Photo credit: UNDP Azerbaijan

Bakı, 29 noyabr - Bu gün bir sıra hökumət, vətəndaş cəmiyyəti, özəl sektor və beynəlxalq ictimaiyyət nümayəndələrinin iştirakı ilə BMT-nin İnkişaf Proqramının Azərbaycanda Akselerator Laboratoriyasının açılışı olmuşdur.

Akselerator Laboratoriyası, iqlim dəyişikliyi, yoxsulluq və artmaqda olan bərabərsizlik halları kimi qlobal problemlərin yeni həll yollarını sınaqdan keçirmək və dəyərləndirmək üçün dünyanın 78 ölkəsində fəaliyyət göstərən 60 laboratoriyadan ibarət şəbəkəyə qoşulacaqdır.

BMTİP, Almaniya və Qətər Fondu tərəfindən dəstək olunan bu Laboratoriyalar 21-ci əsrdə inkişafın sürətlə dəyişən reallıqlarına cavab vermək üçün real vaxtda əldə edilən məlumatların yeni mənbələri və sınaqlarla birgə yerli ideyaları bir araya gətirəcəkdir.

“Bizim 2030-cu ilədək 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olmaq üçün cəmi 10 il vaxtımız var – buna görə də burada sürət vacib məqamdır. Məqsədlərə nail olmaq istiqamətində tələb olunan sosial və iqtisadi dəyişiklərə başlamaq üçün biz daha dərin, sürətli və daha məqsədyönlü tədbirlər görməliyik. Biz məqsədlərə nail olmaq üçün sürətli yol tapmalıyıq və sürətləndirilmiş həll yollarını müəyyənləşdirməliyik. Akselerator Laboratoriyası bu təxirəlalınmaz tələbi yerinə yetirmək üçün BMTİP tərəfindən görülən tədbirlərin bir hissəsidir” – bu sözləri BMTİP-nin Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti açılış nitqində söyləyib.

Akselerator Laboratoriyası təşəbbüsünün arxasında duran əsas ideya – adından göründüyü kimi – həll yollarının sınaqdan keçirilməsi və tətbiq olunmasıdır. Həll yolunun uyğun olub-olmamasına əmin olmaq üçün ənənəvi monitorinq və qiymətləndirmə metodlarında iki il və ya daha artıq vaxt tələb olunduğu halda, Akselerator Laboratoriyaları bu vaxtı aylara  hətta həftələrə qədər qısalda bilər.

 

 “Biz bu qlobal təşəbbüsdə BMTİP ilə tərəfdaşlıq etməkdən qürur duyuruq. Bu şəbəkə əməkdaşlıq üçün yeni və hər bir milliyət və hər bir fərddən iştirak tələb edən Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün xidmət edəcəkdir” – bu sözləri Almaniya Federativ Respublikasının Azərbaycandakı Səfiri cənab Volfqanq Maniq deyib.

Bu laboratoriyalar, 21-ci əsrdə inkişaf problemlərini həll etmək üçün yeni imkanlarla, iqlim dəyişikliyi, idarəçilik və yoxsulluğun azaldılması sahəsində BMTİP-nin uzun-müddətli təcrübəsindən bəhrələnəcəkdir.

Qlobal səviyyədə, inkişafla bağlı xidmətlərə yenidən nəzər salmaq üçün bizim missiyamıza kömək etmək məqsədilə 150-dən çox alim, layihəçi və etnoqraf bu Laboratoriyalara qoşulur.

“Laboratoriyalar, yaranmaqda olan ən sürətli inkişaf trendlərini və ideyalarını ortaya çıxararaq və onları daha geniş çərçivədə işləyərək, 2030 Gündəliyinə daha yüksək templə nail olmağa xidmət edəcək.” - bu sözləri Qətər dövlətinin Azərbaycandakı səfiri cənab Faysal bin Abdulla Al-Hanza deyib.

Azərbaycanda artıq ağıllı şəhərlər, şəhər inkişafı, aqrobiomüxtəliflik, nəqliyyat, informasiya texnologiyaları və səhiyyə kimi sahələrdə innovativ həll yollarının xəritələşdirilməsi üçün tədqiqatçılardan, xəritələşdirmə və sınaqdan keçirmə üzrə mütəxəssislərdən ibarət yerli qrup təsis olunmuşdur

Qrup, ölkədə iş yerlərinin yaradılmasına, yeni vərdişlərin inkişaf etdirilməsinə və əlilliyi olan insanların yaşayışının yaxşılaşdırılmasına kömək edə bilən həll yollarının müəyyənləşdirilməsi və önə çəkilməsi üçün

 yerli əhali və innovatorlarla birgə fəaliyyət göstərəcək və hökumət, beynəlxalq tərəfdaşlar və özəl sektorla əməkdaşlıq edəcəkdir.  

 

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya mütəxəssisi – dilara.umudova@undp.org

 

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair