Foto: BMTİP Azərbaycan

Bakı, 10 iyun 2021-ci il – Genderə həssas yanaşmaların tətbiq edilməsi üzrə təşkil edilən üçgünlük təlim proqramı 15 yerli vətəndaş cəmiyyəti təşkilatı (VCT) və fəal icma qruplarını bir araya gətirib. Bununla da Avropa İttifaqının maliyyələşdirdiyi müasir, innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin qurulması istiqamətindəki yeni layihənin ilk fəaliyyətlərinə start verilib.

BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən 3 milyon avro vəsaitin ayrıldığı bu layihə, siyasətlərin formalaşdırılması, yerli inkişaf və sosial innovasiya sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsinə yardım edəcək.

İcra ediləcəyi növbəti üç il ərzində bu layihə qadınların səlahiyyətləndirilməsi, sosial yönümlü müəssisələrin dəstəklənməsi, əhalinin həssas qruplarına
COVID-19 pandemiyası ilə mübarizəsində yardım göstərilməsi ilə yanaşı, iqlim dəyişikliyi, heyvan hüquqları və innovasiya dəstək kimi sahələrdə də fəaliyyət göstərəcək.

Layihə, vətəndaş cəmiyyəti təşkilatları üçün təlimlərin təşkil edilməsi, tədris materiallarının hazırlanması, ehtiyaclara uyğun olaraq mentor, “kouçinq” və məsləhət dəstəyinin göstərilməsi, müvafiq tərəflərlə bilik və təcrübənin mübadiləsi, şəbəkələşmə, araşdırma səfərləri, həmçinin kiçik qrant proqramının təşkilini nəzərdə tutur. Bütün bu fəaliyyətlər ölkədə fəal vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməsi və nəticədə, Azərbaycanda yaşayan əhali üçün daha yaxşı həyat imkanları yaradılmasına dəstək məqsədi daşıyır.

Slide
Slide
Slide
Slide

Əlaqə üçün məlumat:

Dilarə Umudova, BMTİP-nin Azərbaycan ofisinin İctimai əlaqələr üzrə baş mütəxəssisi – dilara.umudova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

 

Icon of SDG 05 Icon of SDG 09 Icon of SDG 13

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair