Azərbaycanın qabaqcıl qadınları kənd və şəhərlərin inkişafını sürətləndirirlər

Wed Jun 06 00:00:00 UTC 2018

Infoqrafika BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən hazırlanmışdır

Bakı, 6 iyun, 2018-ci il – Azərbaycanda son onillikdə sabit artım müşahidə olunmaqdadır ki, bununda nəticəsində ölkəmizin iqtisadi, maliyyə və sosial rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmış, ifrat yoxsulluğun aradan qaldırılması və mütləq yoxsulluq həddinin 49%-dən 5%-ə düşməsinə nail olunmuşdur. Bununla yanaşı, məktəbə qəbul nisbəti 99,8-100%-ə çatdırılmışdır, gender bərabərliyi və qadınların hüquqlarının qorunması və səlahiyyətlərinin artırılması istiqamətində irəliləyişlər müşahidə olunmaqdadır. İbtidai və orta təhsildə gender boşluğu əvvəlki illərlə müqayisədə xeyli azalmışdır. Bu müddət ərzində məşğulluq imkanları üzrə də əhəmiyyətli artım müşahidə olunmuşdur. Paytaxt  Bakı və regionlarda bir sıra yeni iş yerləri açılmışdır.

Lakin, bütün bu irəliləyiş və inkişafa baxmayaraq, Azərbaycanda qadınlar arasında işsizlik səviyyəsi kişilərlə müqayisədə olduqca yüksəkdir. Bir çox sənaye sahələrində seqreqasiya müşahidə olunur, qadınlar  təhsil, səhiyyə və sosial xidmətlər sektorunda çalışmalı olurlar ki, bu xidmət sahələri də, təəssüflər olsun ki, çox zaman “qadın işi” kimi qələmə verilərək işçilərə bazar qiymətlərindən aşağı əmək haqqı təklif edirlər. Sahibkarlıq fəaliyyətində qadın və kişilərin iştirak dərəcəsi də fərqlidir. Belə ki, qadınlar ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ümumi sayının yalnız 26.38% -ni təşkil edir.

Məhz bu səbəbdən, mövcud tələbləri nəzərə alaraq, 2016-cı ildə Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı (BMTİP) “Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda müştərək layihəyə başlamağa qərar verdilər. Bu yeni tərəfdaşlığa 444 min avro həcmində maliyyə vəsaiti ayıran Aİ və BMTİP Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə səylərini birləşdirərək layihənin icrasına başlamışlar. Bu müştərək fəaliyyətin məqsədi qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunu artırmaq və ictimai fəaliyyətlərdə qadınların iştirakını təşviq etməkdir. Layihə nəticəsində, şəhər və kəndlərdə fəaliyyət göstərən təşkilat və qadınların yerli imkanlarını genişləndirmək mümkün olmuş, qadınların iqtisadi azadlıqlarının təmin edilməsi və gender bərabərliyinin vacibliyi təşviq edilmişdir. Minlərlə qadın və gənc qız praktiki təlim və təcrübələrə yiyələnmişlər. Qabaqlar özlərini biznesdə təsəvvür belə etməyən qadınlar indi maliyyə cəhətdən müstəqildir və öz işlərini müvəffəqiyyətlə idarə edirlər.

Bu gün Biləsuvarda iki il davam edən bu mühüm layihənin başa çatmasını qeyd edən 100-ə yaxın iştirakçı, layihənin həyata keçirilməsi zamanı əldə olunan nailiyyətləri və əsas mərhələləri qeyd etmək üçün bir araya gəldi. Tədbirdə, bu layihədən faydalanan və artıq maliyyə cəhətdən müstəqil olan sahibkar qadınların hal-hazırda Bilasuvar bazarında və onun xaricində satışa çıxardıqları mal və xidmətlərini təqdim etmələri üçün sərgi də təşkil edilib. Sərgi zamanı kəndlərdəki  qadınların Avropa İttifaqı, BMTİP və Azərbaycan hökumətinin dəstəyi ilə öz şəxsi bizneslərini qura bildikləri nümayiş etdirilmişdir.

Geriyə baxanda, layihənin paytaxt Bakı şəhərində və şəhərətrafı Sabirabad, Neftçala və Biləsuvar rayonlarında qadınlar üçün maliyyə müstəqilliyinə yol açdığını görmək olar. Bu iki illik layihənin nəticəsində, Neftçala, Sabirabad və Biləsuvarda yerləşən üç Qadın Resurs Mərkəzi Avropa İttifaqının maliyyə yardım ilə BMTİP tərəfindən əsaslı dəstək almışlar. Biləsuvarda yeni bir mərkəz yaradılmışdır. Onların hamısı qeydiyyatdan keçmişdir və hal-hazırda özünü müstəqil şəkildə maliyyələşdirmək imkanına malik olan qeyri-kommersiya ictimai birlikləridir. Bu mərkəzlər, qadınları sosial fəaliyyətlərdə iştirak hüququ və yerli əmək bazarlarına çıxış hüququ ilə təmin etmək üçün  müvafiq vasitə və resurslarla təchiz edirlər.

Ümumilikdə, layihənin icra müddətində 355 qadın biznesin inkişafı, təşkilati bacarıqlar, layihələrin idarə olunması və kommunikasiya bacarıqları üzrə hərtərəfli təlim keçmişdir. 340 nəfərdən çox qadın özünün işgüzar və sosial şəbəkələrini genişləndirə bilmişlər. Bundan başqa, təxminən 56 qadın “Biznesinə başla və onu təkmilləşdir” kurslarını uğurla bitirmişdir və onlardan 28 nəfəri öz biznesini qura bilməsi üçün maddi-texniki yardım almışlar. Ümumilikdə, bu qadınların yeni yaradılmış müəssisələrində indi 42 nəfər qadın işləyir. Ötən il bu layihə cinsi zorakılıq ilə mübarizə məqsədi ilə 1600-dən çox qadın və məktəblini bir araya gətirərək ölkə miqyasında təşkil edilmiş 16 Günlük kampaniya çərçivəsində səfərbər etmişdi. Son iki il ərzində layihə çərçivəsində bələdiyyə, icra hakimiyyəti orqanları və özəl sektorun iştirakı ilə qadınların rolu barədə məlumatlandırma kampaniyaları təşkil edilmişdir. Aktivlərin qadın sahibkarlara ötürülməsini təmin etmək və yeni biznes müəssisələrinin vəziyyətinə nəzarət etmək məqsədi ilə biznes monitorinqlər aparılmışdır. Layihənin icrası dövründə 40-dan çox qadın və uşaq pulsuz psixoloji dəstək almışdır.

Bu yaxınlarda, layihənin Avropa İnkişaf Günlərinin bu ilki proqramında nümayiş olunması təklifi irəli sürülmüşdür və bu layihə 5-6 iyun, 2016-cı il tarixlərində  Belçikanın Brüssel şəhərində keçən yüksək səviyyəli tədbirdə Azərbaycanı təmsil edən yeganə layihə olmuşdur. “İnkişaf Davosu” kimi tanınan bu nüfuzlu beynəlxalq forum hər il Avropa Komissiyası tərəfindən təşkil edilir və məqsədi cəmiyyəti bir araya gətirərək qlobal inkişaf məsələləri üzrə bilik mübadiləsi, tərəfdaşlıq imkanlarının tədqiqi və innovativ həllərin təklifi üzrə beynəlxalq platformanın yaradılmasıdır.

İyun ayının əvvəlində isə “Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Avropa İttifaqına üzv dövlətlərin Azərbaycandakı səfirliklərinin təşkil etdikləri "Avropa Şəhərciyi 2018" festivalında da nümayiş etdirilib. Bakıda Milli Dənizkənarı Parkda təşkil edilən festival bu il həm Müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaranmasının, həm də Azərbaycanda qadınların seçki hüququnun 100 illik yubileyinə həsr olunmuşdur. 

Contact information

Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanla əlaqə saxlaya bilərsiniz - arzu.jafarli@undp.org

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair