Foto: BMTİP Azərbaycan

Cəlilabad, 5 noyabr 2019-cu il – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi, ölkədə peşə təhsilinin və inkişaf potensialının yüksəldilməsinə göstərdikləri dəstəyin davamı olaraq, bu gün Cəlilabad rayonunda yeni təmir və restavrasiya olunan peşə təhsili emalatxanasının açılışını etdilər. Açılış mərasimində Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestuitis Jankauskas, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti, Təhsil nazirinin müavini cənab İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri cənab Pərviz Yusifov və Cəlilabad İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalov iştirak ediblər.

Yeni emalatxana Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihə çərçivəsində yenidən qurulub. Daha geniş mənada, bu layihə, yeli insan kapitalını inkişaf etdirməklə Azərbaycanın qərbində Gəncədə və cənubunda isə Cəlilabadda cəmləşərək biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına və yerli icmaların potensialının gücləndirilməsinə səy göstərir. Bu gün yeni təmirdən çıxan və istifadəyə verilən emalatxananın açılışında məqsəd xüsusən Lənkəran İqtisadi Zonasında Regional Peşə Təhsili və Təlimi (PTT) Mərkəzinin təsis edilməsinə dəstək göstərməkdir.

2018-ci ilin yazından fəaliyyətə başlayan layihə həmin vaxtdan bəri Lənkəran İqtisadi Rayonunda müasir Regional PTT Mərkəzinə çevrilən Cəlilabad Peşə Liseyinin infrastrukturu, texniki bazası, təlim və fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə dəyişib və gücləndirib.

Təsadüfi deyil ki, Cəlilabad PTT Mərkəzinin təhsil proqramında kənd təsərrüfatı və istehsal sektorundakı peşələrə önəm verilir.  1943-cü ildə təsis olunan, hazırki PTT Mərkəzinin özülünü təşkil edən Cəlilabad Peşə Liseyi Azərbaycanda ən qocaman və ilk peşə təhsili məktəblərindən biridir. Region özü bol məhsul verən kənd təsərrüfatına görə tanındığı və MDB məkanında buğda, üzüm, tərəvəz və meyvə yetişdirən aparıcı rayon olduğu halda, Cəlilabadda və bütövlükdə Azərbaycanın cənub regionunda tikinti və mebel sənayesinə də böyük həcmdə yatırımlar edilir.

Yeli imkanları bu sahələrdə əmək bazarının tələblərinə uyğunlaşdırmaq və təhsillə məşğulluq arasında körpü yaratmaq məqsədilə, BMTİP, mövcud vəziyyət və bazarla bağlı təhlillər aparıb. Nəticələr, işsizliyin və hazırda əmək bazarında tələb olunan iş vərdişlərinə malik insanların çatışmazlığı hallarının aradan qaldırılmasında  mühüm bir məqam kimi bir sıra yeni təhsil sahələrinin və mahiyyət etibarilə yeni tədris modullarının və tədris planlarının təsis edilməli olduğunu üzə çıxardı.

Bu gün Cəlilabaddakı Regional PTT Mərkəzində müxtəif proqramlar üzrə təhsil alan 440-a yaxın tələbəyə peşə bacarıqlarını artırmaq imkanları təklif olunur. 2018-ci ildən bəri, 280-dən çox  tələbə, məhz Avropa İttifaqının maliyyə dəstəyi hesabına PTT Mərkəzində tətbiq olunan altı yeni ixtisas üzrə praktiki iş vərdişlərinə yiyələnir. Bu yeni ixtisaslara kənd təsərrüfatı elmində üç önəm verilən sahə, daha dəqiq desək, fermerlik, məhsul yetişdirmə, şərabçılıq, habelə mebel istehsalı üzrə əlavə üç ixtisas - dülgərlik, mebel ustası və üzükçü dizayner peşəsi aiddir. Bu yeni təhsil sahələri, eyni zamanda, Azərbaycanın cənub rayonlarında xüsusilə güclü olan gender maneələrinin aradan qaldırılmasında əhəmiyyətli rol oynayıb. Nəticədə, Cəlilabadda ilk dəfə olaraq, əksəriyyəti dizaynerlik və 2 qadın kənd təsərrüfatı ixtisaslarını seçməklə Cəlilabad Peşə Təhsil və Təlim Mərkəzində  peşə təhsili proqramları üzrə təhsil almaq üçün 21 gənc qadın qeydə alınıb.

Ümumilikdə, Lənkəran İqtisadi Rayonunda və Gəncədə həyata keçirilən layihələr sayəsində Cəlilabaddakı Peşə Təhsili və Təlimi Mərkəzində və Gəncədə Peşə Təhsili və Təlimi üzrə Kompetensiya Mərkəzində 54 yeni tədris modulunun tətbiqinə nail olunub. Tək Cəlilabadda, birgə səylər nəticəsində kənd təsərrüfatı və mebel avadanlıqlarının istehsalı sahələrində altı yeni tədris planı və 27 tədris modulu hazırlanıb.

2018 və 2019-cu illər ərzində müəllimlər və kurs təlimatçıları üçün təşkil olunan 22-dən çox təlim proqramı müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsi və tədris prosesinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi ilə nəticələnib.

Azərbaycanda peşə təhsili sisteminin daha da gücləndirilməsini məqsəd kimi qarşıya qoyan bu layihə  dövlət-özəl sektor tərəfdaşlıqlarının və yerli müəssisələrlə əməkdaşlığın vacibliyini önə çəkir. Bu öhdəliyə uyğun olaraq, təhsili başa vurmuş tələbələrin sonrakı məşğulluq imkanlarına dəstək göstərmək məqsədilə, bu layihə çərçivəsində bir sıra özəl şirkətlərlə, o cümlədən Günəşli Aqro Park, Cəlilabad Şərab Zavodu-2, Woodpecker və Embawood şirkətləri ilə anlaşma memorandumu imzalanacaqdır.

Azərbaycanın peşə təhsili sisteminin gücləndirilməsi və müasirləşdirilməsini məqsədi daşıyan bu müştərək proqram Gəncədə və Cəlilabadda Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə BMTİP tərəfindən həyata keçirilir. Lənkəran İqtisadi Rayonunda Regional PTT Mərkəzinin təsis olunmasına, BMTİP-nin də qismən maliyyələşdirməsi daxil olmaqla, Avropa İttifaqı tərəfindən 1,444,444 avro məbləğində maliyyə vəsaiti ayrılıb.

 

Əlaqə üçün məlumat:

1.         Arzu Cəfərli, BMTİP-in Azərbaycan ofisinin kommunikasiya müşaviri - arzu.jafarli@undp.org

2.         Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

 

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 28 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı böhrana müqavimətli dövlətlərin qurulmasında cəmiyyətin bütün səviyyələrində insanlara birgə çalışan təşkilatdır və o, hər kəsin həyat keyfiyyətini yaxşılaşdıran artımı təmin edir. Təxminən 170 ölkə və ərazidə fəaliyyət göstərərək, biz insan həyatını yaxşılaşdırmaq güclü dövlətləri qurmaq üçün qlobal perspektivli və yerli miqyaslı təhlili təqdim edirik.

Icon of SDG 04

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair