Foto: BMTİP Azərbaycan/ Reza Deghati

 

43 yaşlı Pərvanə Rəsulova yerli təsərrüfat sahibidir və dörd oğlu var. O Azərbaycanın cənubunda yerləşən Masallı rayonunun qəsəbələrindən birində - Arkivanda doğulub və boya-başa çatıb. Pərvanə öz ailəsi ilə bu gün də burada yaşayır. Əvvəllər onun heç vaxt rəsmi işi olmayıb. Lakin Ərkivanda malik olduqları torpaq sahəsində Pərvanə və onun ailəsi 20 ildən artıq bir müddətdə ot və tərəvəz bitkiləri becəriblər. Bəzən o, torpaq sahəsinin kiçik bir hissəsində çəltik də əkirdi. Bu, onun ailəsinin yeganə gəlir mənbəyi idi. Həyatında öyrəndiyi ilk şeylərdən biri - qida bitkiləri becərməyin onun ailəsi və kiçik övladlarının ehtiyac duyduğu maddi təminat vasitəsi olması idi. Pərvanənin həyatda ən böyük arzusu uşaqlarının xoşbəxt, firavan və rahat yaşamasıdır.

Pərvanə üçün ailəsi hər şey deməkdir. “Mən övladlarıma yaxşı təhsil vermək və onların yaxşı yaşamasını görmək istəyirdim,” – deyə Pərvanə bildirir. “Mən həyat yoldaşımla 1995-ci ildə ailə quranda cəmi 19 yaşım var idi. Hamımızın işlədiyi torpaq sahəsi ərimin valideynlərinə məxsus idi. Evləndikdən bir neçə il sonra ikinci övladımız dünyaya gəldikdə ailəmizi təmin etmək daha da çətinləşdi." Pərvanənin ikinci oğlu ürək çatışmazlığı ilə dünyaya gəlmişdi və cərrahiyyə əməliyyatı olunmalı idi. Lakin Pərvanənin buna maddi imkanı çatmırdı. Vaxt keçdikcə və ailədə hər yeni övlad dünyaya gəldikdən sonra ailənin maliyyə problemləri də artmağa başladı. Onların öz ailəsini təmin etmələrinə kömək edən torpaqdan başqa digər maliyyə vasitələri olmadığına görə, Pərvanə diqqətini əkinçilik bacarıqlarına kökləməyə və bu imkandan mümkün qədər çox faydalanmağa qərar verdi.

Foto: BMTİP Azərbaycan / Arzu Qənbərova

2016-cı ildə Pərvanə Masallıda yeni açılmış Qadın Resurs Mərkəzindən xəbər tutdu. Əvvəlcə, həyat yoldaşı onun Mərkəzə qoşulmasına və hətta hərdənbir belə bu Mərkəzə baş çəkməsinə icazə vermirdi. Bir dəfə Pərvanə Qadın Resurs Mərkəzində (QRM) təlimdə olarkən həyat yoldaşı içəri daxil olaraq, onun təlimdən çıxmasını istədi. O inanırdı ki, bu, ciddi bir təlim proqramı deyil və Pərvanə sadəcə olaraq burada vaxt itirir. Lakin bir qədər sonra Masallıdakı QRM-in koordinatoru və BMTİP-in layihə meneceri Pərvanənin həyat yoldaşı ilə danışmaq qərarına gəldilər və ona QRM-də təqdim olunan proqramlar və müxtəlif tədbirlər onların ailəsinə verəcəyi faydalarda danışdılar. Sonda Pərvanənin həyat yoldaşı yumşaldı və Pərvanə Masallı QRM-də biznesin idarə edilməsi, mühasibat uçotu, kompüter kursları və bir çox digər sahələr üzrə intensiv təlim kurslarında iştirak etməyə başladı. Bu öyrəndikləri bacarıqların hamısı Pərvanəyə özü və ailəsi üçün yeni həyatı planlaşdırmaq üçün fərqli bir baxış bucağı ilə təmin etdi. Onlar həmçinin Pərvanənin biznes biliklərinin artırmasına və daha əvvəl ona heç vaxt öyrədilməyən şeyləri öyrənməsinə kömək etdi. Pərvanənin zəhməti öz bəhrəsini verdi və o, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən təşkil olunan Biznesin İnkişafı müsabiqəsinin qalibi oldu. Onun biznes ideyası öz təsərrüfat sahəsini genişləndirərək xoş rayihəli çəltik bitkiləri üzrə ixtisaslaşmaq idi, çünki Azərbaycanın cənub rayonları məhz bununla məşhur idi.

Çəltiyin becərilməsi suvarma standartlarından son dərəcə asılıdır. Masallıda əkinçilər tez-tez su çatışmazlığı səbəbilə quraqlıqdan əziyyət çəkirdilər. Halbuki bu ərazi bütün il boyu, xüsusilə də yay aylarında yüksək rütubətlilik səviyyəsi ilə səciyyələnir. Pərvanə deyir ki, ardıcıl bir neçə il onun çəltik bitkiləri məhv oldu və onların yalnız bir hissəsi yetişdi. Nəticədə onun ailəsinə xeyli zərər dəydi və həm də ağır maliyyə yükü yarandı. Lakin hətta yetişən az miqdarda çəltiyi də üyütmək üçün Pərvanə Masallıdan avtomobil nəqliyyatı ilə bir saatlıq məsafədə – 80 km aralıda yerləşən Astara rayonuna aparmalı idi. Çünki ən yaxın dəyirman Astarada idi. Çəltik məhsullarının bir rayondan digərinə aparılmasının yaratdığı texniki çətinliklərdən əlavə, bu, Pərvanənin ailəsi üçün həm də əlavə nəqliyyat xərcləri demək idi ki, nə Pərvanə, nə də onun ailəsi bunun qarşılamağa hazır deyildi.

Foto: BMTİP Azərbaycan/ Reza Deghati
Foto: BMTİP Azərbaycan/ Reza Deghati

Lakin USAID-in maliyyə dəstəyi ilə yeni layihə çərçivəsində Pərvanənin Ərkivandakı çəltik təsərrüfatı yüksək təzyiqli su çəni ilə təmin edildi. Artıq torpağın rütubətliliyini təmin etmək üçün onun çəltik bitkiləri kifayət qədər su ilə təmin olunurdu. Bundan əlavə, layihə onun təsərrüfat sahəsində tarla işi ilə bağlı ehtiyacı olan yardımı təmin etmək üçün əlavə şəxsləri işə cəlb etməsinə, həmçinin bitki toxumu ilə təminatını artırmasına kömək etdi. Bu dəstək sayəsində Pərvanə hətta məhsul yığımı üçün çəltik kombaynı icarəyə götürə bildi. Bu, onun biznesi üçün əhəmiyyətli dəyişiklik demək idi. Əvvəllər Pərvanə və ailə üzvləri bu işi ağır zəhmət çəkərək əllə görürdülər. Bu isə onun bir çox çətinliklərlə üzləşməsinə səbəb olurdu. Birincisi, həddən artıq çox insan əməyi tələb olunurdu, ikincisi isə əllə yığım əkinçi üçün çəltik kombaynı ilə müqayisədə xeyli baha başa gəlir. Pərvanə bu dəstək tədbirləri sayəsində öz çəltik təsərrüfatını genişləndirməyə və ümumi istehsalı artırmağa nail oldu.

Bir neçə il sonra – 2018-ci ildə Pərvanə biznesinin uğurlu nəticələr göstərdiyini nəzərə alaraq yenidən toxum üçün qrant müsabiqəsinə müraciət etdi. Bu dəfə USAİD və BMTİP onun yeni işçi qüvvəsi və daha çox toxum əldə etməsinə kömək etdi. Ən əsası, layihə ona kiçik dəyirman təqdim etdi. Bu, onun ailəsi üçün böyük rahatlıq yaratdı və maddi vəziyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırdı. Pərvanə artıq öz çəltik məhsullarını üyütmək üçün Astaraya üz tutmaq məcburiyyətində deyil. O, artıq bunu Ərkivanda öz evində rahat bir şəkildə edə bilir. Pərvanənin orqanik çəltik təsərrüfatında məhsul yığımı artıq nəzərəçarpan dərəcədə artıb və buna görə də daha çox çəltik və ondan hazırlanan məhsullar sata bilir. Bununla da bitmir. Pərvanə öz çəltik bitkilərinin yüksək keyfiyyətinə görə artıq rayonda və ondan kənarda məşhurlaşıb. Onun təsərrüfat sahəsi pestisidlərdən və digər kimyəvi maddələrdən azaddır. Bütün bunlar onun özünə inanmasına imkan verdi və göstərdi ki, Pərvanə kimi qadınlar bir az dəstəklə heç vaxt edə bilməyəcəklərini düşündüyü şeyləri bacara bilərlər.

Photo: UNDP Azerbaijan/ Arzu Ganbarova

Pərvanənin çəltik məhsulları çoxsaylı kənd təsərrüfatı yarmarkalarında və biznes sərgilərində nümayiş etdirilib və bir çoxlarının rəğbətini qazanıb. Bu ətirli bitki və ondan hazırlanan ləzzətli yemək hər kəsi özünə cəlb edə bilir. “Mənim təsərrüfatımdan çıxan düyüdən hazırlanmış plovun dadına baxsanız, onu yedikcə yemək istəyəcəksiniz”, - deyə Pərvanə qeyd edir və həm ailəsini təmin edən, həm də yaşadığı icmadakı digər şəxslər üçün xeyli məşğulluq imkanları yaradan qida biznesinə rəhbərlik etməsindən qürur duyur.

Bu transformativ dəyişikliklərdən danışarkən Pərvanə aşağıdakıları xatırlayır: “Mən Qadın Resurs Mərkəzinə qoşulan kimi həyat birdən-birə daha yaxşı və asan oldu. Ailəmizin uzun müddət həll edə bilmədiyi maliyyə problemləri artıq yüngülləşməyə başlayıb. Oğullarım artıq öz müstəqil həyatlarına qədəm qoymağa hazırlaşır, biz isə hər zaman onlara dəstək göstərməyə hazırıq. Mənim ən kiçik iki oğlum hazırda hərbi xidmətdədir. Orduda xidmət edən 2 oğul anası olmaqdan son dərəcə qürur duyuram. Ən böyük oğlum ən yaxın çörək zavodunda gecə növbəsində işləyir. O, təhsilini uğurla başa vuraraq Biznesin İnkişafı və Biznes İdarəetməsi üzrə bakalavr dərəcəsi əldə edib.”

Foto: BMTİP Azərbaycan / Arzu Qənbərova
Foto: BMTİP Azərbaycan / Arzu Qənbərova

Pərvanə hesab edir ki, onun təsərrüfat sahəsində hələ istifadə edilməyən imkanlar çoxdur və bu potensialı genişləndirmək üçün geniş imkanlara malikdir.

“Gələcək üçün xeyli planlarım var”, deyə Pərvanə qeyd edir. “Sevinirəm ki, özümün biznesim var. Lakin çəltikçilik çoxmərhələli prosesdir və xeyli iş, həm də əsaslı kənd təsərrüfatı avadanlığı tələb edir. Hazırda çəltik məhsullarını yığandan sonra, onları evə gətirərək sonrakı emalını və üyüdülməsini özüm həyata keçirirəm. Buraya düyünün qabıq, kəpək qatları və hər hansı yad cisimlərdən təmizlənməsi daxildir. Bunun üçün çəltik təsərrüfatının yanında quraşdırılmış xüsusi avadanlıq olmadığından, mən bütün bu işi evdə görməliyəm.”

Pərvanə yaxın gələcəkdə ailəsinin çəltik becərdiyi təsərrüfat sahəsinin yaxınlığında kiçik bir çəltik zavodu qura biləcəyi bir səviyyəyə çatacağına ümid edir. Bununla yanaşı o, Azərbaycan cənub hissəsinin qara torpaqlarının  dənli bitkilərindən hazırlanan geniş spektrli düyü məhsulları satacağı bir mağaza açmaq istəyir.

Foto: BMTİP Azərbaycan/ Reza Deghati. Pərvanə bütün ailənin, onların yaxınlarının sonsuz sevinc və qürur mənbəyi olan çəltik tarlasında ən yaxşı, sadiq dostu və biznes partnyoru olan həyat yoldaşı ilə dayanmadan işləyir.

 

Pərvanə Rəsulova BMTİP və USAID-in “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək (E4)” adlı birgə layihəsinin iştirakçılarından biridir. Bu layihə potensialın gücləndirilməsinə əsaslı dəstək və şəbəkələşmə vasitəsilə Azərbaycanın kənd ərazilərində, o cümlədən ölkənin cənubunda yerləşən Masallı və şimal-qərbində yerləşən Zaqatalada qadın və qızların maliyyə bacarıqlarının, iqtisadi fəallığının və biznes səriştəsinin artırılmasına dəstək göstərir. Bu günə qədər layihə 60-dan yuxarı qadının öz bizneslərini yaratmasına kömək edib.

Masallı və Zaqatalada 600-dən yuxarı qadın gender aspektlərinin aktuallaşdırılması və qadınların iqtisadi və sosial hüquqları barədə müxtəlif maarifləndirmə kampaniyalarında iştirak ediblər. Masallı və Zaqataladakı Qadın Resurs Mərkəzləri artıq 463 üzvdən ibarət güclü şəbəkəyə malikdir və bu rəqəm artmaqdadır. Bu yaxınlarda layihəyə ABŞ hökuməti tərəfindən növbəti üç il müddətinə əlavə 1 milyon ABŞ dolları ayrıldı. Bu yeni maliyyə dəstəyi ilə BMTİP və Azərbaycan Hökuməti Bakıdan 170 km şimalda yerləşən  Xaçmazda yeni Qadın Resurs Mərkəzini yaradacaq. Bu Mərkəz ən azı 100 qadının öz biznesini qurmasına dəstək göstərəcək.

USAID tərəfindən maliyyələşdirilən və qismən BMTİP tərəfindən birgə maliyyələşdirilən layihə BMTİP tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yaxın əməkdaşlıq şəraitində həyata keçirilir.

****************

BMTİP-in digər uğur hekayələri ilə burada tanış ola bilərsiniz. 

****************

Uğur hekayəsinin müəllifi: Arzu Jafarli

Foto: BMTİP Azərbaycan / Reza Deghati
Masallıdakı Qadın Resurs Mərkəzi USAID tərəfindən maliyyələşdirilir və Azərbaycandakı 9 mövcud resurs mərkəzindən biridir. Bu mərkəzlər qadınların bir araya gəlməsi, öyrənməsi, fikir mübadiləsi aparması, tərəfdaşlıq münasibətləri qurması və özləri və icmaları üçün daha yaxşı gələcək planlaşdırmaları üçün azad məkanlar təmin edir. Foto: BMTİP Azərbaycan/ Elmar Mustafayev
Icon of SDG 05 Icon of SDG 08 Icon of SDG 10

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair