Azərbaycanda Peşə Təhsili və Təlimi (PTT) Mərkəzlərinin Müasirləşdirilməsi

Foto: BMTİP Azərbaycan

 

Layihənin təsviri

Azərbaycanın hazırkı peşə təhsili və təlimi (PTT) sistemində idarəetmə, maliyyələşmə, insan resursları, təhsilin məzmunu, maddi-texniki baza və infrastrukturla bağlı bir çox çətinliklər müşahidə olunur. Ötən on il ərzində, Hökumət çeşidli fəaliyyətlər, dövlət proqramları, strategiya və konsepsiyaları həyata keçirib. Bundan əlavə, 2016-cı ildə peşə hazırlığı sahəsinin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb. Agentliyin əsas məqsədi Azərbaycanda peşə təhsili sisteminin səmərəliliyini və əmək bazarının tələblərinə uyğunluğunu artırmaq, əmək bazarı üçün ixtisaslı kadrlar hazırlamaqdır.

Buna baxmayaraq, müəyyən problemlər qalmaqdadır. Peşə təhsili müəssisələrinin əksəriyyətinin infrastrukturu son onilliklər ərzində müasirləşdirilməyib. Onların istifadəsində olan təhsil resursları, təhsil proqramları, tədris və təlim materialları köhnəlib və müasir peşə təhsili və təlimi sisteminin tələblərinə cavab vermir. Dövlət büdcəsi hesabına təmin edilən maliyyə dəstəyi tələb olunan səviyyədə deyil və peşə təhsili müəssisələri üzləşdikləri çətinliklər səbəbilə hazırda gəlir əldə edə bilmir. Sosial tərəfdaşlıq da çox aşağı səviyyədədir. Peşə təhsili müəssisələrinin peşəkar, inzibati və idarəetmə heyətinin potensialın artırılması ilə bağlı təlim kurslarında iştirak səviyyəsi aşağıdır və təlim kurslarının keyfiyyəti yetərli səviyyədə deyil. Peşə təhsili sisteminin normativ-hüquqi bazası köhnəlib. Bundan əlavə, bu çətinliklər və problemlər peşə təhsili müəssisələrinin nüfuzunun aşağı düşməsinə gətirib çıxarır. Statistik məlumatlar göstərir ki, Azərbaycanda hər il orta təhsil pilləsi məzunlarının 11%-dən azı peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunur. İnkişaf etmiş ölkələrdə bu göstərici 40-60%-dir. Hesablamalar göstərir ki, hər il ümumi təhsil müəssisələrini bitirənlərin təqribən 50-60%-i heç bir kvalifikasiya əldə etmədən əmək bazarına daxil olur. Məhz bu amil Azərbaycanda gənclər arasında işsizlik səviyyəsinin yüksək, məhsuldarlığın aşağı olmasının səbəblərindən birini təşkil edir. Məsələn, 2015-ci ildə Azərbaycanda 15-24 yaşlı gənclər arasında işsizlik səviyyəsi 13.4% olub.

Azərbaycan Respublikasının Hökuməti peşə təhsili və təlimi sisteminin inkişaf etdirilməsinin əhəmiyyətini aşağıdakı sənədlərdə təsdiq edib: “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair strateji yol xəritəsi”1”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” (hamısı 2016-cı ildə təsdiqlənib), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2013-cü ildə təsdiqlənib), “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası (2012-ci ildə təsdiqlənib), “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”. Bu siyasət sənədlərinin ümumi məqsədi Azərbaycanda peşə təhsili və təlimi sistemində islahatlar keçirərək infrastrukturun, təhsilin məzmununun, kadr potensialının yaxşılaşdırılması, əvvəlki təhsilin tanınması, müəssisədaxili keyfiyyət təminatı və sosial tərəfdaşlıq (o cümlədən dövlət-özəl əməkdaşlığı) mexanizmlərinin yaradılması vasitəsilə yüksək nəticələrə nail olmaqdır. Təklif olunan layihə nəzərdə tutulan bütün fəaliyyətlər vasitəsilə idarəetmə məsələlərinin həllinə, toplanmış nəticələrdən istifadə edərək modellərin digər regionlarda təkrar edilməsinə yönələcək, habelə bu nəticələrdən istifadə edərək peşə hazırlığı sahəsində mövcud siyasət sənədləri bazasını yaxşılaşdıracaq.

Təklif olunan Peşə Təhsili proqramı ölkənin iki regionunda - Gəncə və Cəlilabadda icra olunacaq. Hər iki region Təhsil Nazirliyi üçün yüksək prioritet təşkil edir və bir çox amillər, o cümlədən əmək bazarına uyğunluq, ölkənin inkişafı üçün prioritet sahələr, özəl sektorun marağı və tələb olunan infrastrukturun mövcudluğu nəzərə alınaraq seçiliblər.

Layihə aşağıda təqdim olunan Dayanıqlı İnkişaf Məqsədinə və onun müvafiq hədəfinə töhfə verəcək:

4-cü Dayanıqlı inkişaf Məqsədi: “Hamı üçün əlçatan, bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil imkanlarını dəstəkləmək”

Hədəf 4.4 “2030-cu ilədək, məşğulluq, layiqli iş imkanları və sahibkarlıq fəaliyyəti üçün uyğun vərdişlərə, o cümlədən texniki və peşə vərdişlərinə malik olan gənclərin və yetkin yaşlı şəxslərin sayını əhəmiyyətli dərəcədə artırmaq”

Layihənin məqsədləri

Ümumi məqsəd Layihənin ümumi məqsədi Avropa standartlarına və təcrübəsinə uyğun olaraq keyfiyyət, bərabərlik, uyğunluq və təhsilə çıxışın artırılması məqsədi ilə Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsinə töhfə verməkdir.
Xüsusi məqsədlər
  • Gəncə şəhəri və onun qonşu olan rayonlarında Peşə Təhsili və Təliminin (PTT) cəlbediciliyini artırmaq üçün təhsilin keyfiyyətini yüksəltmək, habelə peşə təhsilini sənayenin tələblərinə uyğunlaşdırmaq.
  • Lənkəran İqtisadi Rayonunda əmək bazarının tələblərini nəzərə alan PTT sisteminin yaradılması üçün təhsilin keyfiyyətini yüksəltmək. Bu baxımdan, kənd-təsərrüfatı və sənaye (istehsal) sektorundakı peşələr üzrə müasir Regional Təkmil PTT Mərkəzi təsis edilərək Cəlilabad Peşə Liseyinin idarəetmə potensialı gücləndiriləcəkdir.

Gözlənilən nəticələr

Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək

Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması

  • Regional Peşə Kompetensiya Mərkəzi yaradılır
  • Peşə Kompetensiya Mərkəzinin məzunlarının bacarıqları və əmək bazarının tələblərinə uyğunluğu artırılı
  • Özəl sektorla əməkdaşlıq qurulur
  • Əvvəlki təhsilin (səriştələrin) tanınması/təsdiqlənməsi mexanizmi hazırlanır və təsdiq olunur
  • Aİ-nin peşə təhsili sahəsində qabaqcıl təcrübələri barədə məlumatlılıq artır
  • Regional Model Peşə Təhsili Mərkəzi istifadəyə verilir və müasirləşdirilir
  • Peşə Liseyinin məzunlarının bacarıqları və əmək bazarının tələblərinə uyğunluğu artırılır
  • İşəgötürənlərlə əməkdaşlığın qurulması üçün mexanizmlər yaradılır

Nailiyyətlər


2017 (Gəncə PTT) 2017 (Lənkəran PTT)

    Əmək bazarı sorğusu həyata keçirilib.

    Tədqiqat kənd təsərrüfatı və istehsal sektorundakı ən böyük dövlət və özəl işəgötürənləri əhatə edib, onların potensial insan resursları ehtiyaclarını təyin edib və əmək bazarında çatışmayan xüsusi bacarıq və qabiliyyətləri müəyyənləşdirib.

    Əmək bazarı araşdırmalarının nəticələri Gəncə VET Mərkəzinin yeni tədris planı və modul təlim kurslarının planlaşdırılması və inkişafı üçün istifadə ediləcəkdir

    Əmək bazarının öyrənilməsinin nəticələri Cəlilabad PTT Liseyinin yeni tədris planının və modul tədris proqramlarının tərtib edilməsi və inkişafı üçün istifadə edilmişdir.

2018 (Gəncə PTT) 2018 (Lənkəran PTT)
  •  “Gəncə Peşə Təhsili və Təlimi Mərkəzinin nümunəvi tənzimləmə”si yerli mütəxəssis tərəfindən hazırlanaraq təsdiq üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.
  •  Seçilmiş Gəncə Mərkəzində 2018-2019-cu illər üçün məişət soyutma və isitmə avadanlıqları xidmət üzrə mütəxəssisi, dağ-mədən işləri üzrə mütəxəssis və mənzil təsərrüfatı üzrə mütəxəssisi üçün tədris planı hazırlanaraq tətbiq edilmişdir.
  • Üç seçilmiş peşə - məişət soyutma və isitmə avadanlıqları xidmət, dağ-mədən işləri və mənzil təsərrüfatı üzrə 15 modul təlim materialları hazırlanmışdır.
  • İnformal və qeyri-formal təhsil yolu ilə əldə edilmiş bacarıqların tanınması və əvvəlki təlimin tanınması üçün qanuni çərçivəyə dair hesabat Sertifikat Mərkəzi tərəfindən hazırlanaraq Dövlət Agentliyinə təqdim edilmişdir.
  • Avropa və beynəlxalq təcrübə və PT Kompetensiya Mərkəzinin yaradılması üzrə ən yaxşı təcrübələrə dair geniş və sənədləşdirilmiş masa müzakirəsi aparıldı. "Alman Peşə Təhsil Mərkəzlərində ən yaxşı təcrübələr"i təqdim etmək üçün bir günlük seminar təşkil edilib.
  • Cəlilabad PT Liseyində 2018-2019 tədris ili üçün Fermer, Üzüm və Şərabçılıq üzrə mütəxəssis və Bitkiçilik (çay və çiyələk) mütəxəssisi üzrə tədris planı hazırlanmış və seçilmişdir.
  • Əmək bazarının qiymətləndirilməsinə əsasən çiyələk və çay üçün iki əlavə modul və modul spesifikasiyası hazırlanıb və Dövlət Agentliyi tərəfindən təsdiq edilib.
  • Regional Peşə Təhsil Mərkəzinin Konsepsiyası hazırlanaraq təsdiq üçün təqdim edilmişdir.
  • Cəlilabadda Aqro xidmət və dülgər peşələri üçün emalatxana və sinif otaqları yenidən qurulub.

Impact

START DATE

August 2017

END DATE

December 2021

STATUS

Completed

PROJECT OFFICE

Azerbaijan

IMPLEMENTING PARTNER

AZE - Ministry of Education

DONORS

EUROPEAN COMMISSION

UNITED NATIONS DEVELOPMENT PROGRAMME

TOTAL CONTRIBUTIONS

$3,417,330

DELIVERY IN PREVIOUS YEARS

2017$93,439

2018$1,000,039

2019$1,221,361

2020$770,814

2021$357,865

2022$443

Full Project information