolanmaq üçün təhsil kurslarının açılması ilə yanaşı, Gülər ​​kənd məktəbində məktəblilər və müəllimlər üçün pulsuz dərslər də keçir.

Layihə, Leylaya inək almaqda, məsləhət əldə etmək və mentorluq üçün digər südçülük təsərrüfatları ilə əlaqə yaratmaqda  kömək etdi. Əldə etdiyi bu uğur onun bir çox dost və qohumlarını ruhlandırdı, və bu, onların  südçülük və quşçuluq təsərrüfatından biznes  yaratmaq üçün təlim keçmək barədə düşünmələrinə gətirib çıxardı.

2017-ci ilin sonuna layihənin köməkliyi ilə beş rayonda qadınların rəhbərlik etdikləri müəssisələrin sayı 80-nə çatmış və Masallı Qadın Resurs Mərkəzinin üzvlərinin sayı 12 nəfərdən 253 nəfərə yüksəlmişdir.

 

DSC_8683Gülər kənd məktəbində uşaqlara kompüterin əsaslarını öyrədərkən. BMT-nin İnkişaf Proqramı. Masallı, Azərbaycan
DSC_8721Leyla BMTİP-nin layihəsi çərçivəsində aldığı inəklə kənd əhalisinin süd məhsullarına olan tələbatını ödəyir. BMT-nin İnkişaf Proqramı. Masallı, Azərbaycan

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair