Ilk Milli BMT Modeli Konfransı öz işinə başladı

Sat Feb 20 00:00:00 UTC 2016

20-23 fevral 2016-cı il tarixlərdə Fairmont otelində ölkə miqyasında Birinci Milli BMT Modeli Konfransı (MilliMUN) öz işinə başladı.

Konfrans çərçivəsində BMT-nin 5 komitəsinin işi simulyasiya ediləcək. 20-dən çox universitet, akademiya və məktəbləri təmsil edən 350 nəfər gəncin diplomat qismində iştirak etdiyi MilliMUN konfransında aşağıdakı mövzular müzakirə ediləcəkdir:

 BMT Baş Assambleyası (UN GA) – “BMT sisteminin gücləndirilməsi və onun əsas institutlarının reforması”

 BMT Təhlükəsizlik Şurası (UN SC) – “Dağlıq Qarabağ münaqişəsi”

 YUNESKO (UNESCO) – “Müharibə və terrorist hücumları zamanı tarixi yer və mədəni irsin müdafiəsi”

 BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) – “Qaçqın böhranı çağırışlarına davamlı həllərin yaradılması”

 Beynəlxalq Telekommunikasiya Ittifaqı (ITU) – “Fərdi rəqəmli məlumatların təhlükəsizliyinin təmin edilməsi”

Bütün iştirakçılar seçim, müsahibə və təlim mərhələlərindən keçmişdirlər. Qeyd edək ki, hər komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçı”sı seçiləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Konfrans Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanmış layihə çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT Modeli (bundan sonra – MUN) hərəkatının institutlaşdırılması, universitetlərdə MUN klublarının təsis edilməsi və onları birləşdirəcək MUN şəbəkəsinin (Model UN Network) yaradılmasıdır. Bu istiqamətdə artıq bir sıra işlər görülmüş – ali təhsil müəssisələrində BMT Modeli haqqında təqdimatlar keçirilmiş, MUN klubları yaradılmış, universitet səviyyəsində və universitet arası konfranslar təşkil edilmişdir. Sosial media şəbəkələri və kütləvi informasiya vasitələrində müvafiq təbliğat işi aparılmışdır.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair