Yeni sayt insanların böhran zamanı onlayn xidmətlər və məlumata çıxışına

kömək üçün “vahid pəncərə” rolunu oynayacaq

 

 

Bakı, 22 dekabr 2020-ci il - COVID-19 böhranı müddətində insanlar üçün birbaşa və mərkəzləşdirilmiş resurs yaratmaq məqsədilə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Business Center” Korporasiyası, BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi və Maldiv adaları nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində 'Evdeqal' platforması Maldiv Respublikasında fəaliyyətə başlayır. “Evdeqal” - koronavirus pandemiyası zamanı fərdlər, ailələr, tələbə, biznes və digər hədəf qrupları üçün xidmət, resurs və məlumatı vahid mənbədə təqdim edən onlayn platformadır.

Fiziki məsafə və lokdaunun tətbiqi, obyekt və xidmətlərin fəaliyyətinin dayandırılması, eləcə də hərəkətin məhdudlaşdırılması kimi pandemiyanın qarşısının alınması məqsədilə bir sıra tədbirlərin sürətlə həyata keçirilməsi ilə COVID-19 böhranının səbəb olduğu gözlənilməz çətinliklərin həll edilməsi və yeni həyat tərzinə keçid üçün innovasiya və texnologiyaya ehtiyac yarandı. Bu hal, onlayn mağazalara, məhsul və xidmətlərə, ümumiyyətlə onlayn sifarişə tələbatın artmasına gətirib çıxardı.

"COVID-19 böhranı irəlilədikcə, icmalarımızdakı ehtiyaclar artmağa davam etdi," BMT-nin İnkişaf Proqramının Maldiv Respublikasındakı Rezident nümayəndəsi Akiko Fujii deyib. “COVID-19 ‘Evdeqal’ platforması həyati əhəmiyyətli məlumat və xidmətlərə rahat çıxışı təmin edərək vacib ehtiyaclarını ödəmək istəyənlərə xidmət göstərəcək.”

İlk dəfə 2020-ci ilin aprelində istifadəyə verilən vebsayt, COVID-19-a cavab tədbiri olaraq Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və BMTİP-nin Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı çərçivəsində təsis edilən rəqəmsal platformadır. Məqsəd, pandemiya müddətində ölkədə gündəlik onlayn xidmətlərə və öyrənmə resurslarına artan tələbatı ödəmək idi. Vebsayt, istifadəçilərə yerli mənbələr axtarmağa, həmçinin onlayn mağazalar, elektron təhsil, səhiyyə, əyləncə, qida və  çatdırılma kimi bir sıra vacib xidmətlər haqda məlumat əldə etməyə imkan verir. COVID-19 haqqında ən son xəbər və göstəricilər və önləyici tədbirlər barədə tövsiyələrlə yanaşı, yeni rəqəmsal mənbə inkişaf tendensiyaları barədə bloq yazıları kimi məlumat, məsləhət və digər dəstək xidmətlərini də əks etdirir.

"Evdən idarə edilən sahibkarlıq fəaliyyəti COVID-19 pandemiyasının başlanması ilə bərabər artdı və biz bu təşəbbüskarlıq fəaliyyətlərinin pandemiyadan sonra da davam edəcəyini gözləyirik," “Business Center” Korporasiyası bildirib. "Lakin bu müstəsna artıma görə, gənc startapların üçün rəqabətədavamlı və mürəkkəb şəraitdə öz yerlərini tapmaq getdikcə çətinləşdi. Bu cür bizneslərin bazarı çox zaman sahibkarların öz sosial dairələri ilə məhdudlaşır və brend yaratma cəhdlərinin əksəriyyəti daha böyük potensial hədəf kütləsinin diqqətindən kənarda qalır. Potensial benefisiarların çoxluğunu nəzərə alaraq və bu cür vebsayta həqiqi ehtiyacı görərək, Maldiv adalarında belə bir təşəbbüsə başlamağın, gənc firmaların rəqabətli bazarlarda yerini tapmasına və biznesdə ilk bir neçə ayın qeyri-sabitliyini asanlaşdırmasına kömək edə biləcəyinə inanırıq".

BMTİP-nin qlobal təcrübəsinə əsaslanaraq, BMTİP-nin Maldiv adaları nümayəndəliyi əvvəlcə oxşar təşəbbüsləri ölkədə təkrarlamaq və bu yenilikçi rəqəmsal həlləri yerli kontekstdə tətbiq etmək üçün Maldiv Respublikasının Milli Fövqəladə Hallar Mərkəzinə dəstək oldu. Bu, BMTİP-nin Maldiv nümayəndəliyinin “Business Center” Korporasiyası və Azərbaycan ilə əməkdaşlığının yaranmasına, “Evdeqal” platformasının Maldiv kontekstinə ixracına və yerli tətbiqinə gətirib çıxardı.

“COVID-19 rəqəmsal bərabərsizliklərin nəticələrini ortaya çıxardı və ölkələr arasında daha çox əməkdaşlıq potensialını göstərdi. İnsanların və iqtisadiyyatların pandemiyadan bərpasına kömək etmək üçün rəqəmsal həllərin işləmə sürətini və miqyasını əhəmiyyətli dərəcədə artırmalıyıq və ‘Evdeqal’ ilə etməyə çalışdığımız təşəbbüs də məhz budur,” BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsi Alessandro Frakassetti qeyd edib.

COVID-19 həm insanlar, həm də iqtisadiyyatlar üçün ciddi problemlərə səbəb oldu, lakin rəqəmsal texnologiyalara və infrastruktura tələb artmaqdadır. Milyonlarla insan üçün texnologiya işləmək, öyrənmək və sevdikləri ilə əlaqə saxlamağın yeganə yoluna çevrilib.  Azərbaycanda da vəziyyət fərqli deyil. Ölkədə bir milyondan çox tələbənin onlayn təhsilə keçməsi və minlərlə işçinin evdən çalışmasını nəzərə alaraq, "Evdeqal.az" platforması həm fərdlərə, həm də kiçik sahibkarlara bu çətin dövrdə kömək etdi. Bu səbəbdən biz bu platformanı daha da inkişaf etdirməyi və növbəti mərhələyə daşımağı planlaşdırırıq,” Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və Rəqəmsal İnkişaf şöbəsinin müdiri Rəşad Əzizov qeyd edib.

 

 

 

Əlaqə üçün məlumat:

“Business Center” Korporasiyası: Leena Abdul Jaleel, leena.jaleel@bcn.mv

BMTİP-nin Azərbaycandakı nümayəndəliyi: Sandra İsmanovski,   sandra.ismanovski@undp.org

BMTİP-nin Maldiv Respublikasındakı nümayəndəliyi: Aminath Sanu Ibrahim, aminath.ibrahim@undp.org

Icon of SDG 03 Icon of SDG 09 Icon of SDG 17

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair