Ənənəvi İncəsənət vasitəsilə İnklüziv Təhsilin Təşviqi

Photo: Asan Radio

Layihənin təsviri

Layihə 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (Hamı üçün əlçatan, bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil imkanlarını dəstəkləmək) 4.5-ci hədəfinə (2030-cu ilədək, təhsildə gender zəminində bərabərsizlikləri aradan qaldırmaq və həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər, aborigen əhali və həssas qruplara daxil olan uşaqlar üçün bütün səviyyələrdə təhsilə və peşə-ixtisas hazırlığına bərabər çıxış imkanını təmin etmək) töhfə verəcək.

Layihənin məqsədləri

Ümumi məqsəd
  • Layihənin ümumi məqsədi sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişaf ehtiyaclarınauyğunlaşdırılmış inklüziv peşə təhsili proqramlarına çıxış imkanlarını genişləndirməkdir.
Xüsusi məqsədlər
  • Xüsusi təhsil müəssisələri ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi arasında əməkdaşlıq mexanizmi hazırlamaq;
  • Təhsil proqramını (kurrikulum) sağlamlıq imkanları məhdud/əlilliyi olan şəxslərin ehtiyaclarına uyğunlaşdırmaq;
  • Əlilliyi olan işsiz böyüklərin, sağlamlıq imkanları məhdud uşaq və gənclərin ənənəvi incəsənət və sənətkarlıq sahəsində peşə təhsilinə çıxışını təmin etmək;
  • Müəllim və ustalara inklüziv peşə təhsili sahəsində təlim keçmək;
  • Ənənəvi incəsənət və sənətkarlıq məzunlarının əmək bazarına uyğunluğunu artırmaq;
  • Sağlamlıq imkanları məhdud uşaqların Təhsil Nazirliyinin proqramına inteqrasiyası ilə bağlı siyasət tövsiyələri hazırlamaq və təqdim etmək.

Gözlənilən nəticələr

  • İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) və xüsusi təhsil müəssisələri arasında əməkdaşlıq mexanizmi yaradılır;
  • Təhsil proqramı (kurrikulum) sağlamlıq imkanları məhdud gənclərin ehtiyaclarına uyğunlaşdırılır və tətbiq olunur;
  • Əlilliyi olan işsiz böyüklərin və sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət və sənətkarlıq sahəsində peşə təhsilinə çıxış imkanı yaradılır;
  • Təlimçi-ustaları inklüziv peşə təhsilinə hazırlamaq məqsədilə onlar üçün “Təlimçilərin təlimi” təşkil olunur;
  • Ənənəvi incəsənət və sənətkarlıq proqramının məzunlarının bacarıqları və əmək bazarına uyğunluqları artırılır;
  • Aİ-nin inklüziv təhsil sahəsində nümunəvi təcrübələri barədə məlumatlılıq artır.

Layihənin nailiyyətləri

  • Xüsusi məktəblərlə və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə əməkdaşlıq sxemi qurulub
  • Hər bir maraqlı tərəfin rol və vəzifələri müəyyən edilib; Birgə fəaliyyət planı hazırlanıb.
  • Dərs cədvəli əlilliyi olan gənclərin ehtiyaclarına görə uyğunlaşdırılıb və həyata keçirilib
  • Taxta işi və dulusçuluq /dekorativ həll proqramlarını əhatə edən 6 aylıq və birillik kurikulumlar, eləcə də 6 tədris modulu sınaqdan keçirilib; 
  • Sadə Muncuq və Polimer Gildən Suvenirlər, eləcə də Batika və Vitraj üsulu ilə Sadə Suvenirlər istiqamətinin hər biri üzrə 6 aylıq kurikulum və 5 tədris modulu sınaqdan keçirilib;
  • Əlilliyi olan işsiz yetkinlər və gənclərin ənənəvi incəsənət üzrə peşə təhsilinə çıxışı təmin edilib · Tikinti prosesi başa çatıb;
  • Bütün avadanlıq, materiallar və alətlər alınıb; İşlərin plana uyğun kefiyyətli görülməsi üçün komanda yığılıb;
  • Həftəlik təlimçilər, gənclər və valideynlərlə onlayn məsləhətləşmələr aparılır; · Əlilliyi olan və olmayan tələbələrin, ilk hissə üçün kursa qeydiyyatı başa çatıb. Sentyabrda əlilliyi olan və olmayan tələbələrin ikinci hissəsi fevraldan kursa cəlb olunub.
  • İnklüziv peşə təhsili tədrisinə hazırlıq üçün təlimçilərin təlimləndirilməsi təşkil edilib.
  • Məzunların ənənəvi incəsənət üzrə bacarıqları və məşğulluğu artır
  • Tələbələrin ilk qrupu - əlilliyi olan 26 tələbə və əlilliyi olmayan 40 tələbə 6 inklüziv peşə sənəti üzrə qruplara bölünüb. (Dulusçuluq və dekorativ həll üzrə iki qrup, Taxta sənətkarlıq üzrə iki qrup;
  • Muncuq və Polimer Gildən hazırlanmış sadə suvenirlər üzrə bir qrup və Batik və Vitraj üsulu ilə sadə suvenirlər üzrə bir qrup) və online praktiki məşğələləri davam edirlər.
  • Tələbələrin ikinci qrupu - əlilliyi olan 19 tələbə və əlilliyi olmayan 25 tələbə 4 inklüziv peşə sənəti üzrə qruplara bölünüb. (Dulusçuluq və dekorativ həll üzrə bir qrup; Batik və Muncuq üsulu ilə hazırlanmış sadə suvenirlər üzrə bir qrup; Vitraj və Batik üsulu ilə sadə suvenirlər üzrə bir qrup; Polimer Gildən və Vitraj üsulu ilə hazırlanmış sadə suvenirlər üzrə bir qrup)