Photo: UNDP Azerbaijan / Leyla Gurbanova

Bakı, 06 oktyabr 2021-ci il –  Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı Azərbaycanda iqlim dəyişikliyinə cavab tədbirlərini dəstəkləmək üçün vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) potensialının artırılmasına diqqət yetirir.

Bu məqsədlə, Aİ-nin maliyyələşdirdiyi "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı" layihəsi çərçivəsində 40-a yaxın vətəndaş cəmiyyəti təşkilatı və fəal qrupların iştirakı ilə maarifləndirmə proqramı təşkil edilib. İştirakçılar iqlim riskləri və onun nəticələri, beynəlxalq iqlim sazişləri çərçivəsində ölkələrin öhdəlikləri haqqında ətraflı məlumat əldə ediblər.

Sessiyalar, Bakının ətraf qəsəbəsində yerləşən Qala Etno-Ekoloji Mərkəzində təşkil olunur. Proqram çərçivəsində iştirakçılar iqlim dəyişikliyinin müxtəlif icmalara və iqtisadi sektorlara necə təsir etdiyini müzakirə edir, adaptasiya strategiyaları ilə tanış olur, həmçinin beynəlxalq iqlim danışıqlarını qrup şəklində çalışır və nəticədə, Dayanıqlı İnkişaf Məqsədi 13 - iqlim fəaliyyəti üzrə göstəricilərə nail olunmasında vətəndaş cəmiyyətinin rolunu dərindən öyrənirlər.

İştirakçılar, həmçinin Qala Etnoqrafiya Qoruğundakı muzeylərə, o cümlədən köhnə Qala bölgəsindəki ərazilərə səfər ediblər.

Sözügedən maarifləndirmə proqramı 8 tam iş gününü əhatə edir və oktyabrın ayının ortalarına qədər davam edəcək.

Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.

 

 

 

Slide
Slide
Slide
Slide

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

 

Icon of SDG 05 Icon of SDG 09 Icon of SDG 11 Icon of SDG 13 Icon of SDG 17

UNDP Around the world

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair