Şəkil: BMTİP Azərbaycan/Məmməd Əliyev

Çıxış üçün hazırlanıb

Hörmətli cənab Şair Alxazov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı

Hörmətli professor Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Hörmətli Dr. Simone Haerberli, İsveçrə Əməkdaşlıq Agentliyinin Cənubi Qafqaz üzrə regional direktorunun müavini, missiyanın rəhbərinin müavini

Hörmətli canım Mehjabeen Alaraxia, BMT-nin Qadınlar Proqramının mütəxəssisi

Hörmətli xanımlar və cənablar!

Bu gün Qusarda yeni Qadın Resurs Mərkəzinin açılışında sizinlə bir yerdə olmaqdan məmnunuq. Bu sizin doğma şəhərinizdə əlamətdar bir hadisədir və biz ümid edirik, bu, xüsusən buradakı yerli qadınlar üçün onların həyatını dəyişən bir məqam olacaqdır.

Bir il əvvəl, BMTİP, Azərbaycan Hökuməti, bizim etibarlı tərəfdaşımız olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə, kənd və rayon yerlərində yaşayan qadınlar üçün iqtisadi imkanların yaradılmasını məqsəd kimi qarşıya qoyan layihənin icrasına başlayıb.  Bu üçillik layihə bizim Birləşmiş Millətlər Təşkilatındakı köməkçi agentliyimiz olan BMT Qadınlar təşkilatı tərəfindən əlaqələndirilir və ona bizim dəyərli tərəfdaşımız olan İsveçrə İnkişaf və Əməkdaşlıq Afentliyi tərəfindən maliyyə dəstəyi göstərilir. Biz bir yerdə Azərbaycanın üç rayonunda – Qusar, Sabirabad və Bakının Xəzər rayonunda bu layihənin icrasına başlamışıq.

Bu layihənin həyata keçirildiyi kimi Qusar rayonunu seçməyimiz sadəcə təsadüf deyildir. Son vaxtlar Qusar xeyli inkişaf edib və regionda turizmin mərkəzinə çevrilib. Bu, xüsusən də bu qadınların və onların müəssisələrinin masa üzərinə çıxardığı yerli məhsullara turistlər tərəfindən tələbatın yüksək olacağını bilərək, qadınların iqtisadi fəaliyyətinin artırılması üçün böyük potensiala malikdir.

Bizim bu gün Qusarda rəsmi açılışını qeyd etdiyimiz bu mərkəz Qusardakı Heydər Əliyev Mərkəzində yerləşir və yeni olsa, faktiki olaraq, o, layihə tədbirlərinin həyata keçirilməyə başlandığı 2019-cu ilin yanvar ayından fəaliyyət göstərir. Bu qısa vaxt ərzində, biz artıq bu müştərək layihə çərçivəsində üzərimizə götürdüyümüz öhdəliyin bir hissəsi kimi bir sıra konkret nəticələr əldə etmişik. Qusarda yerli qadınlar artıq müxtəlif təlim proqramlarından və vərdişlərin inkişaf etdirilməsinə yönələn digər tədbirlərdən faydalanıblar. Onlardan bəziləri artıq öz bizneslərinə başlayaraq ailə büdcələrinə maliyyə baxımından kömək edirlər.

Bu gün bir qədər sonra biz onlardan bəziləri ilə söhbət etmək, onların həyat, biznes uğurları ilə bağlı hekayələrini dinləmək, hətta istəyiniz təqdirdə onların məhsullarını dadmaq imkanına malik olacağıq.

Böyük əminliklə, mən demək istəyirəm ki, bu nəticələrdən heç biri yerli qadınların bu işə məsuliyyətli münasibəti və bütün iştirakçı tərəfdaşlar arasında əməkdaşlıq olmadan mümkün olmaya bilərdi.

Fürsətdən istifadə edərək, mən, Qusarda və digər iki rayonda qadınların səlahiyyətlərinin genişləndirilməsi üzrə bizim fəaliyyətimiz kimi bu prosesin hər bir mərhələsində bizim yanımızda olan əsas tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. Qusar İcra Hakimiyyətinin başçısı, şəxsən cənab Alxazova bu layihəyə göstərdiyi dəstəyə görə, professor Hicran Hüseynovaya və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qadınların öz icmalarında aktiv rolunun təşviqində aparıcı mövqenin tutulmasına görə,  Dr.Simone Haeberliyə və  İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinə layihəyə lazımi yardım və maliyyə dəstəyinə görə və BMT Qadınlar təşkilatına regional səviyyədə bu layihənin nəticərinə kömək və dəstəyə görə minnətdarlığımı bildirirəm.

Yekunda, mən, Qusarda yenicə təsis olunmuş Qadın Resurs Mərkəzinə və bu layihədə iştirak edən bütün qadınlara göstərdikləri bütün səylərdə uğurlar arzulamaq istəyirəm. Sizin uğurunuz şübhəsiz yerli icmanın rifahına və gələcək illərdə Qusar rayonunun ümumi inkişafına kömək edəcəkdir.

Çox sağ olun!

Icon of SDG 05

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair