Şəkil: BMTİP Azərbaycan

Çıxış üçün hazırlanıb

02 iyul 2019
Hilton Hotel, Azadlıq prospekti 1B, Bakı AZ 1000

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, hörmətli cənab Tahir Budaqov!

Azərbaycan Respublikasının baş nazirinin müavini və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, zati-aliləri Əli Əhmədov!

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, hörmətli cənab Qulam İshaqzai!

Əziz qonaqlar, hörmətli xanımlar və cənablar!

Bu gün burada Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üzrə Milli Məlumatlandırma Portalının təqdimat mərasimində iştirak etməkdən məmnunluq hissi duyuram!

Sözsüz ki, DİM-lər BMTİP-in həm qlobal, həm də milli səviyyədə həyata keçirdiyi bütün inkişaf layihələri üçün ümumi çərçivə kimi çıxış edir - sadəcə BMTİP-in deyil, bütün BMT agentliklərinin! Bu gün DİM-lər üzrə portalın açılışını etdiyimiz bir məqamda mən dönüb geriyə baxmaq və 2015-ci ilin sentyabr ayında BMT-nin üzv dövlətlərinin yeni Qlobal İnkişaf Gündəliyini və 17 DİM-i qəbul etdiyi tarixi andan sonrakı bir neçə il ərzində Azərbaycanda BMT ailəsi olaraq həyata keçirdiyimiz müxtəlif birgə təşəbbüslərə qısa nəzər salmaq istərdim.

DİM-lərlə bağlı təşəbbüslərin siyahısı:

Ötən il biz yoxsulluğun azaldılması, ətraf mühitin mühafizəsi və insanların sülh və tərəqqi içində yaşamasının təmin edilməsində DİM-lərin qlobal proqram kimi əhəmiyyətini nümayiş etdirmək üçün DİM-lərlə bağlı geniş əhatəli təşviqat kampaniyası çərçivəsinə intensiv işlər gördük.

Bu təşviqat işlərinin tərkib hissəsi kimi, BMTİP digər BMT agentlikləri və Amerika Ticarət Palatası ilə birlikdə ölkədə ilk dəfə 200-ə yaxın biznes sektoru mütəxəssisini cəlb etməklə özəl sektorla əməkdaşlığa köməklik göstərdi. Bu zaman biz şirkətlərə DİM-ləri öz biznes strategiyalarına daxil etməyin və DİM-lərə biznes aspekti kimi yanaşmağın vacib olduğunu göstərməyə çalışdıq. Belə ki, bu biznes aspekti 4 sahədə - səhiyyə və rifah, şəhərlər və onların mobilliyi, enerji və materiallar, ərzaq və kənd təsərrüfatı sahələrində biznes sektoru üçün hər il 13 trilyon ABŞ dolları potensialını üzə çıxara bilər.

Həmin vaxt müxtəlif media nümayəndələri, bloqqerlər, vloqqerlər və müxtəlif yazarların diqqətini DİM-lərə çəkmək üçün onlarla əməkdaşlıq şəklində oxşar bir təşəbbüs təşkil olundu.

Həmin ilin sonrakı aylarında Azərbaycan Hökuməti ilə birlikdə regional tərəfdaşlıqların gücləndirilməsinə yönələn (16-cı DİM) DİM-lər üzrə birinci Bakı Forumunu keçirdik.

Hökumət və digər BMT agentlikləri ilə birlikdə, BMTİP ən azı bir qlobal məqsədə istiqamətlənən biznes ideyalarının cəlb olunmasına yönələn DİM-lər üzrə innovasiya müsabiqəsinin iki ardıcıl buraxılışına dəstək göstərdi.

Biz Azərbaycan Hökumətinə DİM-lər üzrə əldə olunmuş irəliləyişə dair birinci və ikinci Könüllü Milli Hesabatların hazırlanmasında və təqdim olunmasında dəstək göstərdik. Məmnuniyyətlə diqqətinizə çatdırıram ki, bu il Azərbaycan 17 iyul 2019-cu ildə Nyu-York şəhərində ikinci Könüllü Milli Hesabatını təqdim edəcək.

BMTİP-in Rəhbəri Axim Ştaynerin qeyd etdiyi kimi, heç kəsin kənarda qalmaması "DİM-lərin uğuru üçün fundamental əhəmiyyət daşıyır".  Lakin o həm də qeyd edir ki, DİM-lərin uğurlu icrası üçün empirik məlumatlara əsaslanan, "riskləri nəzərə alan" yanaşma yüksək zərurət daşıyır.

Həqiqətən də yüksək keyfiyyətli, əlçatan və vaxtında təqdim olunan məlumatlar qərarların qəbulu, habelə Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi və onun heç kəsi kənarda qoymamaqla bağlı hədəflərinin tam həyata keçirilməsi üçün son dərəcə vacibdir. Bu məqsədlə, qlobal statistika ictimaiyyəti bütün məlumat mənbələrini inteqrasiya etmək, habelə məlumatları açıq, vaxtında və səmərəli şəkildə təhlil etmək, vizuallaşdırmaq və yaymaq üçün mümkün üsulları araşdırmaq məqsədilə statistik məlumatların istehsalı işlərini innovasiyalar vasitəsilə yeniləmək və müasirləşdirmək üçün metodologiyalar və texnologiyalar hazırlamağa səy göstərir.

Qlobal səviyyədə, BMTİP dünyada açıq məlumatlarla bağlı bir sıra təşəbbüslərə rəhbərlik etməsi ilə məşhurdur.  Bu istiqamətdə işlərimizə dair bir sıra nümunələri diqqətinizə çatdırıram.

BMTİP 6 ölkədə (Banqladeş, Moldova, Svazilend, Trinidad və Tobaqo) pilot qiymətləndirmələr aparıb və həm struktur baxımından, həm də innovativ platformaların sınaqdan keçirilməsi baxımından statistik çərçivəni yaxşılaşdırmağa kömək edib.

Pilot qiymətləndirmələr zamanı gəlinən nəticələr göstərir ki, milli statistika orqanları artıq sadəcə məlumat istehsalçısı deyil, əlaqələndiricilər kimi çıxış edərək daha geniş ekosistemdən (o cümlədən özəl sektor, vətəndaş cəmiyyəti təşkilatları və fiziki şəxslərdən daxil olan məlumatlar) daxil olan məlumatların idarə edilməsi, məlumatların keyfiyyətinin, müqayisə imkanının və uyğunlaşdırılmasının təmin edilməsi ilə məşğul olur. Məhz buna görə də, hökumət, özəl sektor, vətəndaş cəmiyyəti, elmi qurumlar, dövlət siyasətləri üzrə düşüncə mərkəzləri və fərdlər tərəfindən görülən işlərin əlaqələndirilməsi də inkişaf üçün məlumatların uyğunlaşdırılması üçün vacibdir.

Şübhəsiz ki, DİM-ləri tam şəkildə icra etmək və əldə olunan irəliləyişin monitorinqini aparmaq üçün dövlət siyasətləri və qərarların verilməsi üzrə məsul şəxslərin dəqiq, əlçatan və vaxtında təqdim olunan məlumatlara ehtiyacı böyükdür. Məhz buna görə də, BMTİP DİM-lər üzrə dəqiq, vaxtında təqdim olunan və yetərli dərəcədə dezaqreqasiya olunmuş məlumatların toplanması, təhlili və nümayiş etdirilməsi üçün potensialların gücləndirilməsi, innovativ alətlər və platformaların qurulmasında hökumətə və tərəfdaşlara dəstək göstərməyi öhdəsinə götürüb.

DİM-lərlə bağlı məlumatların təqdim olunması dünyanın müxtəlif ölkələri üçün əldə etdikləri irəliləyişi izləmək və qiymətləndirmək baxımından misilsiz imkan yaradır. Bu, həmçinin həssas qrupların və onların ehtiyaclarının müəyyən edilməsində çox vacib rol oynayır. Məsələn, DİM-lər üzrə İrəliləyişə dair 2018-ci il Hesabatına əsasən, 2012-2017-ci ildə diri doğuşların 80%-i ən vacib tədbirlərdən olan ixtisaslı tibb işçilərinin yardımı ilə baş tutub. 2000-2005-ci illərdə müvafiq göstərici 62% təşkil edib. Ən böyük irəliləyiş Mərkəzi və Cənubi Asiya üzrə əldə olunub burada göstərici 40%-dən 77%-ə qalxıb. Bu, DİM-lərin icrası üçün tərəqqi və inkişafın qiymətləndirilməsində məlumatların bizə necə kömək etdiyini göstərən ən yaxşı nümunələrdən biridir.

2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədləri çox iddialıdır və metodologiyaların daima uyğunlaşdırılmasını tələb edir. Buna görə də, biz məlumatların hazırlanması və dayanıqlı inkişafın çoxsahəli çətinliklərinin aradan qaldırılmasında onların tətbiqi üçün daima innovativ yollar axtarırıq.

İnanıram ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı 2030-cu il üçün təyin etdiyimiz hədəflərə bir addım da yaxınlaşmağımız üçün faydalı olacaqdır.

Çox sağ olun! 

Təşəkkürlər! (Azərbaycan dilində)

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair