Azərbaycanda aqrobioloji müxtəlifliyin qorunması və yerli bitki ehtiyatlarının davamlı istifadəsini artırmaq üçün vəsait ayrılıb

Fri Jun 29 00:00:00 UTC 2018

Şəkil: Elaine Casap

Bakı, 29 iyun 2018-ci il – Ərazisi və əhalisinin sayına görə Cənubi Qafqaz regionunun ən böyük ölkəsi sayılan Azərbaycan təxminən 5 milyon hektara yaxın əkinçilik ərazisinə malikdir ki, bu torpağın da təxminən 40 faizi fəal şəkildə becərilir. Torpaq potensialının, genetik bitki mənbələrinin və iqlim şəraitinin zənginliyi ilə tanınan Azərbaycan bitkiçilik və əkinçiliyin təkamül mərkəzlərindən biri hesab olunur. Ümumilikdə, ölkə ərazisində 4500-dən çox çiçəkli, ali sortlu bitki növü və 230-dan çox endemik bitki qeydə alınmışdır. Azərbaycanda bitki istehsalı kənd təsərrüfatı istehsalının demək olar ki, yarısını təşkil edir ki, bunun da qalan yarısı heyvandarlıq məhsulları istehsalının payına düşür.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycanın genetik bitki ehtiyatları onların aqrobioloji müxtəliflik potensialını təhlükə altında qoyan bir sıra amillərə qarşı həssasdır. Belə ki, burada əkinçilik ekosistemlərinin deqradasiyaya uğraması, torpaq parçalanması və kəskin quraqlıq hallarını qeyd etmək olar. Azərbaycanın aqrobioloji müxtəlifliyinə təhlükə yaradan bu amillərə qarşı mübarizə aparmaq məqsədi ilə BMT-nin İnkişaf Proqramı və Kənd Təsərrüfatı Nazirliyi Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə yeni layihəyə start vermişlər. “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsinin açılış mərasimi bu gün Bakı şəhəri Hilton Baku otelində baş tutaraq 40 nəfərə yaxın dövlət qurumu, beynəlxalq  təşkilat və inkişaf agentliklərinin nümayəndəsini bir araya gətirmişdir.

Layihə çərçivəsində 2018-2023-cü illər ərzində Azərbaycanda yayılmış mədəni bitkilərin yabanı əcdadlarının və xalq seleksiya sortlarının toplanması, saxlanılması, xəritələşdirilməsi, pasportlaşdırılması, genetik müxtəlifliyinin qiymətləndirilməsi, özək və əlamət kolleksiyalarının yaradılması və onlardan seleksiyada istifadə edərək yeni sortların yaradılması planlaşdırılır. Qədim xalq seleksiyası sortları və yeni yaradılacaq ekoloji təmiz sortlardan davamlı və dayanıqlı istifadəni təmin etmək üçün seçilmiş fermerlərə dəstək göstəriləcəkdir. Bundan başqa, Azərbaycan ərazisində biomüxtəlifliklə zəngin olan ərazilərdə torpaq eroziyasının və deqradasiyanın qarşısının alınması istiqamətində tədbirlər görüləcəkdir. Layihə müddətində aqrobiomüxtəlifliklə məşğul olan alim, mütəxəssis və fermerlərin bilik və bacarığını artırmaq üçün mütəmadi təlimlər keçiriləcək və bu sahə üzrə bəzi təhsil müəssisələrinin bir sıra tədris proqramlarının təkmilləşdirilməsinə dəstək veriləcəkdir.

Layihənin açılış mərasimində çıxış edən BMT-nin Rezident Əlaqələndiricisi və BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi Qulam İsakzai bildirmişdir ki, "bitkiçilik və əkinçiliyin inkişafı və ümumiyyətlə bölgələrin iqtisadi cəhətdən inkişaf etdirilməsində əsrlər boyu davam edən ənənələrə malik olan Azərbaycan kimi ölkələrdə kənd təsərrüfatı iqtisadiyyatın diversifikasiya olunmasında mühüm rol oynayır ". Cənab İsakzai həmçinin vurğulamışdır ki, "kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olurlar və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar".

Kənd təsərrüfatında bioloji müxtəlifliyin qorunması tədbirləri həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf KonsepsiyasıDayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi baxımından müsbət rol oynayacaqdır. Belə ki, aqrobiomüxtəlifliyin mühafizəsi xüsusilə Qlobal Məqsəd 1: Yoxsulluğa Son, Qlobal Məqsəd 2: Aclığa Son, Qlobal Məqsəd  3: Yaxşı Səhiyyə və Rifah, Qlobal Məqsəd 5: Gender Bərabərliyi, Qlobal Məqsəd 12: Məsuliyyətli İstehlak və İstehsal, Qlobal Məqsəd 13: İqlim Dəyişikliyinə Qarşı Mübarizə və Qlobal Məqsəd 15: Torpaq Ekosisteminin Mühafizəsi tələblərinə uyğundur.

Qeyd edək ki, yeni qüvvəyə minmiş layihənin əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutudur.

 

Əlaqə:

Məlumat üçün, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri Arzu Cəfərli ilə aşağıdakı ünvanla əlaqə saxlaya bilərsiniz - arzu.jafarli@undp.org

Şəkil: Paul MorrisŞəkil: Paul Morris

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair