Şəkil: BMTİP Azərbaycan, İrina Blok

BAKI, 11 avqust 2018-ci il – 12 avqust “Xəzər günü” ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının agentlikləri, dövlət qurumları və ictimaiyyət nümayəndələri bir araya gələrək, bu gün Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirib. Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 kub metr tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Tədbir BMT-nin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Balaxanı Sənaye Parkının rezident şirkəti “AzEkol” MMC və “EkoSfera” İctimai Birliyi tərəfindən təşkil edilib. Tədbirdə tərəfdaş qurumların rəsmiləri ilə yanaşı media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu vurğulamaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Şəkil: BMT-nin Azərbaycan Nümayəndəliyi. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin gənc fəalları Buzovna çimərliyini təmizləyərkən. Avqust 2018-ci il

Bu təşəbbüs, “Xəzər günü” ilə bərabər, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda həyata keçirilməsinə də xidmət edir. Belə ki, tədbir, Qlobal Məqsəd 12: Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etməklə yanaşı, həm də ümumilikdə, Məqsəd 14-də göstərildiyi kimi,  okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etməyin vacibliyini geniş ictimaiyyətə aşılamağa yönəlmişdir. Xəzəryani çimərlik ərazilərinin tullantılardan təmizlənməsi aksiyası  iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərdən biridir ki, bu da öz növbəsində Qlobal Məqsəd 13-də öz əksini tapmışdır. 

Bu cür tədbirləri mütəmadi şəkildə keçirməklə, 15-ci Qlobal Məqsəddə göstərildiyi kimi, meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq mümkün olacaqdır.

Buzovna çimərliyində keçirilən təmizlik aksiyasının təşkilatçıları  dayanıqlı istehlak, dənizlərin qorunması, ekosistemin mühafizəsi və ətraf mühitin müdafiəsinə həsr olunmuş bu cür maarifləndirici ortaq təşəbbüslərin gələcəkdə də təşkil olunacağını bildiriblər.

Qeyd edək ki, 12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

 

Məqaləni yazdılar: Leyla Qurbanova və Arzu Cəfərli. Məlumat ilkin olaraq BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən dərc edilmişdir.

 

Icon of SDG 0 Icon of SDG 12 Icon of SDG 13 Icon of SDG 14 Icon of SDG 15

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair