Foto: BMTİP Azərbaycan / Cavid Qurbanov

 

Bakı, 29 noyabr 2021-ci il – Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib.

Konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub və dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları və özəl sektorun 100-dən çox nümayəndəsini bir araya gətirib. Onlar qadınlara və qızlara qarşı zorakılıqla mübarizə ilə bağlı sahələrarası effektiv yardım sistemlərinin qurulması prosesində yaranan problemləri və əldə olunan təcrübələri müzakirə ediblər.

“Azərbaycanda qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlər qəbul olunmuş, qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm irəliləyişlər əldə edilmişdir. Bu bir həqiqətdir ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir” – AQUPDK-nın sədri Bahar Muradova deyib.

“ABŞ hökuməti gender əsaslı zorakılıqla mübarizədə Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir. Bizim birgə səylərimiz qadınların zorakılıqdan azad yaşaması üçün işləmək və onların hüquqlarını qorumaq üçün birgə öhdəliyimizi nümayiş etdirir”, - ABŞ səfiri Li Litzenberger qeyd edib.

"Biz Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə və qadınların hüquqi və sosial dəstəyə çıxışının yaxşılaşdırılmasına kömək etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə səylərimizi birləşdirmişik. Hər birimiz qadın və qızlara qarşı qender zorakılığına son qoymaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq vədimizi yerinə yetirmək üçün daha çox iş görə bilərik və görməliyik", - BMTİP-nin Rezident  nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista bildirib.

Konfrans zamanı BMTİP-nin təşkil etdiyi “Genderyönümlü məlumatların toplanması və təhlil olunması” mövzusunda kursları uğurla başa vuran və Azərbaycanın müxtəlif rayonlarından olan 12 mütəxəssis sertifikatlarla təltif olunub. Bu mütəxəssislər növbəti aylar ərzində rayonlar üzrə onlayn platfrorma qurmağa kömək edəcək ki, bu da öz növbəsində onlara yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək imkanı yaradacaq.

Konfrans USAID-in maliyyələşdirdiyi və BMTİP və AQUPDK-nın birgə icra etdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində təşkil edilib. Komponentin əsas məqsədi gender əsaslı zorakılığa mübarizəyə və qadınların iqtisadi səlahiyyətləndirilməsinə dəstək olmaqdır.

 

Slide
Slide
Slide
Slide
Slide
Slide

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

Icon of SDG 05

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair