Foto: BMTİP Azərbaycan / Məmməd Əliyev

Ramin Binnətov Bakıdakı İnklüziv İncəsənət Məktəbində təşkil olunan ağac üzərində oyma kursunda iştirak edən çox sayda istedadlı və çalışqan tələbələrdən biridir.

“Ramin bizim proqramımıza bu ilin aprel ayında qoşulmuşdur və o, həqiqətən təlim prosesindən zovq alır”- bu sözləri ağac üzərində oyma sənəti üzrə təlimatçı Rafael Quliyev deyir. “O, çox həvəsli və intizamlıdır. O, inadla çalışır və çətinliklərlə üzləşdikdə heç vaxt təslim olmur”.

Ramin 1976-cı ildə Azərbaycanın Qazax rayonunda anadan olmuşdur. O, hərbçi ailələr üçün Rusiya / Slavyan gimnaziyasını bitirdikdən və Slavyan dilləri üzrə ixtisaslaşdıqdan sonra ağırlıqqaldırma idman növü ilə məşğul olmağa başlamışdır.

İyirmi yaşlarında mükəmməl fiziki formada olarkən, Ramin, faciəvi şəkildə daimi əlilliklə nəticələnən ciddi travma almışdır. Üzləşdiyi problemlərə baxmayaraq öz idman karyerasını davam etdirməyə qərar verən Ramin peşəkar şəkildə Paraolimpiya atıcılıq vərdişlərinə yiyələnməyə başlamışdır.

Ramin, həmçinin, Britaniya Şurası (British Council), BMTİP və DOST Agentliyi tərəfindən təşkil olunan İT vərdişləri, ünsiyyət vərdişləri, biznes plan hazırlama üzrə bir çox təlim kurslarında və mədəni proqramlarda iştirak etmişdir.

“Mən həmişə yeni şeylər öyrənməyi xoşlamışam, lakin bu məktəbdəki dərslər vərdişlərin nə demək olduğu ilə bağlı mənim baxışımı genişləndirmişdir” – Ramin deyir. “Məsələn, mən indi anlayıram ki, ağac üzərində oyma tək sənət deyildir, eyni zamanda gərginlikdən azad olma prosesidir. O, səndə müsbət əhval-ruhiyyə yaradır. Əgər işlər mən planlaşdırdığım şəkildə gedərsə, bu yeni vərdiş hətta müəyyən gəlir də gətirə bilər”.

Raminin ağac üzərində öyma üzrə təlimatçısı Rafael Quliyev də öz tələbəsi ilə eyni fikirdədir: “Ağac üzərində oyma füsunkar bir sənətdir, çünki sən işləyərkən bütün problemləri unudursan və bütün fikrini bu məşğuliyyətə yönəldirsən. Bu, sənə həyatda yeni stimul və həvəs verir”.

Ramin Məktəbdəki məşğuliyyətindən və tək öz sinif yoldaşları və təlimatçıları ilə görüşmək üçün yaranan imkanlardan deyil, eyni zamanda dərslərə gedib-gələrkən taksi sürücüləri ilə ünsiyyətdən də böyük zövq alır.

Raminin həyat boyu bu vərdişə yiyələnmək qərarına təkan verən qüvvə onun bütün mümkün imkanlarla özünün üç yaşlı qızı üçün layiqli həyat qurmaq istəyidir.

“O, indi mənim yaşamaq üçün həyat amalımdır”, o, deyir. “Lakin, mən bədbin insan deyiləm. Məsələn, mənim kimi əlilliyi olan insanlar üçün çox şeyin necə dəyişdiyi və son iyirmi il ərzində sosial münasibətlərdəki fərq məni sevindirir. Hətta “inklüziv təhsil” ifadəsi son vaxtlaradək bizim ölkədə heç kimə məlum deyildi”.

Ramin 2021-ci ilin iyun ayının sonunda 4 nömrəli DOST Mərkəzinin nəzdində fəaliyyət göstərən İnklüziv İnsəcənət Məktəbində təşkil olunmuş sərgidə şəhadətnamə alan 26 benefisiarından biridir.

 

Foto: BMTİP Azərbaycan / Məmməd Əliyev

***

İnklüziv İncəsənət Məktəbi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən və BMTİP və UNFPA-nın Azərbaycandakı Nümayəndəlikləri tərəfindən həyata keçirilən daha geniş “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılmışdır. Layihə Azərbaycanın Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təqdim olunmuşdur.

***

Bu layihənin məqsədi, inklüziv təhsilin və məşğulluq imkanlarının olmaması səbəbindən hələ də çətinliklərlə üzləşən əlilliyi olan insanlar üçün maneələri azaltmağa, habelə əlilliyi olan insanlarda özünəinam, özünə-məşğulluq və iqtisadi baxımdan müstəqilliyi aşılamaqla cəmiyyətdə əlilliyə qarşı sosial stiqma hallarını aradan qaldırmağa kömək etməkdən ibarətdir. Layihənin benefisiarları öz nümunələri ilə və qarşılıqlı təcrübələr vasitəsilə digər əlilliyi olan və olmayan insanları ruhlandırırlar. Bu davamlı proses öz növbəsində dünyanı heç kimin geridə qalmadığı daha yaxşı məkana çevirən daha böyük sosial dəyişikliyə yol açır.

Icon of SDG 08 Icon of SDG 10

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair