Şəkil: BMTİP Azərbaycan

1 dekabr 2018-ci il – Azərbaycanın şimal-qərb bölgəsində, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə kiçik ailə biznesinin qurulmasında yerli əhaliyə yardım göstərir. Bir il əvvəl imzalanmış birgə təşəbbüsün məqsədi Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatalanı əhatə edən Şəki-Zaqatala iqtisadi zonasında yerli biznes təsərrüfatları və sahibkarlığı, inkluziv inkişafı və texnoloji innovasiyanı təşviq etməkdən ibarətdir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin ABAD publik hüquqi şəxs ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihə Azərbaycanın kənd əhalisinin yerli səviyyədə imkanlarının qurulmasına yönəlib. O, eyni zamanda, layihənin seçim meyarlarına cavab verən ailələrə biznesin inkişafı, planlaşdırma, brend və dizayn, maliyyə uçotu və hüquqi yardım xidmətləri sahəsində əlavə yardım göstərəcək Balakənin ABAD regional mərkəzinə əməli dəstək verir.

Bu əməkdaşlığa başladıqdan sonra, layihə uğurlu biznes modelinə çevrilmək potensialına malik 44 hədəf ailəsini müəyyən etmişdir. İlkin mərhələdə üç illik layihə dövründə yalnız 30 kiçik ailə biznesini müəyyən etmək məqsədi qarşıya qoyulmuşdur, lakin ailələrin sayı layihənin ilk icra ilində surətlə artaraq, 44-ə çatmışdır. “Heç kəs kənarda qalmasın” şüarı altında, Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti çalışırlar ki, bu təşəbbüsdən cəmiyyətin ən zəif təbəqələri həmçinin yararlana bilsin. Belə ki, Şəki-Zaqatala regionunda 44 seçilmiş ailədən 23-ü qadınların rəhbərlik etdiyi ailə biznesləridir və eyni zamanda, onlardan 12-si iyirmi beş ildən çox müddət əvvəl müharibə nəticəsində öz yurd-yuvalarını itirmiş məcburi köçkünlər arasından seçilmişdir. Hazırda, seçilmiş kiçik ailə bizneslərinə geniş şəkildə imkanlar yaradılmış, onlar maliyyə məsələləri, biznesin inkişafı, beynəlxalq ticarət, kiçik və orta müəssisələrdə gender bərabərliyi, korporativ sosial məsuliyyət, logistika və qablaşdırma və bir çox digər sahələr üzrə təlimlərdən keçmişlər.

Hazırda, 22 ailə artıq əsas təchizat və avadanlıq dəstəyini almış, öz biznes sahələrində istehsal planlarının icrasına hazır olduqlarını bəyan etmişlər. Ailə şirkətləri bir çox sənaye sahələri üzrə ixtisaslaşır. Onlar Balakəndə məcburi köçkünlər arasında Qarabağ sənətkarlarının əməyi sayəsində məxsusi toxuçuluq ənənələrindən tutmuş təbii süddən hormonsuz dondurma istehsalına qədər müxtəlif sahələri əhatə edir. Son illər ərzində, Balakən həmçinin vitaminlərlə zəngin meyvə olan xurma cənnəti kimi populyarlaşmışdır və bir əsrdən çoxdur ki ölkənin bu məhsulu respublikanın əsas ixracat məhsullarından birinə çevrilmişdir. Yerli meyvə məhsullarına artan bazar tələbatını nəzərə alaraq, bir çox ailə biznesləri meyvəçilik və quru xurma istehsalı üzrə ixtisaslaşacaqlar. Digər ailələr isə, toyuq və qırqovulun çoxaldılması, istixanalarda göbələyin becərilməsi kimi sahələri seçmişlər.

Azərbaycanın Şəki-Zaqatala iqtisadi bölgəsində inkişaf işləri bu regionda sahibkarlığı gücləndirmək və iş yerlərini yaratmaq məqsədini güdən üç illik qrant layihəsinin bir hissəsidir. Yerli icmalar, xüsusilə də həssas sosial qruplar üçün layiqli iş yerlərinə xüsusi diqqət yetirərək, bu kollektiv səylər, bütövlükdə, Dayanıqlı İnkişaf Məqsədlərinə və xüsusən də, hamı üçün layiqli iş yerlərini və iqtisadi artımı təşviq edən 8-ci Qlobal Məqsədə töhfə verir.

Layihə Avropa İttifaqı, ABAD və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən maliyyələşir və beləliklə, onun ümumi büdcəsi 1,074,000 ABŞ dolları təşkil edir. Burada Avropa İttifaqının payına 967,000 ABŞ dolları düşür, BMT-nin İnkişaf Proqramı 57,000 ABŞ dolları məbləğində yardım göstərir və Azərbaycan hökumətinin ayırdığı məbləq 50,000 ABŞ dolları təşkil edir.

 

Əlaqə üçün məlumat:

  1. Arzu Cəfərli, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri - arzu.jafarli@undp.org
  2. Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri – gulnara.bayramova@eeas.europa.eu
  3. Turanə Qasımova, ABAD-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri – t.qasimova@asan.gov.az

 

************

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 28 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

************

2016-cı ilin sentyabr ayında yaradılmış ABAD (Ailə Biznesinə Asan Dəstək) Azərbaycanda aqro-emal və sənətkarlıq istehsalat biznesini yaratmaq və/və ya inkişaf etdirmək sahəsində kiçik və orta ailə müəssisələri təşviq və inkişaf etdirən ASAN-ın sosial innovasiya konsepsiyasıdır.

************

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

 

Icon of SDG 08 Icon of SDG 17

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair