Avropa İttifaqının maliyyə dəstəyi ilə BMTİP, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi Qeyri-formal və İnformal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Təlim Proqramı təş

23 September 2020

Bakı, 23 sentyabr 2020 – Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə beynəlxalq ekspertin iştirakı ilə iki günlük təlim proqramı təşkil edib. Proqram peşə təhsili mütəxəssislərini, özəl sektor nümayəndələri və sahə üzrə peşəkarları bir araya gətirib.

Təlim, bilik və bacarıqlarının rəsmiləşdirilməsini istəyən vətəndaşlar üçün nəzəri və praktik qiymətləndirmə prosesinin təşkilinə dair addımları əhatə edib.

Bu qiymətləndirmələr aparıldıqdan sonra vətəndaşlar, iş tapmaq yaxud karyeralarını yeni mərhələyə daşımaq şanslarını artırmağa kömək edəcək sertifikatlar alacaqlar. Qeyri-formal və informal səriştələrin tanınması üzrə təşviq fəaliyyətlərinin Azərbaycan əmək bazarında bacarıqlı işçi qüvvəsi üçün yeni imkanlar açacağı gözlənilir.

İlk imtahan bu ay, Təhsildə Kefiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf Marketing Baku” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Gəncədə həyata keçiriləcəkdir. İmtahan zamanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar.

İmtahan öncəsi keçirilən bu təlim proqramı, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.