image: Shutterstock

Bəşəriyyətin koronavirusu məğlub etməsi üçün liderliyə və həmrəyliyə ehtiyacı var

Koronavirus COVİD-19 pandemiyası dövrümüzün əhəmiyyətli qlobal sağlamlıq böhranıdır. Keçən ilin sonlarında ortaya çıxandan bəri, virus Antarktida istisna olmaqla, bütün qitələrə yayılıb. Afrikada və Cənubi Amerikada hər gün bu virusa yoluxma halları artmaqdadır. Avropa xəstəliyin episentr mərkəzinə çevrilib və hər gün, epidemiya həddinin yüksək olduğu Çindən də daha çox rəqəmlərin artdığı bildirilir.

Ölkələr xəstələri müayinə və müalicə etmək, onların əlaqədə olduqları şəxsləri aşkarlamaq, səyahətləri məhdudlaşdırmaq, vətəndaşları karantin altına almaq, eləcə də idman tədbirləri, konsertlər və məktəblər kimi böyük toplanma yerlərini ləğv etməklə xəstəliyin yayılmasını yavaşlatmağa çalışırlar.

Pandemiya bir dalğa kimi, onun öhdəsindən gələ bilməyənlərin üstünə doğru irəliləyir.

Lakin COVİD-19 yalnız sağlamlıq böhranı deyil. Bu virus yayıldığı ölkələrdə hər kəsi stresə salaraq dərin izlər buraxacaq dağıdıcı sosial, iqtisadi və siyasi böhranlar yaratmaq potensialına malikdir.

Biz məchul bir vəziyyətdəyik. Bir çox cəmiyyətlər, bir həftə əvvəlki halından tanınmaz vəziyyətdədir. Öz istəkləri yaxud hökumətin qərarı ilə insanlar evdə qaldıqları üçün dünyanın onlarla ən böyük şəhərləri boşalır. Bütün dünyada mağazalar, teatrlar, restoranlar və kafelər bağlanır.

Normal həyatın nə vaxt qayıdacağını bilmədən hər gün insanlar işlərini və gəlirlərini itirirlər. İqtisadiyyatı əsasən turizmdən asılı olan kiçik ada xalqlarının otelləri və çimərlikləri boş qalıb. Beynəlxalq Əmək Təşkilatı 25 milyon iş yerinin itirilə biləcəyini proqnoz verir.

 

BMTİP nə tədbir görür?

Hər bir ölkə bu vəziyyətə hazır olmaq, cavab tədbiri görmək və əvvəlki vəziyyətə qayıtmaq üçün dərhal hərəkətə keçməlidir. BMT sistemi, ən çox ehtiyacı olanlardan başlayaraq bütün ölkələrə hər mərhələdə dəstək olacaq.

Ebola, İİV, SARS, vərəm və malyariya kimi digər yoluxucu xəstəliklərlə olan işimizi, eləcə də özəl və dövlət sektoru ilə çalışmaq üzrə uzun illər boyu təcrübəmizi nəzərə alaraq, BMTİP ölkələrə missiyasının bir hissəsi olaraq yoxsulluğu aradan qaldırmaq, bərabərsizliyi azaltmaq, həmçinin böhranlara və zərbələrə davamlılıq yaratmaqla bağlı COVİD-19-a təcili və effektiv cavab verməyə kömək edəcək.

"Biz, artıq BMT ailəsi və digər tərəfdaşlarımızla birgə üç vacib prioritet üzərində işləyirik: ÜST-nin rəhbərliyi altında zəruri tibbi məhsulların alınması və tədarükü daxil olmaqla sağlamlığa dair müdaxilə fəaliyyyətlərinin dəstəklənməsi; böhranların idarə olunması və cavab tədbirlərinin gücləndirilməsi; eləcə də yaranan ciddi sosial və iqtisadi təsirlərin həll olunması. " - BMTİP-in rəhbəri Akim Ştayner

Biz, iki milyondan çox cərrahi maska, rentgen cihazları, infraqırmızı termometrlər, infuziya nasosları, qoruyucu geyimlər, əlcəklər və əl üçün dezinfeksiyaedici vasitələr kimi həyat xilasedici tibbi məhsullar ianə edərək, bu böhranın ən erkən mərhələlərindən bəri ölkələrə dəstək oluruq.

Çində yaşlılar və digər qayğıdan məhrum qalmış insanlar kimi həssas icmalar arasında COVİD-19 haqqında məlumat yaymaq məqsədilə, azlıqlar üçün 40 müxtəlif dildə sosial media kampaniyası başlatdıq.

Livanda biz, Fəlakət Riskinin İdarəedilməsi Planının hazırlamasında hökumətə dəstək oluruq. Vyetnamda isə Çin ilə sərhəddəki kənd ərazilərinə xüsusi diqqət yetirərək, etnik azlıqlar və əlilliyi olan insanlarla əlaqə yaratmaq üçün hökumətlə birgə çalışırıq.

WhatsApp, ÜST və UNICEF ilə birlikdə bütün dünyada milyardlarla insana anında xidmət göstərəcək bir məlumat mərkəzi yaratdıq.

Biz dünyanın ən böyük reklam agentliklərindən biri olan AMV və aktyor, yazıçı və komediyaçı Stiven Fray ilə bir araya gələrək, Tweet Zero kampaniyasını başlatdıq. Bu kampaniya tez-tez əlləri yumaq, xəstə olanda evdə qalmaq və üzünüzə toxunmamaq kimi, sizi virusdan qoruya biləcək sadə hərəkətləri vurğulayır.

COVİD-19-un yayılmasını məhdudlaşdırmaq və onun həssas cəmiyyətlərə və iqtisadiyyatlara vuracağı dağıdıcı təsiri azaltmaq, bütün cəmiyyətdən birgə hərəkət tələb edir.

Biz millətlər arasında və daxilində, insanlar və onların hökumətləri arasında etimad və əməkdaşlığı bərpa etməliyik.

BMTİP-in dəstəyi ayrı-ayrı ölkələrin cavab tədbirlərinin hərtərəfli, ədalətli və inklüziv olmasını təmin edəcək ki, heç kəs kənarda qalmasın və ölkələr Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda irəliləməyə davam etsin.

Bunu edərkən biz, oxşar pandemiyanın təkrarlanmasının qarşısını almağın yollarını da nəzərdən keçirməliyik. Uzunmüddətli perspektivdə, BMTİP bu kimi böhranların qarşısını almaq və idarə etmək üçün ölkələrə daha yaxşı kömək etməyin yollarını nəzərdən keçirəcək və hər kəsin bu böhrandan öyrənəcəklərimizdən tam istifadə etməsini təmin edəcək.

İndi görüləcək qlobal cavab tədbirləri gələcəyimizə qoyulan bir sərmayədir.

Məqaləni ingilis dilində buradan oxuya bilərsiniz.

Icon of SDG 03

BMTİP BMT-nin İnkişaf Proqramı dünyada

A

Albaniya Anqola Argentina Azərbaycan

B

Banqladeş Barbados Belarus Beliz Benin Birləşmiş Ərəb Əmirlikləri Boliviya Bosniya və Herseqovina Botsvana Braziliya Burkina Faso Burundi Butan Bəhreyn

Ç

Çad Respublikası

C

Cibuti Respublikası

Ç

Çili Çin Xalq Respublikası

C

Cənubi Afrika Cənubi Sudan

D

Dominikan Respublikası

E

Efiopiya Ekvador Ekvatorial Qvineya El Salvador Eritreya Ermənistan Esvatini

F

Filippin Respublikası Fələstin xalqına yardım proqramı

G

Gürcüstan

H

Haiti Respublikası Hindistan Honduras

İ

İndoneziya İordaniya İran İslam Respublikası İraq Respublikası

K

Kamboca Kamerun Keniya Respublikası Keyp Verde Kipr Kolumbiya Komoros Konqo Demokratik Respublikası Konqo Respublikası Koreya Xalq Demokratik Respublikası Kosova Kosta Rika Kot-d'İvuar (Fil Dişi Sahili) Kuba Küveyt

L

Laos Xalq Demokratik Respublikası Lesotho Liberiya Livan Liviya

M

Madaqaskar Malavi Malayziya Maldiv Respublikası Mali Mavriki və Seyşel adaları Mavritaniya Meksika Misir Moldova Monqolustan Monteneqro Mozambik Myanma Mərakeş Mərkəzi Afrika Respublikası

N

Namibia Nepal Niger Nigeriya Nikaraqua

Ö

Özbəkistan

P

Pakistan Panama Papua-Yeni Qvineya Paraqvay Peru

Q

Qabon Qambiya Qana Qayana Qazaxıstan Qvatemala Qvineya Qvineya-Bisau Qırğızıstan

R

Rusiya Federasiyası Rwanda

S

Sakit Okean regionu Samoa (Çox ölkəli ofis) San-Tome və Prinsipi Seneqal Serbiya

Ş

Şimali Makedoniya

S

Somali

Ş

Şri-Lanka

S

Sudan Surinam Suriya Syerra Leone

Ş

Şərqi Timor

S

Səudiyyə Ərəbistan

T

Tacikistan Tailand Tanzaniya Toqo Trinidad və Tobaqo Tunis Türkiyə Türkmənistan

U

Ukrayna Uqanda Uruqvay

V

Venesuela Vyetnam Sosialist Respublikası

X

Xorvatiya

Y

Yamayka Yəmən

Z

Zambiya Zimbabve

Ə

Əfqanıstan Əlcəzair