Avropa İttifaqı və BMTİP Azərbaycanda ilk dəfə qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesini təşkil edib

2 October 2020

Foto: BMTİP Azərbaycan

Bakı, 2 oktyabr 2020 – Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Azərbaycanda ilk mexanizmin icrasını həyata keçirib.

Səriştələrin tanınması üzrə ilk imtahanlar, quru inşaat üzrə bilik və bacarıqlarını rəsmiləşdirmək məqsədilə müraciət edən namizədlər üçün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. İmtahanlar, inşaat materialları istehsalı üzrə, eləcə də inşaat sənayesi mütəxəssislərinin hazırlanmasında beynəlxalq təcrübəyə malik “Knauf Marketing Baku” şirkətinin dəstəyi ilə təşkil edilib. İki gün davam edən prosesdə namizədlər özünü qiymətləndirmə, yazılı imtahan və praktiki tapşırıq mərhələsindən keçiblər.

İmtahan üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təsis və sədrlik etdiyi qiymətləndirmə komissiyası bütün prosesə nəzarət edib. Komissiyaya TKTA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Knauf Marketing Baku” şirkətinin nümayəndəsi, həmçinin qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ixtisaslaşmış beynəlxalq ekspert və iki yerli mütəxəssis cəlb edilib.

İmtahanın bütün mərhələləri üzrə yüksək nəticə göstərmiş namizədlər sonda Təhsildə Kefiyyət Təminatı Agentliyi tərəfindən rəsmi sertifikatla təltif olunublar. Əldə edilmiş sertifikatların, namizədlərin məşğulluq imkanlarının artmasına və karyeralarını növbəti mərhələyə daşımağa töhfə verməsi gözlənilir.

Bu təşəbbüs, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin Yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilib.

Qeyd edilməlidir ki, adıçəkilən layihə informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mövzusunun araşdırılmasına 2017-ci ildən başlayıb və 2018-ci ildə beynəlxalq təcrübələrlə tanışlıq, eləcə də yerli icra imkanlarının müzakirəsi üçün müvafiq rəsmi tərəflərin iştirakı ilə konfrans təşkil edib.

Media contact:

For media inquiries, please contact Dilara Umudova, Communications Officer for UNDP in Azerbaijan at dilara.umudova@undp.org.

Gulnara Bayramova, Press and Information Officer at the Delegation of the European Union to Azerbaijan at gulnara.bayramova@eeas.europa.eu.

The European Union is made up of 27 Member States who have decided to gradually link together their know-how, resources and destinies. Together, during a period of enlargement of more than 60 years, they have built a zone of stability, democracy and sustainable development whilst maintaining cultural diversity, tolerance and individual freedoms. The European Union is committed to sharing its achievements and its values with countries and peoples beyond its borders.

UNDP is the leading United Nations organization fighting to end the injustice of poverty, inequality, and climate change. Working with our broad network of experts and partners in 170 countries, we help nations to build integrated, lasting solutions for people and planet.

Learn more at undp.org or follow at @UNDP.