Elm, kənd təsərrüfatı və gənclər bir araya gəldikdə

10 August 2018

Tələbələr məhsul ixtisaslaşması üzrə təcrübə keçirlər. 60 tələbənin hər biri əvvəllər heyvandarlıqla bağlı heç bir təlimatın tətbiq olunmadığı yüksək dağlıq ərazilərdə yerləşən kəndlərdən gəlib. Fotoşəkillər: BMTİP-in Azərbaycan Nümayəndəliyi

Azərbaycanda yüzlərlə ağac və kol növünün bitdiyi geniş meşələr və otlaq sahələri Böyük Qafqaz sıra dağlarının bir hissəsini təşkil etməklə ölkədə fermerlərin 40 faizinin qazanc əldə etdiyi ərazi rolunu oynayır.

Maldarlıq təsərrüfatı Qəbələ və İsmayıllı rayonlarının yüksək dağlıq ərazilərində və ucqar kəndlərində məskunlaşmış əhalinin əksəriyyətinin əsas gəlir mənbəyidir.

Lakin bu gün bir milyon hektardan çox qiymətli torpaq sahəsi meşələrin qırılması, otarma və iqlim dəyişikliyinin təsiri ilə yararsız vəziyyətə düşüb. Məsələn, mənfi təsirə ən çox məruz qalmış torpaqlar bir neçə il əvvəl İsmayıllı rayonunun Tircan kəndində yerləşən evlərin yarısının dağılmasına səbəb oldu. Otlaqlar deqradasiyaya məruz qaldığına görə atmosferə minlərlə ton karbon buraxaraq qlobal iqlim dəyişikliyini gücləndirir. 

Heyvandarlıq yəni kənd təsərrüfatı heyvanlarının yemlənməsi və bəslənməsi üsulları peşə təhsili müəssisələrində tədris edilmir və bu sahə üzrə heç bir peşəkar mütəxəssis yetişdirilməyib. Bu isə onu göstərir ki, insanlara mal-qaranın ətraf-mühit üçün daha əlverişli olan üsullarla bəslənməsi yollarını öyrədəcək heç kəs yoxdur. 

Yeni tədris planından ümumilikdə 60 tələbə və yeddi müəllim faydalanmışdır.

Artıq daha yaxşı xəbərlərimiz var. Gənclər öz ata-baba yurdlarını əvvəlki vəziyyətinə qaytara bilərlər və onlar minlərlə hektar torpaq sahəsini yenidən yaşıllaşdırmağa çalışırlar. Avropa İttifaqı və Qlobal Ekologiya Fondunun maliyyə dəstəyi ilə BMTİP-nin irəli sürdüyü təşəbbüs çərçivəsində yeni dörd semestrlik kurs zamanı havaya buraxılan karbonun miqdarını ölçmək üçün elmin son nailiyyətləri və heyvandarlıq üzrə ən son texnikalar tədris olunur. 

BMTİP və Qəbələ peşə məktəbinin birgə təqdim etdikləri 13 tədris modulu ilə kənd təsərrüfatı üzrə gənc mütəxəssislərə iqlim amilləri nəzərə alınmaqla kənd təsərrüfatının aparılması üsulları tədris olunur. Buraya heyvanların seçilməsi, çoxaldılması və bitkilərin mühafizəsi üsullarından tutmuş kənd təsərrüfatı iqtisadiyyatına, heyvanlar üçün yemin istehsalına, otlaqlar və örüşlərə qədər hər şey daxildir. 

Peyk vasitəsilə müşahidə və məsafədən zondlama üsullarından istifadə etməklə bitki örtüyünün xəritəsi müəyyənləşdirildi. Torpaq sahələrinin daha sürətlə bərpasına imkan yaratmaq üçün 16 fermer təsərrüfatına iqlim dəyişikliyinə davamlı məhsul növləri və növbəli otarma sistemi təqdim olundu. Tələbələrin öyrəndikləri odundan hazırlanmış mürəkkəb yeraltı strukturlar vasitəsilə artıq ən pis vəziyyətə düşmüş torpaq sahələrini də bərpa etmək mümkündür.  

Proqram çərçivəsində Atabala Məhəmmədli heyvandarlığı öyrənməklə yanaşı kənd təsərrüfatı xidmətləri və bitkiçilik məhsulları ilə də tanış oldu.

Adi kəndli ailəsində boya-başa çatmış 23 yaşlı Atabala Məmmədli proqramın ən yeni məzunlarından biridir. Təhsilini başa vurduqdan sonra o, Qəbələdə süd istehsalı üzrə böyük bir şirkətdə özünə iş tapdı. Burada Atabala heyvanların yemlənməsi prosesinə nəzarət edir və onların bəslənməsinə kömək edir. Əvvəllər o, bu işlər barədə heç nə bilmirdi. 

“Mən adi bir tələbə idim... İndi isə ölkənin kənd təsərrüfatı üzrə ən böyük şirkətlərindən birində tamştatlı işçi kimi fəaliyyət göstərirəm, - deyə, o bildirir, - əvvəllər gələcəyim barədə böyük ümidlərim yox idi və karyeramın məni hansı istiqamətə yönləndirəcəyini bilmirdim. Amma indi bilirəm ki, həyatda bir məqsədim var. İstəyirəm ki, peşəkar mütəxəssis kimi yetişərək təkcə şirkətdə deyil, həm də Qəbələdən başqa yerlərdə də insanlara yüksək keyfiyyətli xidmət göstərim”.  

Tədris planı 20,000 hektarlıq ərazidə yerləşən meşələrin və 8,000 hektarlıq ərazini əhatə edən otlaqların davamlı idarə olunması ilə nəticələnən BMTİP-in Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyə dəstəyi ilə həyata keçirtdiyi  proqramın bir hissəsidir. 

Bu gün regiondakı dirçəliş özünü göstərir: Tədris planında iştirak edən Şamaxı və İsmayıllı rayonlarından gəlmiş 60 gəncin əksəriyyəti öz doğma yurdlarından uzaqda olduqlarını hiss etmədiklərini bildirib. Onların bilik və bacarıqlarına böyük tələbat var və onlar gələcək karyera planları barədə özlərinə daha çox güvənirlər. İlk dəfədir ki, mənfəət əldə etmək vədi olduqca real görünür. 

Ətraflı məlumat üçün: Azərbaycanda “Böyük Qafqaz landşaftında davamlı torpaq və meşə idarəçiliyi” layihəsi və  “Clima East” pilot layihəsi üzrə yaradılmış profillərə nəzər sala bilərsiniz.

Tədris proqramı başa çatdıqdan sonra Atabala süd və süd məhsullarının istehsalı üzrə regionun əsas şirkətində işlə təmin olundu.