Şəkil: Avropa İttifaqı. Biləsuvarın arıçı qadınlarından olan Aytəkin Sadıqova, Kəlbəcərdən məcburi köçkün kimi bura gəlmşdir. Həyatın bütün çətinliklərinə baxmayaraq özü üçün daha parlaq bir gələcək qura bilməyə müvəffəq olmuşdur. Avropa İttifaqının dəstəyi ilə Aytəkin Bilasuvarda özünün arıçılıq biznesini yaratmışdır və indi arıçılıqla məşğul olan digər qadınlara da həvəslə məsləhətlər verir.

 

Aytəkin Sadıqova – Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundan olan məcbur köçkündür. Bu rayonda ənənəvi olaraq arıçılıq geniş inkişaf edib. Son 25 ildə Aytəkin ölkənin cənub-qərbində Biləsuvar rayonunda yaşayır.

Aytəkinin ailəsi hər zaman arıçılıqla məşğul olub. Buna görə də o, uşaqlıqdan böyüklərin arı pətəklərinə necə qulluq etdiklərinin, arıların qışa necə hazırlanmasının şahid olub.

2016-cı ildə rayonda kiçik biznesin inkişafına təkan verən Qadın Resurs Mərkəzinin açılışından xəbərdar olan Aytəkin Sadıqova ailə işini davam etdirmək qərarına gələrək, arıçılıqla bağlı biznes-planı təklif edir.

Mərkəzdə ona maliyyə dəstəyi göstərilməsilə yanaşı, mühasibatlığın əsasları, kiçik biznesin aparılması və arıçılığın xüsusiyyətləri ilə bağlı bir sıra treninqlər də təqdim edilib.

Slide
Slide
Slide
Slide

Mərkəz “Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində fəaliyyət göstərib. Layihə 2016-2018 illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı tərəfindən və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilib.  

“Bu gün mənim 22 qutu arım var, bunların 10 ədədini layihənin dəstəyilə əldə etmişəm. Yerli arılarla yanaşı, İran, İtaliya və alman cinsindən olan arılar da saxlayırıq. Sonuncular yüksək məhsuldarlığı ilə məşhurdur”, – oğlu ilə arıçılıq sahəsində fəaliyyət göstərən Aytəkin deyir.

“Əgər əvvəllər hər qutudan 10 kiloqram bal əldə edirdiksə, daha sonra bu həcm 15 kiloqrama qədər yüksəldi. Şirinləşdirici vasitələrdən istifadə etmirik, yalnız təbii məhsul istehsal edirik. Buna görə də çox bal əldə etmirik. Lakin yenə də kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk”, – deyə o, sözlərinə əlavə etdi.

 

Şəkil: Avropa İttifaqı. Aytəkin Sadıqova Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəində Biləsuvarda təşkil edilən "Sahibkarlığın inkişafı müsabiqəsinin" qalibi olmuşdur.

 

Ötən il ailə layihə hesabına əldə edilən 10 qutudan ümumilikdə 100-150 kiloqram bal alıb. Qazanılan pul istehsalatı saxlamağa, eləcə də evdə uzun müddətdir gözlənilən təmir işlərinə sərf edilib. Yeni məhsul yığımı mayda gözlənilir.

Aytəkindən nəinki kəndlilər, hətta paytaxtda yaşayan və işləyən qızı vasitəsilə şəhər sakinləri də bal alır. Ailə arıçılığın uğurlu davamı və inkişafı ilə bağlı yenilikləri də hər zaman izləyir.

“Kənd təsərrüfatı ilə məşğul olsan ac qalmazsan. Lakin işə canla-başla yanaşaraq, bütün norma və texnikaya riayət etməli, başqalarının təcrübələrini öyrənmək lazımdır”, – o deyir.

Aytəkinin həyatı ağır keçib, lakin buna baxmayaraq onun yüksək iradəsi və parlaq gələcəyə can atması ətrafındakı minlərlə qadına örnək sayıla bilər. Aytəkinin üçün ən vacib məqam övladları və nəvələrinin yaxşı təhsil almasıdır. 

 

Slide
Slide

Yazdı: Yelena Ostapenko

Tərcümə etdi: S. Xankişiyeva

Bu  uğur hekayəsi Avropa İttifaqının Şərq tərəfdaşlığı təşəbbüsü çərçivəsində hazırlanmışdlr və ilk dəfə 1news.az və   European Union Neighbours East tərəfindən dərc  olunmuşdur. Məqaləni ingilis və rus dillərində də oxuya bilərsiniz.  Məqalənin mətni BMT-nin  İnkişaf Proqramı tərəfindən yenilənmişdir.

 

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair