Şəkil: BMT-nin İnkişaf Proqramı, Azərbaycan

Bakı, 15 aprel 2019 – Bu gün Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi və çoxşaxəli partnyorluq prinsiplərini Şərq Tərəfdaşlığı regionu ölkələrində iqlim dəyişikliyinə qarşı effektiv mübarizədə ön plana çəkən EU4Climate adlı yeni bir regional layihənin açılış mərasimi baş tutdu.

Dünya miqyasında mövcud iqlim dəyişikliyi təhlükəsini nəzərə alaraq, 2019-cu ildə Avropa İttifaqı, Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində EU4Climate adlı yeni regional layihənin həyata keçirilməsinə başlamışdır. Layihə bu altı ölkənin 2015-ci il Paris İqlim Sazişindən, Avropa İttifaqı ilə Assosiasiya və Tərəfdaşlıq Sazişlərindən, Şərq Tərəfdaşlığı çərçivəsində  “2020-ci il üçün 20 Nəticə” adlı siyasi təşəbbüsdən (xüsusən də iqlimlə bağlı 15-ci və 16-cı nəticələrdən) və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyindən (xüsusən də iqlimlə bağlı tədbirlərə dair 13-cü Dayanıqlı İnkişaf Məqsədindən) irəli gələn öhdəliklərinə əsaslanan siyasətin işlənib hazırlanması və həyata keçirilməsi üçün ölkə hökumətlərinə dəstək göstərmək məqsədini daşıyır. EU4Climate layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilir.

Bu gün Bakıda keçirilən açılış mərasimində EU4Climate layihəsinin milli komponentinin təqdimatı baş tutdu. Burada hökumət rəsmiləri və digər təşkilat nümayəndələri üçün Azərbaycanda 2022-ci ilədək EU4Climate layihəsi üzrə prioritet məsələlər və növbəti addımları müzakirə etmək imkanı yarandı.

Yeni layihə Şərq Tərəfdaşlığı regionu ölkələrinin üzləşdikləri iqlimlə bağlı bir sıra problemləri əhatə edir. Belə ki, bu ölkələrin bir qismində su və enerji çatışmazlığı problemləri mövcuddur. Digərlərində isə ölkələr özünün daxili enerji istehlakı tələbatının 80 faizini təmin etmək üçün faydalı qazıntı növlərindən asılıdır, nəticədə isə bu ölkələrdə enerjidən həddən artıq və qeyri-səmərəli istifadə olunur. Bütün bunlar iqlim dəyişikliyini sürətləndirərək şəhər və kənd icmalarını iqlim dəyişikliyinə qarşı müdafiəsiz edir, eyni zamanda, iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinin maliyyə xərclərini olduqca artıraraq ölkə hökumətlərinin üzərinə tədricən daha çox maliyyə yükü qoyur.

Layihənin icrasına Avropa İttifaqı 8.8 milyon avro məbləğində maliyyə vəsaiti ayırır. Altı ölkənin hər birində EU4Climate layihəsi BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən həyata keçiriləcəkdir. Təkcə Azərbaycanda, Avropa İttifaqı milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün 830,000 avroya yaxın vəsait ayıracaqdır.

EU4Climate layihəsinin açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin Rəhbəri xanım Simona Gatti bildirmişdir: “EU4Climate Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir. Bu layihə, Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqı standartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcəkdir.”

EU4Climate layihəsinin məqsədi – Azərbaycanda ilk dəfə olaraq –daha az tullantının ayrıldığı və iqlimə davamlı tədbirlərin milli inkişaf planlarına daxil edilməsi, habelə iqlim dəyişikliyi ilə bağlı milli qanunvericiliyin Avropa İttifaqı standartlarına və Avropa İttifaqının qanunvericilik toplusuna uyğunlaşdırılması üçün milli potensialı inkişaf etdirməkdir. Şərq Tərəfdaşlığı regionunun altı ölkəsinin hər birində 2050-ci ilədək iqlimlə bağlı fəaliyyət gündəliyi kimi xidmət etmək üçün gələcəyə baxışı əks etdirən və istixana qazlarının miqdarını azaltmaq üçün uzun-müddətli strategiyalar işlənib hazırlanacaq. Ən əsası, layihə, hər bir tərəfdaş ölkədə kənd təsərrüfatı, tikinti və enerji sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında Paris İqlim Sazişinin yerinə yetirilməsi üçün konkret sənaye sahələri üzrə rəhbər müddəaları müəyyən edəcəkdir.

 “BMT sistemində iqlimlə bağlı fəaliyyətin ən iri icraçısı kimi, BMTİP, özünün iqlimlə bağlı məqsədlərini fəaliyyətə çevirmək üçün dünya ölkələri ilə birgə fəaliyyət göstərir” – bu sözləri BMTİP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən cənab Alessandro Frakasetti demişdir. “Azərbaycanda BMTİP artıq neçə illərdir ki, ekoloji dayanıqlığı qorumaq üçün bir sıra layihələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə uğurla tərəfdaşlıq edir və iqlim dəyişikliyi bu əməkdaşlığın ən prioritet sahələrindən biridir. Biz, iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşmaq məqsədi ilə daha güclü siyasətin və təcrübələrin işlənib hazırlanmasında Hökumətə dəstəyimizi davam etdirəcəyik”.

Layihənin icra olunduğu Şərq Tərəfdaşlığı proqramının altı ölkəsində, Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə və onu müşayiət edən 17 Dayanıqlı İnkişaf Məqsədinə (DİM) nail olmağı sürətləndirməyə kömək edəcəkdir. Xüsusən də, layihə, Məqsəd 13: İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlərin görünməsində bilavasitə dəstək göstərəcəkdir. EU4Climate layihəsi həmçinin yoxsulluq, ərzaq və su təchizatı, şəhər və kənd yerlərinin dayanıqlılığı, gender bərabərliyi, əlçatan və təmiz enerji, məsuliyyətli istehsal və istehlak eləcə də inkişaf naminə tərəfdaşlıqların gücləndirilməsi ilə bağlı digər DİM-lərə nail olmağa kömək edəcək.

EU4Climate layihəsi, eyni zamanda, 2013-2017-ci illərdə Avropa İttifaqından böyük maliyyə vəsaiti alan və Avropa İttifaqı Şərq Qonşuluğu ölkələrində, o cümlədən Azərbaycanda, habelə Rusiyada iqlim dəyişikliyinin təsirinin azaldılması və ona uyğunlaşma tədbirlərinə dəstək göstərən ClimaEast proqramının da nəticələrinə və keçmiş təcrübələrə əsaslanacaqdır.

 

***

Əlaqə üçün məlumat:

  1. Arzu Cəfərli, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri - arzu.jafarli@undp.org
  2. Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu  

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair