Foto: BMTİP Azərbaycan

 

Azərbaycan Hökuməti, Avropa İttifaqı və BMTİP əmək bazarının ehtiyaclarına cavab verən peşə təhsilli kadrların hazırlığını dəstəkləyir

 

Bakı, 7 sentyabr 2020 – Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb.

Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə - əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

“Avropa İttifaqı, çoxşaxəli, səmərəli və innovativ qeyri-neft sektoru ilə idarə olunan yeni iqtisadi modelə keçməsində davamlı olaraq Azərbaycan Hökumətini dəstəkləyir”, Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin Rəhbəri Kəstutis Yankauskas qeyd edir. “Bu məqsədə çatmaq üçün işini bilən və bacarıqlı insan kapitalı vacibdir.”

Layihə seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsil mərkəzlərində təhsil alan 5.000-dən çox tələbə bu təşəbbüsdən faydalanacaq.

Layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işi nəzərdə tutur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov bu tərəfdaşlığın vacibliyini vurğulayıb: “Bu təşəbbüs sayəsində peşə təhsili barəsində münasibət və müzakirələri dəyişdirmək, təhsil təminatında əmək bazarının tələblərinə əsaslanan və gələcək yönümlü dəyişikliklərin tətbiqi məqsədilə bütün maraqlı tərəfləri bir araya gətirən davamlı əməkdaşlıq müstəvisini təsis etmiş olacağıq.”

“Keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün inklüziv və keyfiyyətli öyrənmə imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək”, BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti layihə barədə deyib.

Layihə, Avropa İttifaqının ‘Məşğulluq üçün Təhsil’ 2018 İllik Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilir.

 

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa Ittifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

Icon of SDG 04 Icon of SDG 08

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair